Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:36
Oktyabrın 6-da ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke, Bernar Fasie və İqor Popov Azərbaycan prezidenti İlham Əliyevlə görüşmək üçün Naxçıvan Muxtar Respublikasına gediblər.

Bu barədə Azadlıqradiosuna ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat veriblər.

İlham Əliyevlə görüşdən sonra vasitəçilər Naxçıvandan Ermənistana yollanacaqlar. Onlar Yerevanda Ermənistan prezidenti və xarici işlər naziri ilə görüşlər keçirdikdən sonra oktyabrın 7-də Xankəndinə gedəcəklər.

Oktyabrın 8-dən etibarən isə həmsədrlər ATƏT-in fakt-araşdırıcı missiyası kimi Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonlarda vəziyyətlə tanış olacaqlar.

Həmsədrlər oktyabrın 5-də Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və “Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədri Bayram Səfərovla görüşüblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG