Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:01

Sentyabr ayında Gəncədə bəzi ərzaq məhsullarının qiyməti artıb



Statistik məlumata görə, ötən ay buğda ununun qiyməti sabit qalsa da çörəyin qiyməti 5 qəpik artıb.
Gəncə şəhər Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, sentyabr ayında şəhərdə çörək, kiloqram hesabı ilə 60 qəpiyə satılıb ki, avqusta bu qiymət 55 qəpik olub. Buğda ununun kiloqramının qiyməti isə bir ay müddətinə 9 qəpik artaraq 35 qəpiyə çatıb. Kartof isə avqustda kiloqramı 40 qəpiyə satıldığı halda sentyabrda 70 qəpik olub. Ötən ay qoyun ətində də artım müşahidə edilib. Belə ki, kilosu 6 manata olan ət sentyabrda 6, 50 -ə satılıb. Yumurtanın dəyəri isə 11 qəpikdən 12 qəpiyə kimi artıb. Pendirin qiymətində də artım müşahidə edilib. Avqustda kilosu 3.60 –a satılan pendir ötən ay 4 manat olub. Ötən ay şəkər tozu hər kiloqram üçün 4 qəpik, göyərti 5 qəpik, xiyar 20, bibər 20, badımcan isə 10 qəpik bahalaşıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG