Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:16

Türkiyəli sənətçi Azərbaycan Yazıçılar Birliyinin üzvü oldu


Ahmet Şafak (Youtube)

Ahmet Şafak (Youtube)

Türkiyəli sənətçi, şair və bəstəkar Ahmet Şafak Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilib.

APA-nın məlumatına görə, hazırda Bakıda səfərdə olan Ahmet Şafaka AYB-nin fəxri üzvlük vəsiqəsi bu gün təqdim olunub.

AYB-nin katibi Rəşad Məcid tərəfindən türkiyəli yazara təqdim olunan üzvlük vəsiqəsi ilə o rəsmən birliyin üzvlüyünə qəbul olunub. R. Məcid deyib ki, Ahmet Şafak AYB-nin 121-ci fəxri üzvüdür:

“AYB-nun ümumilikdə 1500-ə yaxın üzvü var, onlardan 121-i isə birliyin fəxri üzvləridir”.

Ahmet Şafak AYB-nin fəxri üzvü seçildiyi üçün şərəf duyduğunu diqqətə çatdırıb.

Sənətçi bildirib ki, o, gələn ilin mart ayında Bakıda Heydər Əliyev Sarayında konsert vermək fikrindədir.

Ahmet Şafak Türkiyədə daha çox vətənpərvərlik mövzulu, xüsusən də şəhid olmuş türk əsgərlərinə həsr edilmiş mahnıların müəllifi və ifaçısı kimi tanınır.

"Türk Asrına Girerken", "Kavramlara Dokunmak", "Yükselen Milliyetçilik ve Liberal İhanet" adlı ilk üç kitabı jurnalistlik etdiyi illərdə çap edilib.

Bunlar ictimai-siyasi incələmə əsərləridir.

"Kan Meclisi:1915" və "Kurt" adlı kitabları roman janrındadır, son kitabı olan "Şöhret Sanatı Öldürdü,Cinayeti Ben Gördüm" isə Şafakın sənətkarlıq və mədəniyyətə aid fikirlərini əks etdirir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG