Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:25

Eynulla Fətullayevin şikayətinə baxılacaq


Oktyabrın 7-də Səbayel rayon məhkəməsində Eynulla Fətullayevin Bakı Şəhər Prokurorluğuna qarşı şikayətinə baxılacaq.

Eynulla Fətullayevin saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsində ötən il dekabrın 29-da üzərindən heroin tapılandan sonra Bakı Şəhər Prokurorluğu onun narkotik vasitədən istifadə etməsi barədə rəsmi məlumat yayıb.

Jurnalist hesab edib ki, Bakı Şəhər Prokurorluğu məhkəmə hökmü olmadan onun barəsində narkotikdən istifadə etməsinə dair məlumat yaymaqla təqsirsizlik prezumpsiyasını pozub. O, bu məsələni narkotik işi üzrə Qaradağ rayon Məhkəməsində keçirilən məhkəmə zamanı qaldıraraq hüquqi qiymət verilməsini tələb etsə də, məhkəmə məsələyə hüquqi qiymət verməyib. Ona görə də Fətullayev özü Bakı Şəhər Prokurorluğunu məhkəməyə verib.

Jurnalist Bakı Şəhər Prokurorluğunun ondan rəsmən üzr istəməsini və vurulmuş mənəvi zərərə görə Bakı şəhər Prokurorluğundan 1 (bir) manat alınaraq Qaradağ rayon Məhkəməsinin hakimi İsmayıl Xəlilova ödənilməsini tələb edir. İsmayıl Xəlilov narkotik işi üzrə prosesin hakimi olub.

Sentyabrın 23-də hakim Elnur Həsənov sədrliyi ilə keçirilən hazırlıq iclasında Eynulla Fətullayev bildirib ki, o, bir manatlıq iddiadan da, prokurorluğun ondan üzr istəməsindən də əl çəkir adəcə istəyir ki, Bakı Şəhər Prokurorluğu onun təqsirsizlik prezumpsiyasını pozduğunu etiraf etsin və bundan sonra prokurorluğa qarşı iddiasını geri götürə bilər.

Amma Bakı Şhər Pokurorluğunun nümayəndsi Ramiz Rzayev bu kimi barışıq təklifi ilə razılamadığını bildirib və məhkəmədən xahiş edib ki, əsasız olduğu üçün Eynulla Fətullayevin prokurorluğa qarşı iddiası rədd edilsin.

2007-ci ildə terrorla hədələmə, milli ədavəti qızışdırma və vergidən yayınmaqda ittiham olunaraq 8 il yarım azadlıqdan məhrum edilən “Realnıy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin qurucusu və baş redaktoru Eynulla Fətullayevə 2009-cu ilin dekabrında narkotik maddə saxlama ittihamı ilə daha bir cinayət işi açılıb və o, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu il aprelin 22-də Avropa İnsan Haqları Məhkəməsi Eynulla Fətullayevin dərhal azadlığa buraxılması və dəymiş ziyana görə jurnalistə 25 min avro kompensasiya ödənilməsi haqqında qərar qəbul edib.

Azərbaycan hakimiyyəti isə Avropa İnsan Haqları Məhkəməsinin qərarından Böyük Palataya şikayət edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG