Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:06

Neft gəlirində hökumət nə qədər açıqdır? - İlk dünya reytinqi


Azərbaycanda mübahisə var ki, hökumət neft gəlirini tam açıqlayırmı?
Cəmiyyətdə buna böyük şübhələr var. Ancaq hətta bir çox müstəqil ekspertlər deyirlər ki, hökumətin gəliri açıqdır.

Həqiqət nədir?

Dünyada 41 ölkə var ki, onların gəlirinin 80 faizinə qədərini neft, qaz və faydalı qazıntılar verir.

Revenue Watch İnstitutu Transparency International təşkilatı ilə birlikdə ilk dəfədir ki, bu 41 ölkədə hökumətin neft, qaz və faydalı qazıntılardan gəlirinin və bu sahədə bağlanan müqavilələrin əsas məqamlarının cəmiyyətə nə qədər açıq olmasını araşdırıb və gəlirin açıqlığı indeksini müəyyən edib.

RWI-nin direktoru Karin Lissakers deyir ki, “bir çox ölkədə cəmiyyətin öz sərvətlərindən gəlirlər haqda çox az məlumatı var. Cəmiyyətin belə informasiyaya çıxışı olmayanda hökumətlərin bu gəlirdən necə istifadə etməsinə təsir göstərmək olmur.”

VƏZİYYƏT MÜQAYİSƏDƏ BİLİNİR


Azərbaycan 100 ballıq sistemdə 75,1 bal alıb.
Azərbaycanın cədvəldə qonşuları - yuxarıdan Peru, aşağıdan Ekvadordur.

Azərbaycanda hökumət neft gəlirində nə qədər açıqdır?

Cədvələ görə 41 ölkə arasında Azərbaycanın 9-cu yerdə olması yəqin ki, pis deyil. Azərbaycanın “dolğun gəlir məlumatı verən ölkələr” sırasına salınması yaxşıdır.

Ancaq birinci yerdə olan Braziliyanın 97, ikinci yerdə olan Norveçin 96,4 balını nəzərə alanda Azərbaycanın 75,1 balı o deməkdir ki, Azərbaycanda gəlir məsələsi hətta yerli ekspertlərin düşündüyü qədər açıq deyil.

Vəziyyət müqayisədə bilinir. Azərbaycan hökuməti neft, qaz müqavilələri və gəlirləri sahəsində şəffalıqda Rusiyadan (4-cü yer), Meksikadan (5), Çilidən (6), Kolumbiya (7) və Qazaxıstandan (8) geri qalır.

41 ölkə arasında axırıncı yerdə Türkmənistandır- 9,7 bal.
Burda hökumətin cəmiyyəti məlumatlandırması hətta müharibə gedən Demokratik Konqo Respublikası kimi Afrika ölkələrindən də pisdir.

AZƏRBAYCAN HAQDA DEYİLƏNLƏR

56 səhifəlik hesabatın Azərbaycana aid hissəsində isə deyilir ki, Rusiyada, Qazaxıstanda yerli milli dövlət şirkətləri öz əməliyyatları və gəlirləri haqda tam hesabat verirlər. Azərbaycandakı vəziyyət buna kəskin şəkildə ziddir.

Azərbaycan tənqid olunur ki, Dövlət Neft Şirkətinin mütəmadi tam hesabat vermək praktikası yaxşı deyil.

Hesabatda deyilir ki, Azərbaycanda bütün dövlət şirkətləri və dövlətin nəzarətində olan şirkətlər bütün əməliyyatlarını və maliyyələrini cəmiyyətə açmalıdırlar, o cümlədən bütün aktivlərini və törəmə şirkətlərinin aktivlərini.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG