Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:43

“Yağ kimi” - bu, Kənan Hacının yeni romanının adıdır


Yazıçı-publisist Kənan Hacı “Yağ kimi” adlı roman yazıb.

Müəllifin bildirdiyinə görə, bu ay “Qanun” nəşriyyatında nəşr edilməsi gözlənilən romanın baş qəhrəmanının ən böyük arzularından biri də “Yağ kimi” verilişinə çəkilmək və bununla da məşhurlaşmaqdır.


- Buna qədər isə qəhrəman məşhurlaşmağın müxtəlif yollarından istifadə etsə də, hər dəfə fiaskoya uğrayır.

Bütün bunlar hamısı mənim şahidi olduğum hadisələrdir.

Bu romanda mən həm də “şair” ifadəsinə qarşı camaatda yaranmış allergiyaya diqqəti yönəltmək istəmişəm, bu cəmiyyət şairi məsxərəyə qoyur, stula çıxardıb şeir oxudur, meyxananı isə ciddi sənət növü kimi hər gün efirdən gözümüzə dürtürlər.

Bu, bizim ümumi səviyyəmizin göstəricisidir. Efir məkanının qapıları ciddi ədəbiyyatın üzünə birdəfəlik bağlanıb.

Mənim əsərimin qəhrəmanı ciddi ədəbiyyat adamı olmasa da, onun çevrəsində baş verənlər söz adamlarının faciəsini əks etdirir”.

Bundan başqa romanda ədəbi prosesi əsərləriylə deyil, özü haqda yaranmış xoruz səsi eşitməyən lətifələrlə canlandıran bir sıra əhli-qələmlərə rast gələcəksiniz.

Onlar bizim müasirlərimizdir, əsəri oxuyarkən hər birini tanıyacaqsınız.

Düzü, bu ideya çoxdandı ki, beynimdə dolaşırdı, amma nədənsə, tərəddüd edirdim. Ötən ilin sonunda qəti qərara gəldim və əsəri yazmağa başladım, bu roman üç aya yazıldı. Məqsədim dövrümüzün acı gerçəkliklərini, bəzən yazılması mümkün olmayan detalları da təsvir etmək olub.

Kənan Hacı
Yazıçı deyib ki, indidən özünü “ittihamlar çələngi”ni qəbul etməyə hazırlayıb.


- Sözsüz ki, bu sənədli deyil, bədii əsərdir, bunu özümü sığortalamaq üçün demirəm, mən bir neçə adamdan bir personaj yaratmışam.

Ona görə də konkret demək olmaz ki, filan obraz filankəsin prototipidir. Sadəcə, heç bir daxili senzuraya yol vermədən yazmışam.

“Çəhrayı qan”ı yazanda da bu prinsipi qoruyub saxlamışam.

Düşünməmişəm ki, bunu yazıb hansısa jurnala verim və babat qonorar alım.

Hərçənd, qonorara hamıdan çox ehiyacım var. Bunları fikirləşsəydim, özüm özümü redaktə etsəydim, əsəri yazmağa dəyməzdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG