Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:40

AŞPA Ermənistanı azərbaycanlı hərbçilərin meyitlərini qaytarmağa çağırıb


Avropa Şurası Parlament Assambleyasının payız sessiyası çərçivəsində Ermənistanı azərbaycanlı hərbçilər Mübariz İbrahimov və Fərid Əhmədovun meyitlərini qaytarmağa çağıran sənəd qəbul olunub.

Sənəddə bildirilir ki, erməni tərəfi azərbaycanlı hərbçilərin meyitlərinin qalıqlarını qaytarmaqdan imtina etsələr də, «Beynəlxalq Qırmızı Xaç Komitəsi nümayəndələrinin regiona səfəri zamanı Ermənistan tərəfi adları çəkilən şəxslərin meyitlərinin qalıqlarının tapıldığı faktını etiraf edib».

Sənəddə bildirilir ki, bu cür hallar beynəlxalq hüquq normaları ilə ziddir: «Belə halların beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil etdiyini və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair danışıqlar prosesinə neqativ təsir etdiyini vurğulayaraq AŞ PA Ermənistandan Azərbaycan Silahlı Qüvvələrinin giziri Mübariz İbrahimov və zabit Fərid Əhmədovun meyitlərini Azərbaycana qaytarmağa çağırır».

Mübariz İbrahimov iyunun 18-də, Fərid Əhmədov isə sentyabrın 4-də həlak olub. O vaxtdan Ermənistan dövləti onların meyitini qaytarmaqdan imtina edir./APA/
XS
SM
MD
LG