Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:25

KİV-in MSK-ya müraciət müddəti başa çatır


Oktyabrın 7-də Kütləvi İnformasiya Vasitələrinin (KİV) parlament seçkisinin təşviqat mərhələsində iştirak üçün Mərkəzi Seçki Komissiyasına müraciət müddəti başa çatır.

İndiyə qədər ödənişli təşviqata qoşulmaq üçün MSK-ya 53 KİV müraciət edib.

Onlardan 32-si qəzet, 13-ü agentlik, 6-sı isə radio və televiziyalardır. Ödənişli təşviqatla bağlı MSK-ya müraciət edən televiziyaların üçü də regional televiziyalardır.

Bunlar Gəncənin «Kəpəz», Yevlaxın «El», Sumqayıtın «Dünya» televiziyasıdır. Bakıdan yayımlanan televiziyaların heç biri təşviqatla bağlı MSK-ya müraciət etməyib.

Oktyabrın 8-də isə namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin və birinci ilkin maliyyə hesabatının təqdim edilməsinin son günüdür. Müddət oktyabrın 8-i saat 18:00-da başa çatır.

Seçkiqabağı təşviqatın aparılmasına isə oktyabrın 15-də start veriləcək.

Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək.
XS
SM
MD
LG