Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:51

KOMMUNAL XİDMƏTLƏRDƏ MÜBAHİSƏLƏR MÖVZUSUNDA


________________________________________
Sual Kimdən: Asaf Mamedov
03.03.2011 21:33


Salam! Bizlər üçün bu imkanı yaratdığınız üçün sizə minnətdarlığımı bildirirəm.
Mənim sualım mənzil kommunal xərci ilə əlaqədardır.
Mənim ümumi sahəsi 120 kv.m olan 4 otaqlı mənzilim var.Mənzil yeni tikilmiş binada yerləşir.Mənzilin DƏDRX tərəfindən verilmiş Çıxarışı vardır.Bina qaz, su, işıqla tam təmin olunub.Bu mənzil üzrə məndən hər ay 45 (qırx beş) manat aylıq kommunal xərc tələb edilir.Məlumunuz olduğu kimi hər yeni tikilinin öz Mənzil İstismar İdarəsi (Jek) var. Bunuda onlar bizdən tələb edir.Ödəməsəniz suyunuzu, işığınızı kəsəcəyik deyirlər.
Suyun, işığın verilməsini "Jek" dayandıra bilərmi?
Qanunvericiliyə uyğun olaraq mən nə qədər aylıq rüsum ödəməliyəm? Və məsələ barədə şikayətim varsa hansı dövlət orqanına müraciət edə bilərəm?
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
04.03.2011 09:55


Hər bir kommunal xidmətlərə görə verilən haqqlar fərqlidir və onları dövlət tənzimləyir, hər hansı MİS yox.
Qiymətlər aşağıdakı kimidir:

Su (tullantı, çirkab suları isə 6 qəpik) – 30 qəpik (1 m3 üçün),
Enerji (pərakəndə satış qiyməti) – 6 qəpik (1 kv üçün)
Qaz (pərakəndə satış qiyməti) – 10 qəpik (1 m3 üçün)
Mənzil haqqı (tam kommunal təminatlı mənzil üzrə) -- 2 qəpik (1 kv.m. yaşayış sahəsi üçün 1 ayda)

Qismən kommunal təminatlı, yarızirzəmi vəkommunal tipli mənzillər üzrə -- 1 qəpik (1 kv.m. yaşayış sahəsi üçün 1 ayda)

Liftin istifadəsi üzrə ödəniş -- 20 qəpik (qeydiyyatda olan hər nəfər üçün 1 ayda)

Siz mənzili alanda müq1avilə bağlamısınız və həmin müqavilədə kommunal xərclərin ödənilmə qaydaları göstərilməlidir, həmin şərtlərdən asılı olaraq siz xidmət haqqlarını ödəyə bilərsiz
Cavab
Sual Kimdən: Asəf Məmmədov Haradan: Bakı
04.03.2011 15:14


Sualımı cavablandırdığınız üçün təşəkkür edirəm. Ancaq bəzi məqamlara aydınlıq gətirməyiniz üçün əlavə sualım var.
Mən mənzili fiziki şəxsdən almışam.Alqı-satqı müqaviləsi ilə.Tikinti şirkəti ilə mənim aramda heç bir müqavilə yoxdur.Su, enerji, qaz xərclərini sayğacda nə qədər borcum varsa ona görə ödəyirəm. 45 manatı isə əlavə olaraq hər ay ödəməyimi tələb edirlər.Qanunvericiliyə görə mən 2 manat 40 qəpik mənzil haqqı və 20 qəpik liftən istifadəyə görə ödəniş etməliyəm.
45 manatı ödəməsəm suyu və ya işığı kəsərik deyirlər.
Xahiş edirəm aşağıdakı suallarımı cavablandırasınız:
1) Su,işıq MİS tərəfindən dayandırıla bilər?
2) Bu barədə şikayətim varsa hansı təşkilata şikayət edə bilərəm?
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
04.03.2011 19:50


;5 mana əlavə ödənişin kommunal xidmətlərə heç bir aidiyyatı yoxdur, ola bilsin ki həmin məbləğ qeyd etdiyiniz Mİs-in göstərdiyi xidmətlərə aiddir, yəni ola bilər nəqliyyat vasitələri üçün yeraltı yaxud yerüstü dayanacağı olsun. yaxud mühafizə xidməti üçün. yaxud belə hal da var, onlar sakinlər üçün bazarlıq da edə bilər. Təbii ki sizə öz xidmətlərini təklif edirlər, həmin xidmətlərə görə qiyməti müəyyənləşdirirlər. Amma elektrik, qaz, su və liftdən istifadəyə görə xidmət haqqı dövlət tərəfindən üməyyən edilir, yuxarıda qeyd olunan məbləğdən əlavə bu xidmətlərə görə heç bir qurum, o cümlədən MİS ödəniş ala bilməz və siz kommunal xidmətlərə görə ödənişləri vaxtında etmisinizsə. MİS-in suyun yaxud qazın istifadəsini dayandırmağa haqqı yoxdur .

Fariz Namazlı
Media hüquqları İnstitutu
hüquqşünas
fmnamazov@gmail.com

________________________________________
Sual Kimdən: Rezale Abbasova Haradan: Genceden
14.03.2011 17:32


1. Salam Fazil muellim necesiniz yadinizdadirsa Size gencede elliliyi olan ushaqlara mualicevi sanatoriyalara putyovkalarin verilmesi ve elliyi olan ushaqlara verilen guzeshtler haqqinda(pensiya,ish staji,usaqlari olke daxilinden kenara aparmaq ucun teyyare ve ya qatar biletlerinde guzeshtler ve s) ve s suallar yazmishdim xahish edirem bunu cavablandirasiniz
Bir de ki oyrenmek isterdim menim ozelleshmish bina menzilim vardir Lakin orada yashamiram demek olar ki suyu ve diger xidmetlerinden istifade etmirem menim orada yashamamai MIS ozu de bilir Men hemin menzile MIS-ne (JEK) xidmet haqqi kv.metraya gore kommunal xercler odemeliyemmi

2. Baqciliq bostanciliq ucun torpaq sahem vardir Katastor plan da almisham Torpaqa shehadetname almaq ucun Gence Dovler dasinmaz Emlak reyesti teshilatina dovlet rusumu varmi ve nece kecirmeliyem

Evvelceden teshekkurler Size ise uqurlar
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
01.04.2011 14:01


Salam
Əlil uşaqlarla bağlı qanunvericilikdə təyyarə,q atar biletlərinə güzəştlə bağlı qanunda bir müddəa tapılmadı. Aviareyslər əlil uşaqlar (yaxud ümumiyyətlə uşaqlar) ahıl insanlar üçün təyyarə biletlərinə güzəştlər nəzərdə tutur bu da həmin şirkətlərin özündən asılıdır.
Mənzildən istifadəəy görə xidmət haqqlarına gəldikdə qeyd edim ki, bu haqqlıar nazirlər Kabinetinin qərarında öz əksini tapıb və hər bir şəxs mənzildən istifadəyə görə nəzərdə tutulan haqqları ödəməlidir. Əgər mənzildə yaşamırsızsa, gərək əvvəlcədən MİS-nə bu barədə yazılı ərizə verəsiz ki sonradan xidmət haqqları ilə bağlı hər hansı problem ortaya çıxmasın .
2. mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair çıxarışın alınması üçün nəzərdə tutulan rüsum 30 manatdır. Amma digər xidmətlər üçün tairflər nəzərdə tutula bilər ki, xidmət haqqları da Reyestr xidmətinin özü tərəfindən müəyyən olunur

________________________________________
Sual Kimdən: FFF777 Haradan: Baki
28.05.2011 12:31


Fariz müəllim, xahiş edirəm əsiniz, köhnə binalarda istilik sistemlərinin bərpası və ya yenidən qurulması üçün hansı dövlət qurumuna müraciət etmək lazımdır, ümumi binaya gələn boruların çəkilməsi kimin hesabına maliyyələşdirilməlidir, rüsum nə qədərdir və ümumiyyətlə qanunvericilik bu sahəni necə tənzimləyir?
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
29.05.2011 15:01


Əhalinin istilik enerjisi ilə təzhiz edilməsinə nəzarət etmək üçün prezidentin 8 iyun 2005-ci il tarilxi sərəncamı ilə "Azəristiliktəchizat" ASC yaradılıb. məhzu bu qurum evlərə istilik enerjisinin verilməsi, boru xətlərinin dəyişdirilməsi, yenilərinin çəkilməsi məsələləri ilə məşğul olur və bu məqsədlə dövlət büdcəsindən ona vəsait ayrılır.

________________________________________
Sual Kimdən:
29.06.2011 01:34


Hormetli hüquqşünas Fariz Namazlı ,menim shikaetim binanin sedirinnendi .Her ay biz 1 manat 75 gepik komunal pulu odeyirik .O puldan 0,50 gepik ishiglanma ve cari temire odeyirik. Buna baxmayarag menim blokum garanligdi, men 8 mertebede yashayiram. Defelerle sedire shikaet etsemde bloku 1, 6 , 9 etajlara ishiglanma cheksin , hech bir netice yox. Men hara shikaet ede bilerem ve men neye gore 0,50 gepik her ay ishiglanmaya pul odemeliyem ?

Galib Mirzoyev
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
01.07.2011 14:43


çox güman ki siz binanın balansında olduğu idarə ilə müqavilə bağlamısınız və müqavilə üzrə hər bir tərəfin öz öhdəlikləri və vəzifələri var .
Siz müqavilə üzrə öhdəlikləri yerinə yetirməyən əks tərəfin hərəkətlərindən məhkəməyə müraciət edə bilərsiniz

________________________________________
Sual Kimdən:
13.10.2011 14:01


Salam,

Menim sizlere bele bir sualim var,cavablandira bilseniz cox minnetdar olaram.
Bizim shirketin ofisi Sabayil rayonunda ,Bayil qesebesinde yerleshir, Ofisin yerleshdiyi bina ,neft shirketinin balansinda olan kohne 2 mertebeli binalardir ,hansilar ki,bineyi gedimden elektrik tehcizati movcuddur ve iller erzinde elektrik enerjisi deyeri saygac vasitesi ile odenilir.
Ofisde hec bir kommersiya fealiyyeti ile meshgul olunmur,bizim istehsalat sahemiz var oranin da her bir texniki senedi var,ofisde abonentlik koduna esasen odenishimizi edirik.
Indi ise bizi ishigi keseceyimizle hedeleyirler,deyiler ki bura ofisdir gedin shert alin,amma dushunmurler ki,bu 1960 ci ilden ishigi olan yashayish binasidir,saygaclarin da hamisi heyetde ,elektrik shebeke terefinden qurashdirilib.
Zahmat olmasa bilidirn bizim bu kohne ,onceden elektrik xetti olan,abonentlik kodu olan,saygaci olan ofise texniki shert telebi qanunidirmi?
Men bildiyime gore shebekeye yeni qoshulan obyektler yalniz shert almalidir

Hormetle,
Ramil Akberov
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
15.10.2011 20:02


Salam ,
Elektrik enerjisindən istifadə qaydalarına görə Yeni, yaxud yenidən qurulan, həmçinin enerjitəchizatı sxemini dəyişən enerjitəchizatı müəssisələrinin, müstəqil enerji istehsalçılarının və istehlakçıların elektrik qurğularının şəbəkəyə qoşulması üzrə texniki şərtlərin verilməsi "Elektrik qurğularının şəbəkəyə qoşulmasına dair texniki şərtlərin verilməsi qaydaları"na əsasən həyata keçirilir.
göründüyü kimi əgər sizin fəaliyyət göstərdiyiniz binada yeni enerji qurğusu yaradılmırsa texniki şərt almağa gərək yoxdur .

---------


Sual:

Kimdən: Ilqar Şəhər: Bakidan
Salam hormetli vekil.
Bu gun menim evime qaz idaresinden gelib qaz tehlukesizliyini yoxladilar.
Ve akt yazdilar. Aktda yalniz su qizdiricisinin slanla qoshulmasi qeyd olundu ve qazin dayandirilmasi yazildi. AMMA qaz dayandirilmadi, ve tovsiye olundu ki yeni qarmowkali sari bo ru ile evez olunmalidi. Siz deye bilersizmi mene bu akta gore ne ceza veya cerime ola biler. Qazimi dayandirma ola bilermi?

Cavab:
Kimdən: Fariz Namazlı Şəhər: Bakı
Tərtib olunan həmin aktda qazın dayandırılması səbəbləri və onun hansı hallarda bərpa edilməsi göstərilməlidir. Əgər qazın verilişini dayandırmayıblarsa, bu sizin günahınız deyil. Eyni zamanda sizdən asılı olmayan səbəblərə görə qazı şlanqla çəkiblərsə, siz cərimə ödəməli deyilsiniz.

*********************
Sual:

Kimdən: Gulare Şəhər: Baku
10.10.2010 19:44 Salam. Mənə maraqlədır: Evi kirayə verək istəyirəm. Buna gorə vergi ödəməliyəmmi? Hara müraciət etmək lazımdir? Nə qədər?
Təşəküür edirəm

Cavab:
Kimdən: Fariz Namazlı Şəhər: Bakı
01.11.2010 12:35 Evi kirayə vermək istəyirsinizsə yaşadığınız yer üzrə vergi orqanında qeydiyyatdan keçməlisiniz. Bunun üçün vergi orqanına uçota alınmanız məqsədi ilə ərizə ilə birlikdə şəxsiyyətinizi təsdiq edən sənədin sürətini və yaşadığınız haqqında məlumatı təqdim edirsiniz. Vergi orqanı ərizə daxil olduğu gündən sonrakı 2 gün müddətində qeydiyyatı həyata keçirməli və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnamə (VÖEN) verməlidir. Uçota alınma ödənişsiz həyata keçirilir.
Əgər evi kirayəyə verirsinizsə, sadələşdirilmiş vergi üzrə uçota durursunuz. Sadələşdirilmiş vergi təqdim edilmiş işlərə, xidmətlərə sizin əmlakın kirayəyə verilməsindən əldə etdiyiniz vəsaitin məbləğindən Bakı şəhərində 4 faiz, Digər şəhər və rayonlarda, Naxçıvan Muxtar Respublikasında 2 faiz üzrə müəyyən olunur.
Əgər evi obyekti kimi icarəyə verirsinizə o zaman Gəlir vergisi ödəmələsiniz. Bu halda gəlir vergisinin məbləği vergi tutulan aylıq gəlirin məbləği 2000 manatadək olduqda 14 faiz, 2000 manatdan çox olduqda 280 manat + 2000 manatdan çox olan məbləğin 30 faiz müəyyən olunur.

*********************

Sual:
Kimdən: Rauf Şəhər: Bakı
30.10.2010 17:39 Hörmətli ekspert,
yeni tikilmiş binaların qazlaşdırılması ilə bağlı bir sual vermək istərdim. Binanın istifadəyə verilməsindən bir neçə il ötməsinə baxmayaraq, sakinlərə qaz verilmir. MTK rəhbərliyi bu istiqamətdə çalışdığını, lakin onlardan rüşvət istənildiyini bildirir. Bu qaydada sakinlər hər qışı soyuq mənzillərdə keçirir. Bundan əlavə, bina rəsmi təhvil verilmədiyi üçün sakinlərə mənzillərin kupçası da verilməyib. Bilmək istərdik ki,
* Ümumiyyətlə, bu məsələdə cavabdeh MTK və ya hansı dövlət qurumudur?
* Bu barədə şikayətlə hansı instansiyalara müraciət etmək olar?

Əvvəlcədən minnətdaram

Cavab:
Kimdən: Fariz Namazlı Şəhər: Bakı
01.11.2010 12:42 Sizi MTK ilə bağladığınız müqavilədə mənzilin sizə tam kommunal şəraitə uyğunlaşdırıldığı barədə müddəa varsa, yəni MTK sizə istilik, qaz və su təchizatı ilə təmin etməyi öhdəsinə götürübsə o zaman Siz MTK-ya qarşı iddia qaldıra bilərsiniz.

Fariz Namazlı
Media Hüququ İnstitutu
Hüquqşünas
*********************

Sual - Kimdən: Pasha Aliyev
16.09.2010 12:35 Salam.
2008 in sonlarinda qaz istismar sahesinin iscileri bizim oz hesabimiza (110 azn) saygac qurasdiriblar, amma ,sened ve blomb vermeyibler.
01/07/2009 da qaz 10 qepiye olanda gosterici 2989 idi (5 qepik). 2009 un sonda prezident borclari sildi (gosterici 3400) amma idare deyirki sizinkine shamil olunmur.evvelki borcu 5qep hesablamirlar.biz umumilikde 450 azn odemisik .
bildiris gelib : saygacin qurasdirilma tarixi 01/10 /2009.
ilk gosterici 2650 son gosterici 6540 Borc 231 azn

kimi mehkemeye verim?

Cavab ---------
Prezident sərəncamı bütün abonentlərə şamil olunur. Əvvəlki borclar silinib, qaz idarəsi işçilərinin sizdən əvvəlki dövrün borcuna görə pul istəməsi əsassızdır. Əgər İdarə sizə cərimənin məbləği barədə hər hansı kağız veribsə və siz həmin cərimənin əsassız olmasını hesab edirsinizsə, borcun silinməsi ilə əlaqədar məhkəməyə müraciət edə bilərsiniz

Fariz Namazlı
Media Hüququ İnstitutu
hüquqşünas


*************************************

Sual - Kimdən: Murad Şəhər: Baki
24.08.2010 13:40 Bina evinde yashayiram, 44kv metr umumi sahesi var. Evde de 2 nefer qeyidyyatdadir. Jek-den illik ev pulunun odenilmesi teleb olunur ve bildirirlir ki, belediyye uchun de vergi teyin olunub ve o da JEK-e odenilmelidir.

Men ne qeder rusum odeyeceyimi ve tarifin nece hesablayacagimi nece oyrene bilerem? Komeyinize gore chox teshekkur edirem.
Murad

Cavab ---Kimdən: Elman Fəttah - Hüquqşünas
Bakıda müxtəlif zonalar üzrə yaşayış sahələrinə müxtəlif ödəniş məbləğləri nəzərdə tutulur. Burada qeydiyyatdan olan adamların sayı rol oynamır. Təxminən bir il əvvəldən sahələr üzrə ödəniş məbləğlərinin zonalara görə hesablanması tətbiq edilir. Ona görə nə qədər ödəyəcəyini vətəndaş yaşadığı zona üzrə müəyyən edə bilər.

Ünvanda qeydiyyatda olanların sayı isə səhv etmirəmsə, yalnız sayğac olmayan mənzillərdə su, kanalizasiya, zibil xidmətlərinin ödənilməsi zamanı nəzərə alınır.


*************************************


Sual - Kimdən: Zamina
05.08.2010 12:30 Salam.
Dövlət Rüsumu haqqında qanunun 26.1.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın ( Forma 1) verilməsi üçün tutulan rüsumun məbləği 30 manatdir. Bu rusum 20 gun muddetinde verilmesine gore gosterilib. Bildiyime gore bu formani tezlesdirme muddeti de var (7 gun erzinde) almag olar. Xahis edirem bu halda ne geder olmasini bildiresiz. Coz sagolun.

Cavab --Kimdən: Müzəffər Baxışov, vəkil
Bəli, bu rüsum 30 manatdır. Amma sənədin tez verilməsi üçün daha artıq rüsum tələb edilə bilər. Bu, qanuna uyğundur. Təəsüf ki, konkret nə qədər tələb edilə biləcəyini sənədlərə baxmadan deyə bilməyəcəm.


*************************************


Sual - Kimdən: NERIMAN REHMANOV Şəhər: BAKI
01.08.2010 15:51 4-MERTEBELI BINANIN 1-JI MERTEBESINDE 2-OTAGLI OZEL MENZILIM VAR.EVIMIN ALTINDA 35KV YARIM ZIRZEMININ 11KV MENIM ADIMA OZELLESDIRILIB.GALAN 24 KV SAHE MULKI GANUNVERIJILIYE GORE MENE MAXSUSDURMU???

Cavab --Kimdən: Müzəffər Baxışov, vəkil
Mən bilmirəm, Nəriman bəy onu necə özəlləşdirib. Mülki Məcllənin tələblərinə görə zirzəmi ümumi istifadədə olan ərazi olduğu üçün onun özəlləşdirilməsinə yol verilmir. Amma Azərbaycanda zirzəmilərin özəlləşdirilməsi halları var. Məncə, bu, qanuna ziddir.




*************************************


Sual - Kimdən: Alizamin Şəhər: Baki
24.06.2010 17:35 Salam. Bu yaxinlarda isiq idaresinin iscileri yaxin bir dostumun yasadiqi evde kenar xett askarlayiblar ve cerime olaraq 1940 azn borc yaziblar. kenar xettin qanuni cerimesinin ne qeder olduqunu aydinlasdira bilmedik amma inanmiram ki, 1940 azn olsun. sizden xahisim ondadir ki, kenar xettin cerimesi ve bu qeder pulun hansi esasla yazilmasi barisinde melumat alamaqima komeklik edesiniz.

Qisa bir zamain muddetinde cavab alacaqimi dusunerek sizlere evvelceden tesekkurumu bildirirem

Cavab --Kimdən: Müzəffər Baxışov, vəkil
Mövcud qanunverciliyə görə kənar xətdən istifadəyə görə şəxsi cinayət məsuliyyətinə də cəlb edə bilərlər.
Müvafiq cihazlarla ölçülməlidir ki, o kənar xəttin imkanları nə qədərdir, nə vaxt çəkilib. Dövlət Standartlarına uyğun olan cihazlarla bütün bunlar hesablanandan sonra vurulmuş ziyan hesablana bilər. Bunlar Nazirlər Kabinetinin 2005-ci ildə təsdiq etdiyi qaydalarla tənzimlənir.
Sualda göstərilən rəqəm çox təhlükəlidir, əgər bu doğrudursa, həmin şəxsi cinayət məsuliyyətinə də cəlb edə bilərlər. Təkcə cəriməni ödəməklə məsuliyyətdən qurtarmaq bəlkəd də bu vəziyyətdə ən doğru yoldur.


*************************************


Sual - Kimdən: ramin
07.03.2010 13:43 salam,
yeni tikilmish binada menzilim var ve her ay binanin administrasiyasina (yeni binani inshaa eden firmanin adamlari) kommunal xerclere gore 0,20 azn (20 gepik) odeyirem her kvadrat metr ucun. yeni men hal hazirda ayda 30 manat pul odeyirem...hal hazirda islemediyim ucun bu regem hedden artig coxdur menim ucun..

sualim budur: her kvadrat metr ucun odenilmeli olan kommunal xerc barede hardasa bele bir normativ ve ya ganun varmi? hansi sebebe gore her kvadrat metr ucun 0,20 azn odemeyimiz esaslandirila biler?

Cavab ---------
Yaşayış sahələrindən istifadə haqqı Azərbaycan Respublikasında dövlət və citimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli qərarına görə müəyyən edilir. Həmin qərara görə, özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə mənzillərin yerləşdiyi evlərin (binaların) saxlanılması üçün xidmət haqqı 1 kv.m. yaşayış sahəsi üçün bir ayda 1,5 qəpik,

tam kommunal təminatlı mənzillər üzrə yəni dövlət mülkiyyətində olan mənzillər üzrə bir ayda 2 qəpik müəyyən edilir.

Lakin burada yeni tikilmiş binalarda mənzildən istifadə haqqı müəyyən eidlməyib. Məlumdur ki, həmin binalar tikildikdən sonra dövlət balansına verilir, əgər sizin mənzil tikinti kooperativi arasında bağlanmış müqavilədə mənzildən istifadə ilə bağlı hər hansı haqq müəyyən eidlməyibsə o zaman siz NAzirlər Kabinetinin adı qeyd olunan qərarına görə xidmət haqqı ödəmələsiniz

Fariz Namazlı
Media Hüququ İnstitutu
Hüquqşünas
XS
SM
MD
LG