Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:22

Zəhərli kimyəvi maddə Dunayın qoluna keçib


Macarıstanın qərbindəki aliminium zavodundan dağılmış zəhərli kimyəvi maddə artıq Dynay çayının qollarından birinə çatıb.

Mütəxəssislər çirklənmənin digər Avropa ölkələrinə keçməsindən narahatdırlar.

Qərmızı rəngli kimyəvi maddə Macarıstanın 4 yaşayış məntəqəsini basıb, nəticədə 4 nəfər ölüb, onlarla adam isə müxtəlif dərəcəli xəsarətlə xəstəxanaya düşüb.

Ekoloji fəlakət zonasına baş çəkən baş nazir Viktor Urban bunun Macarıstanın tarixində ən böyük ekoloji faciə olduğunu deyib.

Viktor Urban hələlik ölkənin beynəlxalq yardıma ehtiyacı olmadğını qeyd edib.

Dünay Qara Dənizə tökülməzdən əvvəl, Macarıstanın, Xorvatiya, Serbiya, Rumınya, Bolqarıstan, Moldova və Ukraynadan keçir.

Günün bütün mövzuları

XS
SM
MD
LG