Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:03

SÜRÜCÜLÜK VƏSİQƏSİ VƏ YOL HƏRƏKƏTİ QAYDALARI BARƏDƏ


________________________________________
Sual Kimdən: Haqverdiyev Nurlan Haradan: Ismayıllı
03.03.2011 21:42


Salam.Mümkünsə avtomobilin rayon uçotuna salınmasi üçün nı qədər dövlət rüsumunun kəsildiyini bilmək istərdim.
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
04.03.2011 10:04


Nəqliyyat vasitərlərinin qeydiyyatına görə dövlət rüsumunun məbləği 10 manatdır

________________________________________
Sual Sual Kimdən: İlkin Qarayev
26.02.2011 17:34


Salam. Onceden tesekkurumu bildirirem ki, bu cur bir serait yaratmisiz suallarimizi cavablandirmaga.
Sizden suruculuk vesiqesi barede sorusmaq isterdim.
Menim suruculuk vesiqemi 2010 -cu il iyul ayinin 5-de DYP terefinden cerime olunub ve evezine talon deyilen etibarname verib. Bu talonun son muddeti 2010 -cu il avqust ayinin 5 -de vaxti bitib. Mene lazim olmadigindan hemde maddi imkan olmadigindan (yeni avtomobilden istifade etmemisem hemin arada) suruculuk vesiqesini geri almamisam. Dekabr ayinin evvelinde getdim almaga 66 AZN cerime ve 4 ay gecikdirdiyime gore 85 AZN cerime istediler. Menim ve tanidigim kohne suruculerden aldigim melumata gore bu duzgun deyil. Xahis edirem mene bu barede bir meslehet gosteris veresiniz.. Cox sagolun.
Eger unvani duzgun yazmamisamsa bu sualimi o unvana yonlendirmenizi xahis edirem./
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
01.03.2011 09:53


Salam
Sizə verilən talonda olan müddət cərimənin ödənilməsinin son tarixi deyil, o sürücülük vəsiqəsinə aiddir. Yəni həmin vaxta qədər sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə edə bilərsiniz. Cərimənin gec ödənilməsi üçün hər hansı əlavə cərimə nəzərdə tutulmur

________________________________________
Sual Kimdən: Babek Alibayov
03.03.2011 21:30


Salam, men - Babek Alibayov sizden suruculuk vesiqesi almaq ucun Azerbaycan Respublikasi Sehiyye Nazirliyi terefinden verilen Tibbi Arayisin (Qeydiyat nomresi AZS N 083) dovlet rusumun oyrenmek isterdim . Bu barede sizin saytda hec bir melumat yoxdur. Birde bu rusum regionlara gore deyisir yoxsa sadece standart qiymeti var. Bir de bu rusum haqqinda hansi qanunda qeyd edilib bu barede melumat elde etmek ve ya hemin normativ qanunla tanis olmaq olar. qabaqcadan minnetdaram. xahis edirem bunu nezere alasiniz. Cox sagolun. Bir de bu rusumu tibbi arayis aldigmiz xestexanaya yoxsa hansisa bank sobesine odeyib qebz alamq olar.
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
04.03.2011 10:53

Sürücülük vəsiqəsi almaq üçün tibbi müayinədən keçmək lazımdır. Bunun üçün Bakı şəhərində Sürücülərin Tibbi Müayinə Mərkəzinə, digər rayonlarda rayon-şəhər xəstəxanasına müraciət etmək lazımdır. Sürücülərin Tibbi müayinə mərkəzi tam təsərrüfat hesablı müəssisəsidir və özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərir. Sürücülük vəsiqəsi almaq üçün müraciət edən vətəndaşların tibbi müayinədən keçərkən ödədikləri vəsait həmin müəssisənin saxlanma xərcinə, işçilərin əmək haqqına, tibbi ləvazimatların alınmasına, kommunal xərclərə və digər məsrəflərə sərf olunur. Müəyyən olunmuş məbləğ müəssisənin xəzinəsinə ödənilir.
________________________________________
Sual Kimdən: Fidan Haradan: USA
03.03.2011 03:17


Xahish ediram deyin, qanunla xarici olkanin suruculuk vasiqasi ila Azerbaycanda mashin surmak olarmi? Tashakkurlar.
Cavab
Sual Kimdən: Şəfa Camalzadə
03.03.2011 21:42


Azərbaycan Respublikasında nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı müvafiq qanunvericiliyə uyğun olaraq xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən beynəlxalq standartlara uyğun verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqələri də Azərbaycan Respublikasının ərazisində vəsiqənin etibarlılıq müddəti 1 (bir) ildən çox olmayaraq qüvvədədir. Deməli, əgər sizin sürücülük vəsiqəniz bu şərtlərə irsə, siz Azərbaycan Respublikasında ən azı bir il ərzində hələ nəqliyyat vasitəsini idarə edə bilərsiniz.

Şəfa Camalzadə
Hüquqşünas,

Hüquqi Yardım Mərkəzi

________________________________________
Sual Kimdən: Anonim
14.03.2011 12:59


Salam mən sürücülük vəsiqəmi 10 il bundan əvəl Russiya şəhərində almışam indi vəsiqənin vaxtı bitir özüm Azerbaycan vətandaşiyam mən imtahan verməliyəm yoxsa necə dəyişə bilərəm
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
15.03.2011 11:43


Avtomotonəqliyyat vasitələrini və onların qoşqularını idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi qaydaları haqqında Təlimatın 6.9-cu bəndinə uyğun olaraq Xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən beynəlxalq standartlara uyğun verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqələri də Azərbaycan Respublikasının ərazisində vəsiqənin etibarlılıq müddətinə 1 ildən çox olmayaraq qüvvədədir.
Azərbaycan Respublikası ərazisində daimi və ya müvəqqəti yaşayan xarici ölkə vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə sürücülük vəsiqəsi ümumi əsaslarla verilir.
Respublika ərazisində müvəqqəti yaşayan əcnəbi şəxslərin, habelə əvvəllər xarici ölkələrdə yaşamış və sonradan Azərbaycan Respublikasına köçüb gəlmiş şəxslərin malik olduğu milli və ya beynəlxalq sürücülük vəsiqəsinin notarial qaydada təsdiq olunmuş tərcüməsi sürücülük vəsiqəsinin alınması üçün əsas götürülə bilər. Belə şəxslərə sürücülük vəsiqəsi onlar tibbi müayinədən keçdikdən, nəzəri bilik səviyyəsi və sürmə vərdişləri yoxlanıldıqdan sonra əvvəllər malik olduqları kateqoriyalar üzrə müvafiq qaydada verilə bilər.

________________________________________
Sual Kimdən: huseynov zahid Haradan: bakidan
06.03.2011 20:29


MEN RUSIYA FEDERASIYASINDAN "XUSUSI TEYINATLI" 18-m lik АГП-18 tipli AVTOVISHQA almisham.Hemin mashin ГАЗ-53 un bazasindadir ve 2001 ci il buraxilishidir.Sizden xahish edirem meni ashagidaki suallar uzre bilgilendiresiniz:
1.Men hemin texnikani ishletmek ucun BAKI sheherine getire bileremmi?
2.Gomruk xerclerim ne qeder olar?
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
08.03.2011 00:10


Sizi narahat edəngömrük məsələləri ilə bağlı Dövlət Gömrük komitəsinin internet saytına müraciət etməyiniz xahiş olunur
http://www.customs.gov.az/az/#
________________________________________
Sual Kimdən: Araz Haradan: Celilabad
02.04.2011 19:16


Xidmetinize gore tewekkur eliyirem ! men mawinimla gederken ypx-nin emekdawlari qanunsuz olaraq meni 60 man. cerime eliyibler! protokolda oz iradlarimi qeyd etmiwem,ancaq onlar menim yanimda olan wahidi protokolda qeyd etmekden imtina etdiler! men mehkemeye muracuyet etmek istedim,ordaki vekile yaxinlawaraq , mehkemeye hansi formada muraciyet etmek lazim olduqunu soruwdum! menden, informasiya ucun pul istediler !Men Sizden mehkemeye muraciyet prosedur qaydasini oyrenmek isterdim! qabaqcadan minnetdarliqimi bildirirem!
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
07.04.2011 13:20


Ərazi üzrə inzibati iqtisadi məhkəməyə ümraciət etməlisiniz, tərtib olunçuş protokolun etibarsızlığı məsələsini iddia ərizəsində qaldırmalısınız. Şahidin protokola imza atmamasını da ərizədə xüsusi vurğulayın. çünki hal şahidləri üçün protokolda ayrıca qrafa var, düşünürəm ki bununla bağlı məhkəmədə uğur qazanmaq olar
Məhkəməyə iddia ərizəsi ilə birlikdə protokolun surətini (əgər protokolun surəti sizdə yoxdursa, sizə veirlən müvəqqəti icazə vərəqəsinin surətini) təqdim edirsiz .

________________________________________
Sual Kimdən: Islamova Gulnara
31.03.2011 13:18


Sizden xahis edirem ki menim sualima esiniz. Aldigimiz Ford tranzit markali mikroavtobusu (1993-cu il) yuk masini kimi istifadesine icaze almaq ucun devlete ne qeder pul odemeliyem. Bize 400-450 man. pul deyilib. Lakin men qanuni deyerini odemeye haziram. Lutfen tarif barede qisa melumat vermenizi xahis edirem.
Cavab
Kimdən: Fariz Namazlı Haradan: bakı
02.04.2011 11:01



Salam
Ford nəqliyyat vasitəsindən yük maşını kimi istifadə etmək istəyirsinizsə, Nəqliyyat nazirliyinə müraciət edə bilərsiz. aşağıdakı sənədlər tələb olunur:
1. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təsdiq etdiyi formada ərizə. Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:
hüquqi şəxslər üçün - adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü;
fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), fəaliyyət növü;
2. hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surəti;
3. ərizəçinin vergi orqanları tərəfindən qeydiyyata alınması haqqında müvafiq sənədin surəti;
4. mülkiyyətində və digər qanuni əsaslarla sərəncamında olan avtonəqliyyat vasitələrinin ümumi və növlər üzrə sayı haqqında məlumat;
5. sərnişin və ya yük daşımaları üçün istifadə olunması nəzərdə tutulmuş avtonəqliyyat vasitələrinin hər biri üçün müvafiq hüquqi şəxsin və ya fərdi sahibkarın mülkiyyət və digər qanuni əsaslarla istifadə (icarə, etibarnamə və s.) hüququnu təsdiq edən sənədlərin surəti;
6. avtonəqliyyat vasitələrinin texniki baxışdan keçdiyi haqda məlumatın göstərildiyi dövlət qeydiyyatı şəhadətnaməsinin surəti;
7. sürücülərin müvafiq kateqoriyalı sürücülük vəsiqəsinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda zəruri iş stajı və ya sürücülük təcrübəsi barədə təsdiqedici sənədlərin surəti;
8. ümumi istifadədə olan sərnişin avtonəqliyyat vasitələrinin, habelə beynəlxalq yük daşımalarında istifadə edilən avtonəqliyyat vasitələrinin sürücülərinin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədlərin surətləri;
9. avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinin surəti;
10. avtonəqliyyat vasitəsinin texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğunu təsdiq edən sənədlər;
11. lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd (digər sənədlərdə çatışmazlıqlar müəyyən edilmədikdə təqdim olunur).

Dövlət rüsumu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanına “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri” 2 saylı əlavəyə görə Nəqliyyat nazirliyi tərəfindən alınan 150 manat, beynəlxalq yük daşımaları üçün 200 manatdır.

________________________________________
Sual Kimdən: kenul allahverdiyeva
26.03.2011 12:05


Salam
size bele bir sualim var:
Xarici olkede alinmis suruculuk vesiqesini etibarliliq muddeti qurtardiqdan sonra (bildiyim qederi ile 1 il muddet verilir) suruculuk vesiqesini deyismek ucun imtahan lazimdirmi?
P.S. YOl hereketi haqqinda qanunun 35 ci maddesine gore imtahan nezerde tutulmur.Ama bir nece yerde oxumusam ki DYP orqanin emekdaslari bunu ucun nezeri bilik ve surme verdislerinin yoxlanilmasinin zeruri oldugunu qeyd edirler.Ama yene de bu barede men qanunda hec bir yerde rast gelmedim.Nezeri biliklerin yoxlanilmasi imtahan vermekmi demekdir?
xahis edirem aydinliq getiresiniz.
Evvelceden tesekkurler
Cavab
Sual Kimdən: Fariz Namazli Haradan: Baki
29.03.2011 10:47


Avtomotonəqliyyat vasitələrini və onların qoşqularını idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi qaydaları haqqında TƏLİMATın 6-cı bəndində sürücülük vəsiqəsinin dəyişdirilməsi qaydaları göstərilib. Təlimatın 6.2-ci bəndinə görə, Sürücülük vəsiqəsinin dəyişdirilməsi vəsiqə sahibinin bu Təlimata 6 saylı əlavəyə uyğun formada ərizəsi, müvafiq kateqoriyalı nəqliyyat vasitələrinin idarə edilməsinə yararlılığı barədə tibbi arayış və şəxsiyyəti təsdiq edən sənəd əsasında QİM-də imtahansız, əvvəllər malik olduğu kateqoriyalar saxlanılmaqla bir gün ərzində həyata keçirilir.
Göründüyü kimi, burda hər hansı nəzəri yaxud praktiki imtahanın verilməsindən söhbət getmir.
________________________________________
Sual Kimdən: ali1965
16.04.2011 23:58


Salam, xahiş edirəm bildirin.Mənim C-kateqoriyalı sürücülük vəsiqəm var. Onunla öz minik avtomobilimi idarə edə bilərəmmi?
Cavab
Sual Kimdən: Fariz Namazlı Haradan: Bakı
04.05.2011 11:39

Yol hərəkəti haqqında qanuna görə C kateqoriyası olan sürücülərə minik avtomobili idarə etmək qadağan edilmir.



Sual:

Kimdən: Adalet Şəhər: Xacmaz
ssuruculuk mektebine qeydiyyat ucun dovlet rusumu ne qederdi?(oz hesabima)

Cavab:
Kimdən: Fariz Namazlı Şəhər: Bakı
sürücülük vəsiqəsi almaq istəyən şəxslər müvafiq kateqoriya üzrə tədris kurslarını bitirməli (rüsumların ödənilməsi barədə məlumatı öyrənmək üçün tədris kurslarına mürasiət etməyiniz tövsiyə olunur) və müəyyən edilmiş qaydada tibbi müayinədən keçməlidirlər

**********************

Sual:
Kimdən: NƏRGİZ Şəhər: BAKI
Hörmətli Vəkil!
“NİSSAN”-TİDA avtomobilim var .Onu Baş Etibarnamə ilə satın almışam.İndi istəyirəm ki, maşını DYP-də öz adıma rəsmiləşdirim.Maliyə durumum zəifdir. Elə avtomobili satın alanda da bu səbəbdən etibarnamə variantını seçdim. İndi deyirlər daha rüşvət yığışdırılıb.Odur ki, soruşuram: Bu əməliyyat mənə neçə manata başa gələcək?
Hörmətlə Nərgiz


Cavab:
Kimdən: Fariz Namazlı Şəhər: bakı
Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi haqqında müqavilənin təsdiqi üçün dövlət rüsumu əgər nəqliyyat vasitəsi ailə üzvlərindən birinin mülkiyyətinə keçirsə 25 manat, kənar şəxsin mülkiyyətinə keçirsə 50 manatdır.
Bundan əlavə, Nəqliyyat vasitəsinə texniki baxış keçirilməsi üçün:
-mühərrikin işçi həcmi 2000 kub sm-ə qədər olan minik avtomobilləri üçün hər kub sm görə 1qəpik, 2000 kub sm-dən çox olan minik avtomobilləri üçün 20 manat+ mühərrikin həcminin 2000 kub sm-dən çox hissəsi üçün hər kub sm-ə görə 2 qəpik yol vergisi tutulur, əlavə olaraq avtonəqliyyat vasitələrinə xidmətlərin göstərilməsi üçün 10 manat dövlət rüsumu ödənilir.

**********************

Sual:
Kimdən: Ecin Şəhər: Baki
Salam!
Ellilere minik avtomobilinin verilmesi qaydasi necedir?
Hansi senedler teleb olunur. Xahis ederdim bu barede melumat veresiniz.
Evvelceden Size oz tesekkurumuzu bildiririk. Cavab

Cavab:
Kimdən: Fariz Namazlı Şəhər: Bakı
Əlillərə minik avtomobillərinin verilməsi Əmək və Əhalinin Sosial Müdafiə nazirliyi tərəfindən tənzimlənir. Həmin nazirlikdə qeydiyyatda durmaqla minki avtomobili ala bilərsiniz

**********************


Sual:
Kimdən: easad
girovda olan maşinim ücün etibarnamə vermək isteyirəm.buna görə bankdan razılıq senedi verməliyəm ? muveqqeti idare etmek ücün. Cavab

Cavab:
Kimdən: Fariz Namazlı Şəhər: Bakı
Girovda olan nəqliyyat vasitəsi bankın mülkiyyətində olduğuna görə, onun idarə edilməsi üçün etibarnamə verildikdə bankın razılığının alınması vacibdir

**********************


Sual:
Kimdən: Alik Şəhər: Sumqayit
Salamunaleykum. Bilmek isterdim ki, suruculuk vesiqesi zede almish ve neticede bir gozun gormesi itmish shexse dushurmu?Diger goz 100% gormeye malikdir.Qanunda varmi bele bir madde ? Varsa eger hansi kateqoriya dushur.?


Cavab:
Kimdən: Fariz Namazlı Şəhər: Bakı
Bununla bağlı konkret nəsəd emək mümkün deyil. çünki bu məsələ birbaşa olaraq müayinə edən həkimin səlahiyyətinə aiddir. Təbii ki bir gözün tam olaraq görməsi və digər gözün görməməsi halında həmin şəxsə sürücülük vəsiqəsinin verilməməsi qaydası müəyyən olunmayıb. Hər bir halda sağlamlıq vəziyyətini həkimlər müəyyənləşdirir və onların arayışına və diaqnozuna əsasən sürücülük vəsiqəsi verilir

**********************


Sual:
Kimdən: Anonim
Salam!1986-ci ilde sovet suruculuk vesiqesi almisham,2000-ci ilde Kohne SNQ dovletlerinin hamisinda SV deyishdirildi,Moskvada muveqqeti 6 ay qeydiyyati olanlar orda deyishe bilirdiler amma deyishmedim,hazirda gedib SV(suruculuk vesiqesi)deyishmek ucun imtahan vermeliyemmi???

Cavab
Kimdən: Fariz Namazlı Şəhər: Bakı
Yol hərəkəti haqqında qanunun 35-ci maddəsinə görə,
VI. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır:
1) onun etibarlıq müddətinin qurtarması;
2) sahibinin soyadı, adı və ya atasının adının dəyişdirilməsi;
3) onun yazılarında dəqiqsizlik müəyyən edilməsi;
4) onun yararsız hala düşməsi;
5) onun itirilməsi;
6) yeni nümunəsinin bu Qanunla müəyyən edilmiş qaydada təsdiqi nəticəsində ölkədə sürücülük vəsiqələrinin dəyişdirilməsi.
VII. Sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, imtahansız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir gün ərzində həyata keçirilir.
VIII. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün, bu maddənin altıncı hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məbləğdə haqq alınır. Sürücülük vəsiqəsinin itirilməsinə görə onun dəyişdirilməsi halında, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə cərimə ödənilir.
IX. Sürücülük vəsiqəsində göstərilmiş kateqoriyaların dəyişdirilməsi məqsədi ilə sürücülük vəsiqəsinin dəyişdirilməsi bu maddənin birinci—dördüncü hissələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
X. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş sürücülük vəsiqələrindəki məlumatların mərkəzləşdirilmiş uçotunu aparmalıdır.
XI. Hər hansı şəxs bu Qanunla müəyyən edilmiş qaydada ona sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi haqqında ərizəyə baxılmamasından və yaxud belə ərizənin süründürülməsindən, habelə yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara onun buraxılmasından imtina edilməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər

Göründüyü kimi, qanunda sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün imtahanın keçirilməsi nəzərdə tutulmayıb.


**********************



Sual:
Kimdən: AYDIN Şəhər: BAKI
HORMETLI VEKIL.MEN BIR IL EVVEL NISSAN MARKALI MASIN ALDIM .DAHA 30 MIN KM GETMEYIME BAXMAYARAG MASININ APRONLARI VE ALTI PAS ATIB .NISSAN SERVISINE GETTIM MENE DEDILERKI BES HOVSAN QESEBESI NEMLI VE SUYU ŞORAN OLDUGU UCUN GARANTIYA XARICINDEDIR OZ HESABINA TEMIR ELE.MENE BU MESELEDE NE MESLEHET GORERSINIZ COX SAGOLUN

Cavab
Kimdən: Fariz Namazlı Şəhər: Bakı
Salam
Nəqliyyat vasitəsini aldığınız vaxt şirkətlə bağladığınız müqavilədə əgər srvis xidmətləri nəzərdə tutulubsa, təbii ki müqavilədə göstərilən müddət ərzində siz həmin nəqlıiyyat vasitəsini pulsuz təmir etdirmək hüququna maliksiniz. Həmin müqavilədə şirkətin məsuliyyət daşıdığı və məsuliyyətdən azad olduğu hallar göstərilib, əgər onların qeyd etdiyi Hövsan yolunun şoranlı və nəmli olması səbəbi ilə şirkətin nəqliyyat vasitəsini pulsuz təmir etmək vəzifəsinin olmaması göstərilməyibsə, o zaman siz şirkətin ümqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi tələbi ilə məhkəməyə müraciət edə bilərsiniz.


**********************


Sual:
Kimdən: NƏSİB Şəhər: BAKI
Mənim "Mersedes190" avtomobilim var . 2010-cu ildə onu istismar etməyəcəyimi bilib texniki baxışdan keçməmişəm.2011-ci il üçün Texniki Baxışdan keçərkən 2010-cu il üçün də texniki baxış üçün rüsum ödəməliyəmmi?

Cavab

Kimdən: Fariz Namazlı Şəhər: Bakı
İnzibati xətalar Məcəlləsinin 154.1-ci maddəsinə görə, nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsinin dövlət qeydiyyatından və texniki baxışdan keçirməməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə müqaviləsi, etibarnamə əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə, eləcə də nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarının pozulmasına görə -
fiziki şəxslər on beş manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan yetmiş manatadək miqdarda cərimə edilir.
Lakin həmin məcəllənin 36.1-ci maddəsinə görə, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci iki ay keçənədək verilə bilər.
Göründüyü kimi 2 ay keçdikdən sorna inzibati tənbeh tətbiq edilmir.
Ona görə də sizdən 2010-cu ildə nəqliyyat vasitəsini texniki baxışdan keçirilməməsinə görə inzibati məsuliyyətə cəlb edə bilməzlər


**********************

Sual - Kimdən: Sexavet Memmedov
16.09.2010 12:34 Men gurcustan vetendashiyam. Azerbaycandan suruculuk vesiqesi ala bilerem?Xahish edirem cavab veresiniz.

Cavab ----------
Yol hərəkəti haqqında Qanuna müvafiq olaraq əcnəbi şəxslər Azərbaycanda sürücülük vəsiqüəsi ala bilərlər. bunun üçün müvafiq icra hakimiyyəti orqanına ərizə ilə birlikdə Azərbaycan ərazisində əcnəbinin qeydiyyata alınması haqqında vəsiqəni, müvafiq kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə təhsil planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçməsi barədə təhsil müəsüsisəsinin sənədi və ya müstəqil hazırlıq keçməsi ilə əlaqədar AR-nın müvafiq icra hakimiyyəti orqanında qeydiyyata götürülməsi barədə sənəd, AR-nın müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş formada tibbi arayış və sürücülük vəsiqəsi verilməsi üçün dövlət rüsumunun ödənilməsi qəbzi təqdim olunmalıdır.

Fariz Namazlı
Media Hüququ İnstitutu
hüquqşünas


**********************


Sual - Kimdən: Nahid Şəhər: İsmayıllı
10.09.2010 21:40 Mən Azərbaycanda oxuyub sürücülük vəsiqəsi almışam.Sonralar Rusiyada olanda vaxtı qurtardığı üçün vəsiqəni dəyişmişəm.Hal hazırda Azərbaycandayam və Azərbaycan vətəndaşıyam.Sürücülük vəsiqəmin vaxtı 2 aydan sonra qurtarır. Eşitmişəm ki, Rusiyada oxuyub vəsiqə alanlar Azərbaycanda onu dəyişəndə nəzəri imtahan verirlər. Sürücülük kursunu Azərbaycanda oxumağıma baxmayaraq mən də vəsiqəni dəyişəndə imtahan verməliyəm?Cavabınıza görə qabaqcadan təşəkkür edirəm.

Cavab-----------
Yol hərəkəti haqqında Qanunun 35-ci maddəsinin VII hissəsinə uyğun olaraq Sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, imtahansız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir gün ərzində həyata keçirilir.

Fariz Namazlı
Media Hüququ İnstitutu
Hüquqşünas

**********************


Sual - Kimdən: Anar Şəhər: Rusiya
09.09.2010 20:23 Heyat yoldashim Rusiya vetandashidi. Suruculuk mektebini rusiyada bitirib, ve orda aldigi senedler esasinda Azerbaycanda suruculuk vesigesi ucun imtahan vere bilermi( tebii ki, muveggeti yawayiw yerinde geydiyata alinarsa.), mumkunse prosesleri ardicilligla sherh edin. Minnetdaram

Cavab -- Kimdən: Elman Fəttah - Hüquqşünas
Azərbaycan qanunverciliyində qəti tələb var ki, imtahanı şəxslər yalnız qeydiyyatda olduqları yerlədrə verməlidirlər. Ona görə həmin adam mütləq müvəqqəti qeydiyyata alınmalı, sonra da həmin qeydiyyat yeri üzrə ərazi imtahan komissiyasında imtahan verə bilər.

Amma sürücülük məktəbini xarici ölkədə bitirmək problem yarada bilər. Çünki Azərbaycan qanunverciliyində yazılmayıb ki, sürücülük məktəbini başqa ölkədə bitirmək imtahan üçün keçərlidir.

Azərbaycanın hər hansı yerində qeydiyyata durandan sonra bir aylıq sürücülük kursu almaq faydalı ola bilər. Amma Rusiyada oxuyub sonra da birbaşa Azərbaycana imtahan vermək problem yarada bilər, onu imtahana buraxmaqdan imtina edə bilərlər.


**************************************************


Sual - Kimdən: Alim Şəhər: Sabirabad
09.08.2010 16:11 Salam. Menuzleshdiyim ozbashnaliqdan sonuncusuna dair size sual vermek iosterdim.

Men 06/08/2010 tarixinde shirvan sheherinde yerleshen qeydiyyat imtahan menteqesinde imtahan verdim ve imtahandan kecdim. Mənimlə bərabər 7-8 nəfər də imtahan verdiş Lakin onlarin hamisina hamiya melum o0lan sebeblerden hemin gunu praktiki imtahah vermeden suruculuk vesiqesi verildi, Yalniz mənə "2 hefete sonra gel" dedilər səbəbini sorushduqda dedilər təcrubi imtahan o vaxta təyin olunub. Belədirse bəs diger imtahan verenler necə həmin günü sürücülük vəsiqələrini alir? Bele hallar olduqda inandigimiz bir menbe varmi ki ora mutraciet edib ozbaşnaliğı deyek, şikayət edək. sizde her hansi nomre varsa xahish edirem bildiresiniz.

Cavab --- Kimdən: Müzəffər Baxışov, vəkil
İmtahan-qeydiyyat bölmələrində belə halların olduğu hamıya bəlldiri. Amma bunu deəyəndə bəzən adamı ittiham edirlər ki, sübut et.
Mən tövsiyyə edirəm ki, əgər həqiqətən belə qanunsuzluq baş veribsə, Şirvan şəhər Prokurorluğuna müraciət edərək hadisənin araşdırılmasına nail olsun.
Hadisə bu sualda göstərilən kimi baş veribsə, bu şəxsin Konstitusiyada təsbit edilmiş bərabərlik hüququ pozulub. Ona görə hadisəni araşdırmaq lazımdır.

Cavab ---
Kimdən: Alim Şəhər: Baki
23.08.2010 11:50 Hormetli Muzeffer bey. Cavabiniza gore minnetdaram. Amma menim elimde hec bir subut yoxdur. Amma ola biler mi ki, imthanin gedishatinin qeyri obyektiv kecdiyini esasladirib hemin gun imthan verenleri yeniden imtahana celb etsdinler? Bele olan halda onlar obyektiv imtahan vererlerse kece bilmeyecekler. Bu subut kimi qeleme verile bilermi?
Evvelceden teshekkur

Cavab ------ Kimdən: Elman Fəttah - Hüquqşünas
14.09.2010 22:49 Məntiqi baxımdan vətəndaşıpn yanaşması çox maraqlıdır. Vətəndaş bərabərlik hüququnun pozulduğunu iddia edirsə, normal hüquqi ölkələrdə buna laqeyd yanaşılmamalıdır.

Düzdür, həmin insanların hamısının yenidən imtahana cəlb edilməsi o qədər də asan məsələ deyil. Kimsə də soruşa bilər ki, niyə mən iki dəfə imtahan verməliyəm.

Amma az da olsa, bu imtahan işində hansısa qaranlıq işlər olduğuna şübhələr varsa, imtahan yenidən keçirilə bilər.

Hamının yenidnən imtahan verməsini tələb etmək də bu vətəndaşın hüququdur.



**************************************************


Sual - Kimdən: R.Səfərov Şəhər: Bakı
15.07.2010 15:50 Sürücülük vəsiqəsinin etibarlılıq müddətinin qurtarması ilə əlaqədar dəyişdirmək üçün təqdim olunacaq şəxsiyyəti müəyyən edən sənəd kimi müvəqqəti şəxsiyyət vəsiqəsi və ya şəxsiyyət vəsiqəsinin kserokopiyasından istifadə etmək olarmı?

Cavab -- Kimdən: Müzəffər Baxışov, vəkil
22.08.2010 21:44 Xeyir, şəxsiyyəti təsdiq edən sənədin özü təqdim edilməlidir. Müvəqqəti şəxsiyyət vəsiqəsi də şəxsiyyəti təsdiq edən sənəddir. Amma bu sənəd cəmi 10 gün üçün verilir. Həmin müddət keçəndən sonra sənədin etibarlılığı itir.


**************************************************


Sual - Kimdən: Elchin Şəhər: Baki
13.07.2010 13:27 DYP tərəfindən saxlanılmışam. Kəmərdən istifadə etmədiyimi bildirdilər. Əksini bildirildiyimə baxmayaraq protakol yazıldı. Etirazımı yazılı protakolda bildirdim. Ardını necə edim?

