Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:13

bp-nin yeni prezidenti Bakıya gəlib




bp-nin yeni prezidenti Robert Dadli şirkətin keçmiş prezidenti Toni Heyvordla birlikdə dünən Azərbaycana iki günlük işgüzar səfərə gəlib. “bp- Azərbaycan”ın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu səfər şirkətin baş icraçı şəxslərinin işləri bir-birinə təhvilvermə prosesinin bir hissəsi kimi planlaşdırılıb.

R. Dadli qurumun yeni prezidenti kimi öz vəzifəsinin icrasına bu il oktyabr ayının 1-dən başlayıb. Onun səfər proqramına “bp- Azərbaycan”ın rəhbərliyi və işçi heyəti ilə bir sıra görüşlər, həmçinin Səngəçal terminalına səfər daxildir.

R. Dadli Azərbaycan prezidenti İlham Əliyevə təqdim olunacaq və ona bp-nin Azərbaycanda əməliyyatçısı olduğu layihələr üzrə işlərin cari vəziyyəti və planlar barədə məlumat verəcək. R. Dadli həmçinin Azərbaycanın ən iri neft və qaz hasilatı və nəqli layihələrinin əməliyyatçısı kimi bp şirkətinin davamlı olaraq öz öhdəliklərini yüksək səviyyədə yerinə yetirməsini vurğulayaraq şirkətin Azərbaycanla əməkdaşlığının daha da gücləndirilməsi və genişləndirilməsi niyyətinin uzunmüddətli olduğunu bir daha bildirəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG