Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:56

Hərbi hissələrdəki pozuntularla bağlı yeni qurum yaradılacaq


Azərbaycanın hərbi hissələrində baş vermiş qanun pozuntularının yoxlanması üçün Müdafiə Nazirliyi nəzdində yeni qurum yaradılacaq.

Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin oktyabrın 7-də keçirilən iclasında Silahlı Qüvvələrin intizam nizamnaməsində, qarnizon, qarovul və daxili xidmət nizamnamələrində dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirə edilib.

Komitənin sədri Ziyafət Əsgərov bildirb ki, dəyişikliklər layihəsi hərbi hissələrdə baş verən qanun pozuntularının araşdırılması ilə bağlı yeni yaradılacaq qurumla əlaqədardır.

Ziyafət Əsgərovun sözlərinə görə, hazırda hərbi hissələrdə baş verən qanun pozuntuları və cinayət hadisələri ilə bağlı ilkin təhqiqatı həmin hərbi hissələrin komandirlərinin tapşırığına əsasən təyin olunan şəxslər aparır. Qanuna dəyişiklik ediləndən sonra isə Müdafiə Nazirliyinin Hüquq İdarəsi nəzdində yeni qurum yaradılacaq və hərbi hissələrdə baş verən pozuntuların, cinayətlərin ilkin təhqiqatını da bu qurum aparacaq.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub. /Trend/
XS
SM
MD
LG