Bir neçə dəfə olub sadəcə cerime ödəyib sənədləri almışam....bəs mənim şikayətim, etirazım?

Cavab --- Kimdən: Müzəffər Baxışov, vəkil
22.08.2010 21:53 Ona qarşı belə qanunsuz hərəkətlər olursa, ona qarşı yazılmış protokolu məhkəmə qaydasında mübahisələndirsin. Qanuna görə bu halda Sizin məhkəməyə müraciət edib haqqınızda inzibati tədbirin qanunsuz hesab edilməsi tələb etmək hüququnuz var.


**************************************************


Sual - Kimdən: Femida Şəhər: Bakı
22.06.2010 09:28 Qanuna görə nəqliyyat vasitəsinin idarə edilməsi zamanı sürücünün alkaqollu ickidən istifadəsində hər hansı bir faiz dərəcəsi nəzərdə tutulurmu?
Əvvəlcədən təşəkkür edirəm.

Cavab ---Kimdən: Elton Quliyev - vəkil
Azərbaycanda bunun dərəcəsi ilə bağlı sürücünün xeyrinə bir şey yoxdur. Ən az içkidə də vəziyyət yüngül dərəcəli sərxoşluq hesab edilir. Yalnız axşam içmiş adamda səhər qalan əlamətlər sərxoşluq kimi qiymətləndirilmir.


**************************************************


Sual - Kimdən: Yusif
09.06.2010 14:33 Sualim yol hereketi pozuntulari ile elaedardi. Bu suali DYP'nin saytina da gondermishdim amma teessuf ki cavablandiran olmadi.

sual 1: Eger men yol ayricini qirmizi ishiqda kecende qeza veziyyeti yaratmishamsa mene hem 151.2 (qirmizi ishiga gore) hem de 151.3 (qeza veziyyetine gore) toplam olaraq 7 bal dushur yoxsa, maksimum 4 bal ile cezalaniram? Bu sual meni cox maraqlandirir.

sual 2: Bu yaxinlarda mashinimi saxlayib qazini yoxlamaq istediler. Sualim beledi ki, eger menim mashinimda olanda benzin avro standartlara cavab vermirse mashinin qazini yoxlamaq ne derecede duzgundu? Axi yanacaq keyfiyyetsiz olanda ister istemez atmosfere zererli qazlarin tullantisi da normadan artiq olacaq.

Sual 3: Yol polisinin dovlet sigortasinin vaxtinin kecmesine gore cerime etme huququ varmi? Varsa cerimenin miqdarini ne qederdi?

Evvelceden size teshekkurumu bildirirem

Cavab --- Kimdən: Elton Quliyev - vəkil
22.08.2010 22:30 1. Hər iki pozuntuya yol veribsinizsə, onda toplam bal 7 olacaq. Amma eyni vaxtda, eyni orqan onu məsuliyyətə cəlb edəndə pozuntunun ən ciddisinə görə cərimə məbləğini ödəməli olacaqsınız.

2. Bu məntiqli və mübahisəli sualdır. Bəli, mübahisə etmək olar ki, niyə benzinin dövlət standartına uyğun olmasını tələb etmirsiniz, amma maşınların belə standarta uyğun olmasını tələb edirsiniz. Amma hər şeydən əvvəl o aydınlaşmalıdır ki, havanın çirklənməsinin səbəbi maşının nasazlığına görədir, yoxsa, benzinin keyfiyyətinin aşağı olmasına görə.

3. Sənədə baxmadan cərimənin məbləğini deyə bilmərəm. Amma məcburi dövlət sığortasının olmamasına görə cərimə oluna bilərsiniz.


**************************************************


Sual - Kimdən: Rufat Şəhər: Baki
31.05.2010 11:14 Salam. Size sualim neqliyyat vasitesi ile elaqedardir. Eger yolda qeza bash veribse , yeni olum itim yoxdusa, ziyan maddi ziyandirsa ve meblegi deyek ki, 800 azn-dirse mehkeme menden pulu hansi qaydada ve hansi shertlerle alacaq ve bu proses zamani mene bal yazilacaqmi. xahish edirem qanunlarin maddesi ile gonderin, ozum de oxuyub bilmek isteyirem. Size evvelceden tewekkurlerimi bildirirem.

Cavab -------
Siz dəqiq yazardız ki hansı halda (İnzibati xətalar məcəlləsinin hansı maddəsi) yol nəqliyyat hadisəsi baş verib və onunla bağlı konkret qanununmaddəsini göstərərdik. dəqiq yazılmadığına görə konkret norma da göstərə bilmərik,

əgər vətəndaşa maddi ziyan dəyibsə bununla bağlı vətəndaş sizə qarşı mülki iddia qaldıra bilər və həmin məbləğin hansı qaydada ödənilməsi məhkəmənin qərarından asılıdır yəni onun hissə hissə ödənilməsi nəzərdə tutula bilər. sırf qanun pzountusuna görə neçə bal yaxud cərimənin məbləği bu İnzibati xətalar məcəlləsinin 151-155-ci maddələrində göstərilib və onların hər biri üzrə cərimələrin və balların miqdarı fərqlidir.

Fariz Namazlı
Media Hüququ Institutu
hüquqşünas
fariz_@mail.ru


**************************************************


Sual - Kimdən: Suleyman Şəhər: Baki
08.05.2010 05:02 Salam
Sualim beledir.
Yol Polisi meni saxlayir kemere gore. Onun bir haqki varmi bunu etmeye, subutsuz? Olabilsin polis duzgun gormayib ve yaxud saxlayanda sonra men acdim kemeri.

Cavab ----
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 6-cı bəndinə əsasən, konstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş avtomobildə hərəkət edərkən kəməri bağlamalı və sərnişinlərin də kəməri bağlamasını təmin etməli (12 yaşınadək uşaqların, geriyə hərəkət manevri edən sürücülərin, hamilə qadınların, sürücülüyü öyrənən şəxs nəqliyyat vasitəsini idarə edərkən onu öyrədənin, yaşayış məntəqələrində isə bunlardan başqa, operativ nəqliyyat vasitəsi sürücülərinin və sərnişinlərinin kəməri bağlamamasına yol verilir). Belə olan halda, DYPX-in əməkdaşı sizi saxlamağa haqlıdır.

Sübutetmə vəzifəsi həm sizin, həm də DYPX əməkdaşının üzərinə düşür.

