Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 13:56

Həmsədrlər Yerevandadır


ATƏT Minsk Qrupunun həmsədrləri İqor Popov , Robert Bradtke, Bernar Fasie və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik artıq Yerevandadırlar.

Onlar Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər.

Bu barədə APA agentliyi Ermənistan mətbuatına istinadla xəbər verir.

Həmsədrlərin bu gün Ermənistan prezidenti Serj Sarqsyanla da görüşü olmalıdır.

Həmsədrlər oktyabrın 7-də Xankəndinə baş çəkəcək , sonra isə faktaraşdırıcı missiya çərçivəsində Azərbaycanın işğal altında olan ərazilərindəki vəziyyətlə tanış olacaqlar.

Bu missiya çərçivəsində həmsədrləri BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi müşayiət edir.

Qeyd edək ki, oktyabrın 4-6-da Azərbaycanda səfərdə olan həmsədrlər bu gün Naxçıvanda Azərbaycan prezidenti İlham Əliyevlə görüşüblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG