Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 19:52

Eynulla Fətullayevin Bakı şəhər Prokurorluğuna qarşı iddiasına baxılıb


Oktyabrın 7-də Səbail rayon Məhkəməsində jurnalist Eynulla Fətullayevin Bakı şəhər Prokurorluğuna qarşı iddiasına baxılıb.

Hakim Elnur Həsənovun sədrliyi ilə keçirilən proses 2 saatdan çox davam edib.

Hakim iş vaxtının başa çatdığını bildirərək növbəti prosesi oktyabrın 21-nə təyin edib.

Eynulla Fətullayevin saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsində ötən il dekabrın 29-da üzərindən heroin tapılandan sonra Bakı Şəhər Prokurorluğu onun narkotik vasitədən istifadə etməsi barədə rəsmi məlumat yayıb.

Jurnalist hesab edir ki, Bakı şəhər Prokurorluğu məhkəmə hökmü olmadan onun barəsində narkotikdən istifadə etməsinə dair məlumat yaymaqla təqsirsizlik prezumpsiyasını pozub. O, bu məsələni narkotik işi üzrə Qaradağ rayon Məhkəməsində keçirilən məhkəmə zamanı qaldıraraq hüquqi qiymət verilməsini tələb etsə də, məhkəmə məsələyə hüquqi qiymət verməyib. Ona görə də Fətullayev özü Bakı şəhər Prokurorluğunu məhkəməyə verib.

Jurnalist Bakı şəhər Prokurorluğunun ondan rəsmən üzr istəməsini və vurulmuş mənəvi zərərə görə cavabdehdən bir manat alınaraq Qaradağ rayon Məhkəməsinin hakimi İsmayıl Xəlilova ödənilməsini tələb edir. İsmayıl Xəlilov narkotik işi üzrə prosesin hakimi olub.
XS
SM
MD
LG