Turan Bahadırbəyli
Hüquqşünas,
Hüquqi Yardım Mərkəzi


**************************************************


Sual - Kimdən: Azərnəqiliyyatekspedisiya Şəhər: BAKI
05.05.2010 18:58 Azərnəqiliyyatekspedisiya İB nin tarifləri haqqında bilmək istərdik ,məsələn bir QAZ3302-18 YÜK maşınına hər ay 40 manat alırlar
Cərimələr 100-150 manatdır.

Əyər aylıq çek alırsan səni yaxına buraxmıllar öz dəllaları var pulu aldıqdan sonra arxa qapıdan yola salacaqlar .Bu haqqda bilmək istəyirik və nə vaxta qədər sürücülər bu zülümlə üzləşəcək .

Cavab ----------
Yenə də sizin diqqətinizə çatdıdıram ki, hüquqşünas sizin istənilən sualınıza cavab verə biləcək şəxs deyil. Çünki hər kəsin öz sahəsi var. Ona görə də sizin Azərnəqiliyyatekspedisiya İB nin tarifləri barədə sualınız ona yönələ biləcək sual deyil. Amma yenə də məlumat üçün deyə bilərik ki, öyrənmək üçün siz bu bərədə rəsmi sorğu ilə həmin İB-yə və Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin rəsmi saytına (http://www.mot.gov.az ) müraciət edə bilərsiniz.

Şəfa Camalzadə
Hüquqşünas,
Hüquqi Yardım Mərkəzi


**************************************************


Sual - Kimdən: Ramiz Şəhər: İsmayıllı
02.05.2010 16:02 Mən Rusiyada yaşamışam və Rusiya vətəndaşlığım var.Rusiyada sürücülük vəsiqəsi almışam.Hal-hazırda Azərbaycanda yaşayıram və hələ vətəndaşlığım bərpa olunmayıb.Bilmək istəyirəm ki, sürücülük vəsiqəsini vaxtı çatmamış məcburi qaydada dəyişməliyəm,yoxsa hələ onunla avtomobil idarə edə bilərəm?Bir də ki, vətəndaşlığım bərpa olunandan sonra hansı müddətə sürücülük vəsiqəsini dəyişməliyəm?Hal hazırda vəsiqəm DYP-dədir və qaytarmırlar.Deyirlər ki,dəyişılməlidir.

Cavabınıza görə qabaqcadan minnətdarlığımı bildirirəm.

Cavab ----------
Azərbaycan Respublikasında nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı müvafiq qanunvericiliyə uyğun olaraq xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən beynəlxalq standartlara uyğun verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqələri də Azərbaycan Respublikasının ərazisində vəsiqənin etibarlılıq müddəti 1 (bir) ildən çox olmayaraq qüvvədədir. Deməli, əgər sizin sürücülük vəsiqəniz bu şərtlərə cavab verirsə, siz Azərbaycan Respublikasında ən azı bir il ərzində hələ nəqliyyat vasitəsini idarə edə bilərsiniz.

Şəfa Camalzadə
Hüquqşünas,
Hüquqi Yardım Mərkəzi


**************************************************


Sual - Kimdən: Aftandil
22.04.2010 21:45 avtomobil atanın adına qeydiyatdadir .ata oğlu ile eyni ünvanda yaşayırsa oğluna avtomobili idarə etmək ücün etibarnamə verirsə oda qeydiyatdan kecməlidir.

Cavab ------
Bəli. Belə ki, “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 6.4-cü bəndinə əsasən, Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi etibarnamə əsasında başqa şəxsə verildikdə, etibarnamə on gün müddətində müvafiq orqanda qeydiyyatdan keçirilməlidir.

Sevinc Əliyeva
Hüquqşünas,
Hüquqi Yardım Mərkəzi


**************************************************


Sual - Kimdən: rovshan Şəhər: burssell
21.04.2010 22:31 salam benim bir sualim var ben surculuk vasiqami itirmsem onu yenidan almak ucun ne qader pul ôdmelyem.. hazirda oxuduxma ait diplomu var. cox minatarm

Cavab -- Kimdən: "Korrupsiometr" saytı
22.04.2010 20:42 Sürücülük vəsiqəsini itirdiyiniz halda yaşadığınız ərazi üzrə (pasport qeydiyyatında olduğu ərazi üzrə) Baş DYP İdarəsinin Qeydiyyat-İmtahan məntəqələrinə müraciət edə bilərsiniz.

Sürücülük vəsiqənizi itirdiyiniz halda dublikatı almaq üçün ərizə ilə müraciət edərək aşağıdakı sənədləri və rüsumları ödəməlisiniz:

yaşadığınız ərazi üzrə (pasport qeydiyyatında olduğu ərazi üzrə) DYP-dən arayış;
yaşadığınız ərazi üzrə (pasport qeydiyyatında olduğu ərazi üzrə) Baş DYP İdarəsinin Qeydiyyat-İmtahan məntəqələrində sürücülük hüququndan məhrum olub-olmaması barədə arayış;
«Sürücülərin Tibbi Müayinə Mərkəzindən» keçmə haqqında tibbi arayış;
şəxsiyyət vəsiqəsi;
sürücülük vəsiqəsinin əsası;
Sürücülük vəsiqəsi blankının dəyəri 16 manatdır.

Sürücülük vəsiqəsini itirdiyinizə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 154.4-cü maddəsinə müvafiq olaraq 30-40 manat miqdarda cərimə nəzərdə tutulur.


**************************************************


Sual - Kimdən: Gülşən Şəhər: Sumqayıt
21.04.2010 11:55 Salam.
Mən öyrənmək istərdim:
Yaşla əlaqədar 70 yaşlı vətəndaş sürücülük vəsiqəsini yeniləmək ücün (vaxtını uzatmaq üçün) nə etməlidir? Hansı sənədləri təqdim etməlidir? Neçə manat rüsum köçürməlidir? Əvvəlcədən təşəkkür edirəm.

Cavab --------Kimdən: "Korrupsiometr" saytı
22.04.2010 20:50 Sürücülük vəsiqəsinin etibarlıq müddəti aşağıdakı kimidir:

- 60 yaşına çatmamış şəxslər üçün - 10 il;
- 60 və daha çox yaşı olan şəxslər üçün - onların 70 yaşı tamam olanadək qalan müddət;
- 70 və daha çox yaşı olan şəxslər üçün - 2 il;

sürücülük vəsiqəsini dəyişdirmək üçün yaşadığınız ərazi üzrə (pasport qeydiyyatında olduğunuz ərazi üzrə) Baş DYP İdarəsinin Qeydiyyat-İmtahan məntəqələrinə müraciət etməlisiniz.

Sürücülük vəsiqənizi dəyişdirmək üçün ərizə ilə müraciət edərək aşağıdakı sənədləri təqdim etməlisiniz:

- «Sürücülərin Tibbi Müayinə Mərkəzindən» keçməsi haqqında tibbi arayış;
- şəxsiyyət vəsiqəsi;
- sürücülük vəsiqəsi

Sürücülük vəsiqəsi blankının dəyəri 16 manatdır.


**************************************************


Sual - Kimdən: ALIAZERI Şəhər: BAKI
17.03.2010 23:48 SALAM BYARAMINIZ MUBAREK MENIM MASINIMI BIR NEFER 4 CU SEXS VURDU VURAN ADAM MASINI ETIBARNAMESIZ SURUB MASININ ESIL SAHIBI ISE 1 CI SEXSDI .1 SEXS 2 SEXSE ETIBARNAMEYLE MASINI SATIB SONRA 2 CI SEXS DE MASINI 3 SEXSE SATIB ESAS MULKIYETCI ISE 1 CI SEXSDI AMA ETIBARNAMEYLE MASINI SATIB.INDI BIZ MASINI VURANDAN DEYEN ZIYANI ALMAK ISTEYIRIK AMA VERMIR MASINA HEBS GOYULDU KI MASINI SATIB PULU ALAX.INDI 1 SEXS MULKIYETCI ADININ MEHKEMDE KECMESINI ISTEMEDIYI UCUN BIZI APELASYA MEHKEMESINE VERDI APELASYA MEHKEMESI ISE QERAR CIXARDIKI ONUN ADI 1 CI INSTANSYA MEHKEMESI QERARINDAN CIXSIN ONUN ADI CIXAN KIMI MASINDA CIXMIS OLDU AXI MASIN CIXSA MEN PULUMU ALA BILMEYECEM APELASYA QERARI SIZCE DUZGUNDUMU
BIRDE BIR SUALIM VAR ALI MEHKEMEYE MURACAAT ETMEK UCUN VEKIL ORDER RUSUMU NE QEDERDI EGER MENIM IMKANIM YOXSA BUNU DOVLET ODEYIRMI BUNUN UCUN NE LAZIMDI

COX SAGOLUN

Cavab ------
Əvvəla qeyd edim ki, sizin maşını vuran şəxs maşın sahiib olmadığına görə həmin nəqliyyat vasitəsinə hər hansı həbs qoya bilməzlər, bu nəqliyyat vasitəsi sahibinin hüquqlarını pozar, təbii ki, belə həbsin qoyulması ilk növbədə yol nəqliyyat hadisəsindən zərə çəkmiş şəxsin hüquqlarının qorunması və eyni zamanda gələcəkdə məhkəmə qərarının icrasında problemin yaranmaması üçündür. Amma onu da bildirim ki, siz həmin şəxsin mülkiyyətində olan hər hansı əmlaka da həbsin qoyulması yaxud qətnamənin icrası ilə bağlı tələbinizin həmin əmlaka yönəldilməsini tələb edə bilərsiniz. yəni ki, sizə nə qədər ziyan dəyilibsə, təqsirli şəxsin əmlakının satılaraq sizə ödənilməsini tələb edə bilərsiniz.

Kassasiya şikayətinin verilməsi ilə bağlı qeyd edim ki, burada mütləq vəkil orderinin olması tələb olunur. Əgər sizin maddi vəziyyətiniz sizə vəkil tutmağa imkan vermirsə, bununla bağlı siz Apellyasiya Məhkəməsinə dövlət hesabına pulsuz vəkilin təyin olunması ilə bağlı ərizə (vəsatət) verə bilərsiniz və bu zaman həqiqətən maddi vəziyyətinizin aşağı olması ilə bağlı sübutlar təqdim etməlisiniz. Vəkil orderi ilə bağlı konkret rüsum nəzərdə tutulmayıb, və orderə görə alınan pulun məbləği vəkillərdən asılı olaraq dəyişdirilir

Fariz Namazlı
Media Hüququ İnstitutu, hüquqşünas


**************************************************


Sual - Kimdən: ALIAZERI Şəhər: BAKI
25.03.2010 17:34 SALAM VEKIL FARIZ BEY EVVELKI SUALIMA CAVAB VERDIYIIZ UCUN TESEKKUR EDIREM.AMA MENIM MASINIMA ZIYAN VURAN ADAMIN HEC BIR MULKU YOXDU ICRACIYLA EVINE GETTIK ICRALIK HEC BIR SEYI YOXDU . MENE DEYEN ZIYAN ISE 2300 MANATTIR .INDI BES MEN NE ELEYIM .BU VEZIYETTE BU ADAMA INZIBATI XETA OLDUGU UCUN CEZADA VERMIRLER .ONDA HAMI GETSIN GABAGINA GELENE ZIYAN VURSUN SONRADA PULUM YOXDU DESIN .BU VEZIYETTE MEN NE ETMELIYEM ONDA
COX SAGOLUN

Cavab ---------Kimdən: Fariz Namazlı Şəhər: Bakı
Əgər vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə qətnaməsi çıxarılırsa, həmin şəxs qətnaməni icra etməlidir. Qərarı icra etməməyə görə şəxs məsuliyyət (inzibati və cinayət) daşıyır. Əgər həmin şəxsin adına hər hansı əmlak yoxdursa, bu zaman həmin pul (ziyan) onun əmək haqqından tutula bilər.

Təbii ki bu halda böyük iş məhkəmə icraçısının üzərinə düşür.

Ümumiyyətlə qeyd edim ki, məhkəmə qərarlarının icra olunması ilə bağlı müəyyən problemlə var, əgər qərarı icra etməli olan şəxsin onu icra etməyə maddi vəziyyəti imkan vermirsə, hansı qaydada qərar icra edilməlidir, bu problemdir. Ona görə də siz qərar icra edilmədiyi təqdirdə məhkəmə icraçılarının hərəkətindən məhkəməyə şikayət verə bilərsiz.

Fariz Namazlı
Hüquqşünas,
Media Hüququ İnstitutu
XS
SM
MD
LG