Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:24

Tərtərdəki hadisə ilə bağlı axtarışda olan şəxs həbs edilib



Tərtərdə 6 iyul hadisəsi ilə bağlı axtarışda olan Ağdamıın Şotlanlı kənd sakini, 1965-ci il təvəllüdlü Ədalət Atayev həbs edilib.

AzadlıqRadiosuna Tərtər rayon polisindən bildiriblər ki, Ə.Atayev oktyabrın 6-da şotlanlıların müvəqqəti məskunlaşdığı qəsəbədə yaxalanıb.

Bu il, iyulun 6-da Tərtərdə yerli sakinlərlə məcburi köçkünlər - Ağdamın bu rayonun ərazisində müvəqqəti məskunlaşmış Şotlanlı kənd camaatı arasında kütləvi qarşıdurma baş verib. Hadisə nəticəsində Tərtərdə bəzi ticarət obyektləri dağıdılıb, hər iki tərəfdən ağır bədən xəsarətləri ilə xəstəxanaya düşənlər olub.

Həmin vaxt növbəti qarşıdurmadan sığortalanmaq üçün rayonda və şotlanlıların məskunlaşdığı ərazidə polis postları yaradılmışdı.

İyulun 9-dan indiyədək bu hadisə ilə bağlı ümumilikdə 10-a yaxın Tərtər sakini və şotlanlının həbs edildiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG