Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:00

Erməni kəşfiyyatçısının ölüm xəbəri ailəsinə çatdırılıb



Beynəlxalq Qızıl Xaç Komitəsi erməni əsirin ölüm xəbərini onun ailəsinə çatdırıb.

Bu barədə APA-ya BQXK-nin Bakı ofisinin yayım şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. Onun sözlərinə görə, təmsil etdiyi qurum növbəti addım kimi, əsirin meyitinin qaytarılması üçün tərəflərə vasitəçilik təklif edə bilər.
Erməni kəşfiyyatçısı Manvel Sarıbekyan oktyabrın 5-də gecə intihar edib. Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğunun yaydığı məlumatında iddia olunur ki, kəşfiyyatçı köynəyi və döşəkağının köməyi ilə özünü asıb. Saribekyanın bədənində heç bir başqa xəsarət izinə rastlanmadığı bildirilir.


XS
SM
MD
LG