Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:01

Həmsədrlər İlham Əliyevlə görüşüblər


ATƏT-in Minsk qrupunun həmsədrləri Naxçıvanda prezident İlham Əliyevlə görüşüblər.

Görüşdə ATƏT-in faktaraşdırıcı missiyasının Dağlıq Qarabağ ətrafındakı işğal altında olan rayonlara səfəri və digər məsələlər müzakirə olunub.

İlham Əliyev missiyanın hazırlayacağı hesabatda Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma, dağıntılar və işğalla bağlı faktların öz əksini tapacağına ümidlə yanaşdığını bildirib.

Qeyd edək ki, Azərbaycan prezienti İlham Əliyev hazırda Naxçıvanda səfərdədir.

Həmsədrlərin bu gün Naxçıvandan Yerevana gedəcəkləri və elə bu gün Ermənistan prezidenti Serj Sarkisyanla görüşəcəkləri gözlənilir.

Həmsədrlər oktyabrın 7-də isə Xankəndinə gedəcək və 8-dən etibarən ATƏT-in fakt-araşdırıcı missiyası kimi Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonlarda vəziyyətlə tanış olacaqlar.

Bu missiya oktyabrın 14-dək davam edəcək.
Qeyd edək ki, bu missiyaya BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələri də daxil edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG