Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:16

Macarıstandakı kiçik çaylarda bütün canlılar məhv olub


Macarıstanın qərbindəki aliminium zavodundan dağılmış zəhərli kimyəvi maddə artıq Dynaya çatıb.

Çayın aşağı axarında yerləşən Xorvatiya, Serbiya və Rumınyada vəziyyət nəzarətə götürülüb.

Mütəxəssislər ümid edirlər ki, Dunayda çirklənmənin səviyyəsi yüksək olmayacaq.

Amma Macarıstandakı kiçik çaylarda bütün canlıların məhv olduğu bildirilir.

Qərmızı rəngli kimyəvi maddə Macarıstanın 4 yaşayış məntəqəsini basıb, nəticədə 4 nəfər ölüb, onlarla adam isə müxtəlif dərəcəli xəsarətlə xəstəxanaya düşüb.

Dünay Qara Dənizə tökülməzdən əvvəl, Macarıstanın, Xorvatiya, Serbiya, Rumınya, Bolqarıstan, Moldova və Ukraynadan keçir.
XS
SM
MD
LG