Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:49

Gəncədən dindarlar didərgin salınır


- Mənim oğlumu şəhərdən didərgin salıblar. Deyiblər Gəncədən çıx.
- Polislər deyib?
- Hə, deyiblər çıx şəhərdən.
- İndi haradadır oğlunuz?
- Mən- anası burda, o da gah o kənddə, gah başqa kənddə.

Gəncə sakini Ofeliya Rzayeva deyir ki, oğlu Azər Cəbiyevə Gəncə şəhər Polis İdarəsindən göstəriş verilib ki, şəhəri tərk etsin. Ofeliya Rzayevanın dediyinə görə, oğlu və digər dindar yoldaşları sentyabrın 12-də Bakıya İslam Partiyasının sədri Mövsüm Səmədovun saxlandığı təcridxanaya, onunla görüşə gedib. Həmin vaxt Bakıda 10 günlüyə həbs edilən gəncəlilərə Gəncəyə qayıdan kimi şəhəri tərk etmələri tapşırılıb. İndi oğlunun və nəvələrinin üzünə həsrət qalan Ofeliya Rzayevanı maraqlandıran övladının şəhərdən qovulmasının səbəbidir:

ANANIN SUALLARI…

«Bəlkə mənim oğlum adam öldürüb, bilmirəm? Mən nəvələrimin üzünə həsrət qalmışam. Bir oğlum var, bilmirəm, hara çıxam gedəm mən Azərbaycandan. Nə olub ki, zindanda olanla da görüşər, ziyarətə də gedər, onda adamı tutarlar? Deyirlər niyə getmisiz dindarla görüşə. Yəqin dövlət çevrilişi edirsiz. Dövləti 5 nəfər çevirə bilər? Mənim balam niyə düşüb çöllərə, niyə onu didərgin salıblar? Kimin tapşırığıdır bilmirəm».

Həmin vaxt 10 gün həbs cəzası alan və bundan sonra Gəncəyə qayıdan Asəf Əliyevin də həyat yoldaşı bildirdi ki, Bakıdan gələn kimi əri şəhəri tərk edib. Hazırda da Göyçayda nənəsinin yanında qalır:

Rasim Musayev
«Yoxdur evdə, Göyçaya gedib nənəsigildə qalır. Bakıdan gələndən ordadır».

Gəncə şəhər Polis İdarəsinin rəisi Rasim Musayev dindarlara şəhəri tərk etmələri ilə bağlı tapşırıq verilməsini təsdiqləmir:

«BELƏ GÖSTƏRİŞ OLMAYIB…»

«Gəncədə 20 min dindar yaşayır, kimə deyilib? Belə göstəriş olmayıb, gəlsinlər mənim yanıma görüm kimə deyilib?»

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin qərb bölgəsi Üzrə Nümayəndəsi Firdovsi Kərimov da deyir ki, Gəncədə dindarların öz şəhərlərindən qovulmasından xəbəri yoxdur.

Oğlunun polisin göstərişi ilə Gəncədən didərgin salındığını deyən Ofeliya Rzayeva kimi bəzi analar isə övladlarından nigarandır və güc strukturlarından cavab gözləyir. Ancaq indilik verilən cəvablar isə onları qane etmir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG