Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:25

«MONEYVAL» Azərbaycanla bağlı qərarını dəyişib


Avropa Şurasının Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL) Azərbaycanın «xüsusi monitorinq rejiminə» cəlb edilməsinə ehtiyac olmadığına qərar verib.

Bu və daha 30 məsələ 27 sentyabr - 1 oktyabr tarixlərində 33-cü plenar iclasda müzakirə olunub.

Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin yaydığı məlumata görə, tədbirdə Azərbaycanda pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlər barədə hesabat təqdim olunub. Xidmətin nümayəndələri ölkənin bu istiqamətdə əldə etdiyi nailiyyətlərdən, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, institusional inkişaf barədə məlumat veriblər.

«Görüşün nəticəsi olaraq Azərbaycanın «xüsusi monitorinq rejiminə» cəlb edilməsinə ehtiyac olmadığı haqqında qərar qəbul edilib».

İclasda qəbul edilmiş digər bir qərar isə Azərbaycanın Moldovanın pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlər sahəsində fəaliyyətinə dair tərəqqi hesabatı üzrə qiymətləndirici ölkə təyin edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG