Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:38

Yevlaxda yeni toxum istehsal müəssisəsi faliyyətə başlayıb



Fabrikin illik istehsal gücü 120 min tondur. Bu barədə Yevlax rayon İcra hakimiyyətinin aqrar şöbəsindən məlumat verilib. Bildirilib ki əsasən buğda, arpa toxumları istehsal edən müəssisə artıq qarğıdalı və günəbaxan toxumlarının da istehsalına başlayıb. Fabrik gələcəkdə digər ölkələrə də toxum idxal etməyi palnlaşdırır.
Müəssisəyə xarici ölkələrdən gətirilən xüsusi sortlaşdırılmış toxumlar əvvəlcə ölkə ərazisində müxtəlif regionlarda sınaqdan keçirilir. Gələn ildən başlayaraq müəssisə tərəfindən əkinçilər üçün səyyari maarifləndirmə treninqləri də keçiriləcək. Fabrik yaxın illərdə Türkiyə, Gürcüstan və digər ölkələrə dünya standartlarına uyğun toxumları ixrac etməyi planlaşdırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG