Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:25

Prokuror Etimad İsmayılova 10 il iş istəyib


Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılov və digər şəxslərin işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib.

Bu barədə APA agentliyi vəkil Vladimir Filiçkinə istinadla xəbər verir.

Onun sözlərinə görə, Çelyabinsk şəhər məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı Etimad İsmayılova cəzasını ümumi rejimli koloniyada çəkməklə 10 ,
Vladimir Quzova 8 , Abbas Cəfərova 6 il həbs cəzası, Vladimir Şvadçenkoya isə 3 il şərti cəza verilməsini edib.

Müdafiə tərəfi hesab edir ki, prokuror çox ağır cəza istəyib.

Sabahkı prosesdə müdafiə tərəfləri çıxış etməlidir.

Qeyd edək ki, Etimad İsmayılov rusiyada çirkli pulların yuyulması və dələduzluqda ittiham olunur.

O, 2008-ci il martın 25-də Bakıdan Moskvaya qayıdarkən Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Domodedovo hava limanında saxlanılıb.


XS
SM
MD
LG