Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:13

Azərbaycanda quş ovuna qadağa götürülə bilər


Azərbaycanın Dövlət Baytarlıq Xidməti ölkə ərazisində quş ovuna qoyulan qadağanın ləğv olunması üçün Nazirlər Kabinetinə müraciət edib.

Bunu ANS PRESS-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanəvəli bildirib.

Yolçu Xanvəli deyir ki, “quş qripi” ilə bağlı dünyanı bürüyən ajiotajın təxribat olduğu müəyyənləşib və bu məsələ yalan çıxıb.

Onun sözlərinə görə, son illər davamlı olaraq Azərbaycanda 12 ay ərzində 8-10 dəfə monitorinq aparılıb, amma “quş qripi” xəstəliyinin simptomları aşkar edilməyib.

Qeyd edək ki, quş ovuna qadağa 2005-ci ilin oktyabrında qoyulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG