Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:39

ƏMƏK MÜBAHİSƏLƏRİ MÖVZUSUNDA


Sual:
Kimdən: Südabə Məlikova
10.10.2010 19:47 --Salam. Mənim adım Məlikova Südabədir. Men 2010-сu il 16 iyun tarixindən "Motors Servis" Taksi Sifarishi 189 işə düzəlmişəm. İlk gün gələn kimi mənə tanış olub imzalamaq üçün iki vərəqdən ibarət olanəmək müqaviləsi təqdim olundu. O müqavilədə ilk ay stajor vəzifəsində, sonraki aylar isə operator vəzifəsinə keçərək iş fəaliyyətimi davam etməli idim. İlk ay ele də oldu (əvvəlcədən stajor vəzifəsinə götürülüm diye ərizə yazdirdilar), gələn ay isə (02.08.2010 tarixindən etibarən) operator kimi iş cədvəlinə adım daxil olaraq operator kimi cəmi 4 gün (smen) işlədim. Amma sonralar bu şirkətdə əmək haqqının düz hesab olmadığı üçün işdən çıxmaq qərarına gəldim. Ərizəmi 09.08.2010
tarixindən yazib kadrlar şöbəsinə təhvil verdim. Baxmayaraq ki hələ də iyul ayının əmək haqqı mənə verilməyib, mənim bütün tələblərimə rədd cavabı aldım. Tələbim o idi ki, mənə əmək kitabçası açılsın, mənim bütün imzaladığım sənədlərin sürəti (əmək müqaviləsi, işə qəbul və işdən azad olunması haqqda ərizələrim) verilsin, çox təsüf ki, mənə saxta müqavilə göndərildi, harda ki mənim imzam yoxdur, ancaq rəhbərliyin imzası və möhürü var. Mən bu "müqavilə"ni ilk dəfədir ki görürəm. Müqavilənin başlığında belə yazılıb "Yeni peşə öyrənmək haqqında müqavilə". Müqavilənin 3=cü bəndində məsuliyyət va öhdəliklərdə qeyd olunub,

"1.Stajora, Cəmiyyətə məxsus ofisdə ödənişsiz Cəmiyyət üzrə təsdiq edilmiş operator və baş operator vəzifə təlimlərina müvafiq olaraq peşə öyrətməyə şərait yaradır.

2. Stajor operator peşəsini tam öyrəndikdə, onu "Call Center" MMC-nin operator və ya baş operator vəzifəsinə işə qəbul olunsun.

3. Stajorun işə qəbul edilərkən, onun peşəyə yiyələnmək müddətini əmək kitabçasına yazaraq iş stajına daxil edir. Müqavilənin 4-cü bəndində isə yazılıb Stajor operator 3 aydan tez yiyələndiyi halda, bu müqaviləyə xitam verilir və stajorla ümumi qaydada qəbul edilmiş əmək müqaviləsi bağlanır.Bu müqaviləyə əsasən (yəni onların mənə göndərdiyi bir vərəqdən ibarət olan "müqaviləyə") əmək kitabçası açılması mümkündür?

Mən 1994-cü ildən 1996-cı ilə qədər Müdafiə Nazirliyin N saylı hərbi hissəsində çalışmışam. Və 1996-cı ildə mənə əmək kitabçasi bir kağız formasında verilib, və bildirilmişdir ki, agər nə vaxtsa əmək kitabçası açılsa bu vərəq ora tikilməlidir. Bu faktı əsaslandıraraq iddia edirlər ki, əmək kitabçası açmayacaqlar. Və ümumiyyətlə stajorlara bu kitabçanı açmağa ixtiyarları yoxdur (dediklərinə görə, bu qanunda nəzərdə tutulub). Həqiqətənmi onların səylədikləri qanunvericilikdə nəzərdə
tutulub? Bəlkə məni aldadirlar, kitabçanı açmamaq üçün?

Mən Sizin icazənizlə bilmək istərdim, mənim bir vətəndaş kimi Azərbaycan Respublikasinin Əmək Məcəlləsinə əsasən mənə bu şərtlərdə əmək kitabçası açıla bilər? Mən bütün imzaladığım sənədlərin sürətini tələb edə bilərəm? Məhkəməyə müraciət etmək üçün hansı sənədləri bu şirkətdən istəməliyəm?

Qabağcadan məsləhətlərə görə təşəkkür edirəm. Allah razı olsun.
Sagolun. Sabina .

Cavab:
Kimdən: Fariz Namazlı Şəhər: Bakı
22.10.2010 16:54 Əgər sizin qeyd etdiyiniz kimi həqiqətən əvvəlcə müqavilə bağlamısınızsa və hıəmin müqavilədə həqiqətən operator vəzifəsinə keçiriləcəyiniz barədə ümddəalar varsa və həmin müqavilənin bir nüsxəsi sizdə varsa, siz məhkəmədə iddia qaldıra bilərsiniz. Əgər müqavilənin sürəti sizdə yoxdursa, belə bir müqavilənin mövcudluğunu məhkəmədə sübut etmək bir qədər çətindir.

Belə müqavilə varsa, siz əmək kitabçasının verilməsini də işəgötürəndən tələb edə bilərsiniz.
Stajor işləməyinizlə bağlı məsələyə gəldikdə qeyd edək ki, işəgötürənin təqdim etdiyi müqavilədə stajorun işə qəbul qaydaları göstərilib və məhkəmədə bu müqavilə əsas götürülərsə, sizin iddianız rədd edilə bilər. çünki həmin müqavilədə stajorun yalnız 3 aydan sorna işə qəbul edilməsi qaydası göstərilir.

Fariz Namazlı
Media Hüququ İnstitutu
hüquqşünas

------------------------------------

Sual:
Kimdən: Femida Şəhər: Bakı
10.10.2010 19:46 Əmək məzuniyyətinə hüququ yaranmamış işçi (müəssisədə 4 aydır işləyirsə ) öz hesabına (ödənişsiz) məzuniyyətə çıxa bilərmi? Bu qayda ödənişsiz məzuniyyətə çıxan işçilərə şamil edilirmi?

Əvvəlcədən minnətdaram.


Cavab:
Kimdən: Fariz Namazli Şəhər: Baki
29.10.2010 15:58 Ödənişsiz məzuniyyətə çıxmaq üçün işçinin məzuniyyət hüququnun yaranıb-yaranmamasının əhəmiyyəti yoxdur

Fariz Namazlı
Media HÜququ Institutu
hüquqşünas

----------------------------

Sual:
Kimdən: Ceyhun Şəhər: Bakı
10.10.2010 19:44 Əmək qanunvericiliyinə görə işçi işlədiyi təşkilatda 2 (iki) müxtəlif
vəzifədə işləyə bilərmi?

Çox sağ olun


Cavab:
Kimdən: Fariz Namazli Şəhər: Baki
29.10.2010 15:56 Əmək qanunvericiliyinə görə işçi bir təşkilatda iki vəzifədə işləyə bilər. BU tərəflərin razılığı ilə əmək müqaviləsinə əlavədə öz əksini tapa bilər

Fariz Namazlı
Media Hüququ Institutu
hüquqşünas

--------------------------------

Sual:
Kimdən: Femida Şəhər: Bakı
10.10.2010 19:44 İşçi vaxtilə müəssisədən əmək kitabçasını götürməyibsə və həmin müəssisə ləğv edilibsə bu təqdirdə işçi əmək kitabçasını haradan götürməlidir?

Minnətdaram.

Cavab:
Kimdən: Fariz Namazlı Şəhər: Bakı
22.10.2010 11:00 Əgər müəssisə ləğv olunubsa və sizin əmək kitabçanız ümumiyyətlə tapılmırsa və arxivdə də yoxdursa, siz həmin müəssisədə işləmə faktının müəyyən olunması ilə bağlı xüsusi icraat qaydasında məhkəməyə müraciət edə bilərsiniz.

Fariz Namazlı
Media Hüququ İnstitutu
hüquqşünas


--------------------------------

Sual - Kimdən: Məlikova Südabə Şəhər: Bakı şəhəri
18.08.2010 02:39 Əgər iş yerindən əmək kitabçası verilmirsə, haraya müraciət edə bilərəm? Təşəkkür edirəm

Cavab ---
Əgər işlədiyiniz yerdən işdən çıxırsızsa və əmək kitabçasını sizə verməkdən imtina edirlərsə, bununla bağlı məhkəməyə müraciət edə bilərsiniz

Fariz Namazlı, Media Hüququ İnstitutu, hüquqşünas


******************************************************


Sual - Kimdən: Rövşən İsmayılov
26.07.2010 17:50 Hörmətli vəkillər!
Mən Yasamal rayonda orta məktəbdə müəllim işləyirdim. Məktəb direktorunun koorrupsiya ilə bağlı cinayətləri barədə şikayət etdiyim üçün məni 30 iyun 2010-cu il tarixdə işdən çıxarıblar. Çox yerə müraciət etmişəm. Hamı deyir ki, məhkəməyə müraciət et. Mən 2-ci qrup müharibə əliliyəm. Özüm və ailəm aldığım pensiya hesabına dolanırıq. Hətta vəkil tutmağa belə imkanım yoxdur. Məni işdən çıxarmaqla haqsızlıq ediblər. Bəs mən nə edim?

Belə görürəm ki, bizim respublikada qanunlar ancaq imkanlıları müdafiə edir. Mənə kömək edin. Xahiş edirəm.

Ünvanım: Bakı şəhəri, Yeni Yasamal, Əsəd Əhmədov kü-çəsi, ev-22, mənzil 18.

Cavab-----------
Yaxşı olardı ki, siz işdən çıxarıldığınız zaman 1 ay ərzində məhkəməyə müraciət edərək işə bərpa olunmağınızı tələb edərdiniz. hazırda məhkəməyə müraciət etsəniz, 1 aylıq müddətə ötürdüyünüzə görə iddianız rədd edilə bilər. Bunun üçün həmin müddəti buraxmağınızın üzrlü hesab olunmasını məhkəmədə sübut etməlisiniz

Fariz Namazlı, Media hüququ İnstitutu, hüquqşünas


******************************************************


Sual - Kimdən: Femida Şəhər: Bakı
13.07.2010 10:27 1.İşəgötürənlə əmək müqaviləsi bağlayan işçi mütləq şəkildə təşkilatın ştat cədvəli üzrə siyahısına daxil edilməlidirmi?
2. Ümumiyyətlə ştat cədvəli üzrə işçi deyəndə hansı işçilər nəzərdə tutulur?
Minnətdaram.

Cavab----------
Hər bir müəssisə özünün ştat cədvəlini müəyyən edib, kimin nə iş gördüyünü qeyd etməlidir. Bunsuz müəssisə özü qanunsuz olardı. Müəssisə də işə götürdüyü adamla əmək müqaviləsi bağlayıb özünün ştat cədvəlində işçinin hansı işi görəcəyini qeyd etməlidir.


******************************************************


Sual - Kimdən: Fiziki shexs Şəhər: Baki
15.06.2010 16:28 Men artiq bir ildir ki, fiziki shexs kimi vergiler nazirliyinde qeydiyyatdan kechmishem ve fealiyyetr gosterirem. 5 ishchim var ve her birine 80 manat maas verirem. 15 gun evvel vergiler nazirliyinin emekdashi mene zeng ederek komeral yoxlamanin neticesinde mene cerime qoyuldugunu dedi. Bunun hansi sebebden oldugunu sorushanda o mene ishcilerime az maas verdiyime gore edildiyini bildirdi. Meyer respublikanin qanunlarinda deyishiklik edilib minimum maashin (75 manat) meblegi deyishdirilib ki?

O, mene soyledi ki, biz hesablama aparib respublikada orta emek haqqi mebleginin 292 manat oldugunu mueyyenleshdirmishik. Bele chixir ki, devlet FALci faliyyetini milli meclis seviyyesinde resmileshdirmelidir ki, sahibkaliqla meshgul olan insanlar her ilin evvelinde falchi-nin yanina gedib hemin il respublikada orta emek haqqinin meblegini oyrensinler? Bu ne herc-merclikdir. BU HANSI QANUNA UYGUNDUR?

Cavab ------------
Əməkhaqqı qanuna görə işəgötürən və işçi arasında bamlanan razılaşma ilə müəyyən edilir. Siz işçilərə vürdiyiniz maaşa görə gəlir vergisi ödəyirsinizsə vergi orqanları bu prosesə müdaxilə etməməlidirlər.


******************************************************


Sual - Kimdən: Huseynov Samir Şəhər: Baki
10.06.2010 21:36 Evvela salam.Men bir turk sirketinde 9 ay mudetinde calisdim onceden bir birimizi azda olsa tanidigimiz ucun bu aylar erzinde cox cuzi mevacib aldim(emek haqqimin yeni az bir hissesin)Artiq bir aydan coxdurki cixmisam isden ama o menim pulumu vermemek ucun behaneler uydurur.Cetinlikde ondadirki men onunla emek muqavilesi baglamamisam.Ama istenilen qeder sahid gostere bilerem ki orda uzun muddet islemisem.Ordakilar hec biri muqavile ile islemirler.Mene bir vekil lazimdirki onda olan haklarimi qanun cercivesinde mene geri alsin.Bu barede mene yardim etsez cox sevinerem.Evvelceden her sey ucun tesekkur edirem

Cavab ---------
Siz vəkillər qurumlarına müraciət etməlisiniz. Bu xidmət sferasıdır.


******************************************************


Sual - Kimdən: Tünzalə Şəhər: Bakı
28.05.2010 14:21 Mən iki gün bunnan gabag ishdən cıxmışam, müdirnen sözümüz düz gəlmir, təhgir və gışgıraglarına dözməy istəmədim və aramizda söz polemikası yarandi və mən məni işdən cixarilmasını istədim və müavinatim tam verilməsini tələb etdim. Amma hələ hec bir xəbər yoxdu. Mən hara muraciət edə bilərəm və əməy haggimin tam ödənilməsi ücün nə etməliyəm?

Cavab -------------
işəgötürənin təhqirlərinə görə işdən çıxırsınızsa, işdən çıxma barədə ərizə yazın. yoxsa sonra işəgötürən sizi əmək vəzifələrini kobud şəkildə pozmağa görə işdəna zad edəcək. Nəzərə alaq ki, hətta bir iş günü işə gəlməmək əmək vəzifələrini kobud şəkildə pozma hallarından sayılır. Daha sonra siz məhkəməyə müraciət edərək sizə vurulmuş mənəvi ziyana görə kompensasiya, eyni zamanda ödənilməyən əmək haqqını tələb edə bilərsiniz. xatırladım ki, pul mübahisələrinə dair iddia müddəti 1 ildir.

Fariz Namazlı, Media Hüququ İnstitutu, hüquqşünas


******************************************************


Sual - Kimdən: Ceyhun Şəhər: Baki
19.05.2010 10:12 1.İşçi iş yerində içtimai əsaslarla işləyirsə onun əmək stajı hesablanırmı və onun üzərinə adi işçi kimi vəzifə qoyula bilərmi?

2. Seçkili orqana seçilən (təşkilat) işçinin əmək müqaviləsinin müddəaları adi əmək müqaviləsindən fərqlənirmi?

3. İşçinin müvafiq əmri itirildikdə əmək kitabçası hansı təsdiqedici sənədlər əsasında yazıla bilər?

Minnətdaram.

Cavab ----------
1. İctimai əsaslarla işləməyin qaydaları əmək və ya digər qanunvericiliklərdə nəzərdə tutulmayıb və tənzim olunmayıb. Ona görə də əgər ictimai əsaslarla işləyirsə onun əmək stajının hesablanmasından söhbət gedə bilməz.

İctimai əsasla işləmək o deməkdir ki, şəxs həmin işə könüllü cəlb olunub, könüllü cəlb olunubsa, onun üzərinə götürdüyü məsuliyyət də könüllü olmalıdır. Yəni, onun iradəsi olmadan onun üzərinə hər hansı vəzifə qoyula bilməz.

2. Əmək müqavilələrinin bir-birindən fərqlənməsi əmək fəaliyyətinin həyata keçirildiyi sahələrlə bağlıdır. Məsələn, biri işləyir kənd təsərrüfatı sahəsində, biri işləyir təhsil sahəsində, biri işləyir səhiyyə sahəsində.

Ona görə də seçkili orqan, yaxud seçkili vəzifə olub-olmamasından asılı olmayaraq əmək müqavilələri bir – birindən yalnız əmək fəaliyyətinin həyata keçirildiyi sahənin xüsusiyyətlərindən asılı olaraq, yəni, görülən iş, istehsalatın xüsusiyyətlərindən asılı olaraq fərqlənə bilər.

Seçkili vəzifənin özünün xüsusiyyətləri ola bilər. Tutaq ki, onun əmr vermək səlahiyyəti ola bilər, məcburi icra edilməli olan göstərişlər verə bilər. Belə hüquqlar ola bilər. Amma əsas fərq əmək fəaliyyətinin həyata keçirildiyi sahənin xüsusiyyətləri ilə bağlı ola bilər.

Söhbət seçkili işçidən gedirsə orada iki məqamı nəzərə almaq lazımdır. Birincisi, həmin seçilmiş şəxsin səlahiyyəti konkret seçildiyi müddətlə bağlıdır. Bu da əmək müqaviləsində həmin müddət nəzərə alınmalıdır. Əmək müqaviləsi fərdi olur, amma nə qədər fərdi olsa da, ümumi tələb odur ki, əmək müqaviləsində əmək qanunvericiliyinə zidd hər hansı şərtə yol vermək olmaz.

3. Əgər hüquqi sənədlər itirilibsə, yaxud korlanıbsa, zədələnibsə onda bunun məhkəmə yolu ilə müəyyən edilməsi qaydası var və bu baxımdan vətəndaş məhkəməyə müraciət etməlidir. Məhkəmə itirilmiş sənədin bərpa edilməsi haqqında qətnamə qəbul edir. Hemin qətnamə əsasında sənəd bərpa edilə bilər.

Hüquqşünaslar: Bəhruz Kərimli, Ərşad Hüseynov


******************************************************


Sual - Kimdən: Mehmet Akif Şəhər: Baku
Selamlar.

Ben Bakıda yaşayapı çalışan bir Türkiye vatandaşıyım.Bundan 7 ay önce buralı bir zengine ismini açıklamak istemiyorum.Bir iş yaptım kendisi burada bir villa dikiyordu.Ben komputerde evin dış ve iç dizaynını yaptım.Herhangi bir ücret konuşulmadı o da sormadı.iş bittikten sonra kendisine ödemesi gereken ücreti söyledim.Ve son konuşmamız o zaman oldu...AO günden beri kendisi telefonlarımı açmıyor ve kendisine ulaşamıyorum...Bu kişiyle ilgili ben hukuki bir şey yapabilirmiyim.. Kendisi devlet memuru...Elimde villasının içten ve dıştan resimleri mevcut.artı yaptığım dizaynları var...teşekkürler şimdiden...

Cavab -------
Hörmətli, Mehmet bey!
Sualınızdan belə aydın oldu ki, siz hansısa bir şəxs üçün intelluktual əməyinizi sərf edərək iş görmüsünüz, amma qonanarınızı almamısınız. Qeyd etdiyiniz şərtlər daxilində hətta məhkəmə qaydasında bu istiqamətdə sizin əldə edə biləcəyiniz bir şey yoxdur . Çünki qanunvericiliyə uyğun olaraq, sizin ondan nəsə tələb etməyiniz üçün əlinizdə sübutunuz olmalıdır. Belə sübut isə sizdə yoxdur. Buna görə də bu məsələnin həlli hüquqa deyil, həmin dizaynı sizdən alıb pulunu ödəməyən şəxsin vicdanına bağlıdır.

Şəfa Camalzadə, Hüquqşünas, Hüquqi Yardım Mərkəzi


******************************************************


Sual - Kimdən: Anonymous
30.04.2010 16:22 1.İşçi təqvim ili ərzində işlədiyi təşkilatda bir neçə dəfə vəzifəni dəyişirsə hər yeni vəzifə üçün əsas məzuniyyətdən (ən azı 21 təqvim günü) istifadə edə bilərmi?

2.Əmək məzuniyyətindən natura formasında istifadə nə deməkdir?
Təşəkkür edirəm.

Cavab --------------
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 131-ci maddəsinin 1-ci bəndinə əsasən, işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. Beləliklə, əgər işəgötürən sizinlə hər dəfə yeni əmək müqaviləsi bağlayaraq ayrı - ayrı vəzifələrə keçirirsə, məzuniyyətdən istifadə etmək hüququnuz əmək müqaviləsini bağladığınız andan etibarən altı ay işlədikdən sonra yaranır.

AR Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci bəndinə əsasən, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.

Sevinc Əliyeva, Hüquqşünas, Hüquqi Yardım Mərkəzi


******************************************************


Sual - Kimdən: Elnare Semedova
21.04.2010 13:53 salam. Bilmek isteyirem ki analiq mezuneyyetinin muddeti ne qederdir. (156 gun ne qeder uzadilib) bele soz gezir ki 250 gune qeder uzadilib. bu ne qeder duzgundur

Cavab -------------
Əmək Məcəlləsinin 126-cı amddəsinə görə, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir.

Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir. Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət aşağıdakı müddətlərdə verilir:

a) normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü);

b) doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim günü);

c) iki və daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 110 təqvim günü).

Qey etdiyiniz məsələ ilə bağlı bu normalara heç bir əlavələr edilməyib

Fariz Namazlı, Media Hüququ İnstitutu, Hüquqşünas



******************************************************


Sual - Kimdən: Sanan Şəhər: Baki
16.04.2010 07:25 Salam, men bilmek isteyirem. Azerbaycan qanunvericiliyinde analiq mezuniyyeti ucun hansi odenisler ve hansi muddetde nezerde tutulub. Meni daha cox islediyi muessise terefinden odenlmeli olan odenisler maraqlandirir...

Cavab -------------
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9(x) maddəsinə əsasən, hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək əmək müqaviləsi üzrə işləyən işçinin əsas hüquqlarındandır. Qadınların isə əlavə olaraq hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün məzuniyyət hüquqları da var ki, bu da Əmək Məcəlləsinə görə, sosial məzuniyyət adlanır. Sosial məzuniyyət ödənişli məzuniyyət növünə daxildir. Buna uyğun olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 125-ci maddəsinə əsasən, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.

Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət aşağıdakı müddətlərdə verilir:

a) normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü);

b) doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim günü);

c) iki və daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 110 təqvim günü).

Həmin Məcəllənin 127-ci maddəsinə görə, uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər. Uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər.

Turan Bahadırbəyli, Hüquqşünas, Hüquqi Yardım Mərkəzi


******************************************************


Sual - Kimdən: Ceyhun Şəhər: Bakı
14.04.2010 10:08 1.Yarımştat işləyən işçilərin əmək stajı hesablanırmı?
2.Yashayish evlərinin həyətində məskunlaşmiş küçə itləri barədə müvafiq tədbirlərin görülməsi ile bağlı hansı strukturlara hansi qaydada müraciət olunmalıdir?
Əvvəlcədən təşəkkür edirəm.

Cavab ------------
Hörmətli, Ceyhun müəllim!
Azərbaycan Respublikasının Əmək Məcəlləsində (89,91 və 94-cü maddələr) 3 cür iş vaxtı müəyyən edilib:
a) tam iş vaxtı;
b) qısaldılmış iş vaxtı;
c) natamam iş vaxtı.

İş vaxtı ilə bağlı əmək müqaviləsinin şərti qanunvericiliyin tələblərindən kənara çıxmamaq şərti ilə işçi və işəgötürənin qarşılıqlı razılığı əsasında müəyyən edilir. Natamam və ya qısaldılmış iş vaxtı rejimi ilə işləyən işçilərin də əmək hüquları tam iş vaxtı rejimində işləyən əmək hüquqları ilə eyni səviyyədə qorunur və əmək stajına daxil edilir. Əmək funksiyasını natamam və ya qısaldılmış iş vaxtında yerinə yetirən işçilərin qanunvericiliklə və ya əmək müqaviləsi ilə müəyyən edilmiş əmək hüquqlarının hər hansı şəkildə məhdudlaşdırılması yolverilməzdir.

Şəfa Camalzadə, Hüquqşünas, Hüquqi Yardım Mərkəzi


******************************************************


Sual - Kimdən: Elnare
06.04.2010 19:53 Salam. oyrenmek isteyirem ki analiq mezuneyyetinin muddeti hal-hazirda ne qederdir. bir de bilmek isterdim ki. 2-ci defe analiq mezuneyyetine cixdiqda gun artimi mumkunmu. onceden teshekkurlerimi bildirirem

Cavab -----------
Əmək Məcəlləsinin 9(x) maddəsinə əsasən, hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək əmək müqaviləsi üzrə işləyən işçinin əsas hüquqlarındandır. Qadınların isə əlavə olaraq hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün məzuniyyət hüquqları da var ki, bu da Əmək Məcəlləsinə görə, sosial məzuniyyət adlanır. Sosial məzuniyyət ödənişli məzuniyyət növünə daxildir. Buna uyğun olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 125-ci maddəsinə əsasən, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir. Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət aşağıdakı müddətlərdə verilir:

a) normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü);

b) doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim günü);

c) iki və daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 110 təqvim günü)

Həmin Məcəllənin 127-ci maddəsinə görə, uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər. Uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər.

Beləliklə, siz ikinci analıq məzuniyyətindən istifadə edə bilərsiniz.

Turan Bahadırbəyli, Hüquqşünas, Hüquqi Yardım Mərkəzi


******************************************************


Sual - Kimdən: Eldar Şəhər: Baki
05.04.2010 08:16 Men ganunsuz isden azad olunmusam erizemi de sagta yoluile rehberrik yazib, hansi ganuna esasen men erizemi yazim ve hansi hugugsunasi mene meslehet verersiniz?

Hormetle,
Eldar

Cavab -------
əgər qeyd etdiyiniz kimi rəhbərlik saxta ərizə yazıbsa, siz işdən çıxarılma barədə əmrin alınmasından bir ay ərzində əmrin qanunsuz hesab olunmasına dair məhkəmədə iddia qaldıra bilərsiz və bu zaman ərizənin saxta olub-olmaması ilə bağlı ekspertizanın keçirilməsini tələb edə bilərsiz. Bir daha qeyd edirəm ki siz öz tələbiniz 1 ay ərzində irəli sürməlisiniz. Əgər həmin müddəti ötürmüş olsanız, bi məhkəmədə iddianızın rədd olunmasına səbəb ola bilər

Fariz Namazlı, Media Hwququ İnstitutu, hüququşünas
fariz_@mail.ru


******************************************************


Sual - Kimdən: Nahid Nezirov
31.03.2010 12:37 salam. Emek mecellesinde ki, minimum emek haqqi 75 manatdir. Bu belediyyelere de samil edilir? Sagolun

Cavab -------------
Əgər bələdiyyədə şəxs əmək müqaviləsi ilə işləyirsə, o zaman ona Əmək Məcəlləsinin qaydaları tətbiq edilir. Əmək yalnız bələdiyyəyə seçilmiş şəxslərə tətbiq edilmir.

Fariz Namazlı, Hüquqşünas, Media Hüquq İnstitutu


******************************************************


Sual - Kimdən: Ceyhun Şəhər: Bakı
30.03.2010 11:54 Hörmətli Turan Bahadırbəyli,

İlk növbədə verdiyim sualları (01.03.2010 15:07) cavablandırdığınıza görə sizə minnətdarlığımı bildirirəm. Ancaq qeyd etmək istəyirəm ki, suala (2-ci 3-cü) daha dəqiq cavab verilsə suala tam aydınlıq gətirilmiş olar.

Işçi işgüzar müvafiq sənədlərdə öz imzasi ilə özünü təsdiq edə bilermi?
Misal: Teşkilatın rəhbər işçisi özünün məzuniyyətə cıxması ilə əlaqədar əmrə imza ata bilərmi? Əgər ixtiyarı çatmırsa bu kimin səlahiyyətinə verilir?

1.Bu misalda göstərildiyi kimi təşkilatın rəhbər işçisi öz əmrinə özü imza ata bilər yoxsa yox?
2. Əmek qanunvericiliyi ile müəyyən edilmiş müavinat və s. ikinci iş yerində çalişan işçilərə şamil edilirmi?

Əvvəlcədən minnətdaram.

Cavab -----------
Əmək Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Bu maddədə “vəzifəsindən” dedikdə, o cümlədən təşkilatın rəhbər işçisi başa düşülür. Məcəllənin 138.1-ci maddəsinə görə, bütün növ məzuniyyətlərin verilməsi işçinin ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilməlidir.

Əmək Məcəlləsində konkret olaraq təşkilatın rəhbər işçisinin özünün məzuniyyətə çıxması ilə əlaqədar əmrə imza ata bilmək hüququ dəqiq müəyyən olunmayıb, ancaq bir qayda olaraq, təşkilatın rəhbər işçisinin (rəhbərin) məzuniyyətə çıxması ilə əlaqədar əmrə (sərəncama, qərara) onun müavini imza atır.

İkinci suala cavab:

İkinci sualınız bir qədər dəqiq deyil. Sizə verilən sosial müavinətin növünü qeyd etməmisiniz. Sosial müavinətlər haqqında Azərbaycan Respublikası Qanununa görə, sosial müavinətlər dedikdə, bu qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti başa düşülür. Həmin Qanunun 4-cü maddəsində müavinətlərin növləri sadalanıb:

-aylıq müavinətlər;
-dövlət qulluqçularına ömürlük müavinət;
-yaşa görə müavinət;
-əlilliyə görə müavinət;
-sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət;;
-ailə başçısını itirməyə görə müavinət;
-müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət;
-üç yaşınadək uşağa qulluğa görə müavinət;
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət;
-valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət:
-bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət.
-Birdəfəlik müavinətlər:
-radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət:
-uşağın anadan olmasına görə müavinət:
-dəfn üçün müavinət.

Əgər siz iki iş yerində çalışırsınızsa, əmək qanunvericiliyinə görə hər iki iş yerində işəgötürənlə əmək müqaviləsi ayrı-ayrılıqda bağlanılır və buna müvafiq olaraq, həmin müqavilələrdə nəzərdə tutulan hüquq və vəzifələr sizə şamil olunur. Əgər ikinci iş yerində müavinətin verilməsi nəzərdə tutulmuşdursa, o zaman müavinətin verilməsi sizə şamil olunur.

Turan Bahadırbəyli, Hüquqşünas, Hüquqi Yardım Mərkəzi


******************************************************


Sual - Kimdən: ruziya Şəhər: goran
30.03.2010 10:19 Elil,fiziki ve eqlili xususi qayqiya ehtiyaci olan ushaqlarla ishleyen QHT-de ishleyirem bash ofis Bakida yerleshir Indiyedek emek haqqi alirdiq Indi ise bize xidmet muqavilesi ile ishlemek teklif olunur. Vergi Idaresinde iose bununla elaqedar bezi problemler yaratmaq istediler ki bu xidmet deyil muzdlu ishdir Ilin sonunda gelib yoxlayaraq Sizi vergiden yayindiqiniz ucun mehkemeye vereceyik onda demeyin ki bilmedik bizim rehberlik ise bildirir ki hec bir problem ola bilmez Amma voen ala bildik Sizce qanunla hansi teref haqlidir Uduzan biz olmayacayiq Evvelceden minnetdarliqimi bildirirem Bu cur layihenin heyata kecirdiyiniz ve bizlere destek olduqunuz ucun teshekkur edirem

Cavab - -------
Əgər VÖEN-lə işləyirsinizsə və qanunla müəyyən edilmiş vergiləri düzgün və avxtında ödəyirsinizsə heç bir problemi yoxdur hətta Vergi orqanı sizin fəaliyyətinizi yoxlasa belə. Sadəcə sizin üçün bir problem olur ki, xidmət müqaviləsi əsasında işləməklə siz gələcəkdə pensiya almaq üçün staj əldə etmirsiz. HAzırda pensiya islahatları getdiyindən ola bilsin bu problem də aradan qalxacaq və VÖEN əsasında fəaliyyət göstərən şəxslərin də gələcəkdə pensiya almasında heç bir problem olmayacaq

Fariz Namazlı, MEdia HÜququ İnstitutu, hüquqşünas


******************************************************


Sual - Kimdən: əhməd Şəhər: Bakı
28.03.2010 00:33 Mən əmək kollektivinin üzvü kimi bir nəfərlə birlikdə Dövlət Əmlak Komitəsindən Hərracdan məcburi özəlləşdirilən obyekt kimi keçmiş Rayon Ticarət İdarəsinin obyektini iki nəfərlə özəlləşdirib “Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” Şəhadətnamə almışdıq. Sönra mənimlə şərik olan şəxsdən onun payını notariusdan alqı-satqı edib aldım. Alqı-satqı müqaviləsi əsasında DƏK-dən tək öz adıma Mülkiyyət hüququ haqqında şəhadətnamə aldım. Həhayət həmin şəhadətnaməni Dövlət Reyestr Xidmətinə təhvil verib Dövlər Reyestrindən Çıxarış aldım.Orada yazılıb ki, həmin obyekt mənim istifadəmdə olan torpaqda tikilib. Mən isə istəyirəm ki, torpaq da mənim istifadəmdə yox, mülkiyyətimdə olsun. Lakin dəfələrlə indiki Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etməyimə baxmayaraq özlərinin hərracdan özəlləşdirdikləri obyektin torpağı haqqında icra hakimiyyətindən “ayrıc aktı” gətirməyimi tələb edirlər. Obyektin texniki pasportunda 100 kv.m tikinti altı torpaqdan başqa daha 150 kv.m sərbəst torpağı da vardır.
Odur ki, soruşuram:

1.Varis ƏMDK-nin DƏK tərəfindən hərracdan özəlləşdirdikləri obyektin texniki pasport hüdudlarında olan torpağın mən tərəfindən özəlləşməsi üçün RİH-i tərəfindən verilən “ayrıc aktına” ehtiyac varmı?
2.“Torpaq özəl deyil”-adı ılə məni oradan çıxarmağa haqqları varmı?
3.Daşınmaz əmlakın altındakı torpaq mənim deyilmi?
4.Əgər ƏMDK-i mənim özəl obyektdə istifadəmdə olan torpağın özəlləşməsini mənim adıma aparmırsa mən nə etməliyəm?

Cavab -----------
Əvvəla qeyd edək ki, obyektə dair mülkiyyət hüququnun əldə edilməsi onun altında və ətrafında olan torpaq sahəsinə dair (texniki pasportda göstərilsə belə) mülkiyyət hüququnu yaratmır. Siz həmin torpaq sahəsinin mülkiyyətçisi olmaq üçün sahəni qanunvericilikdə nəzərdə tutulmuş qaydada almalısınız. Sualınızda göstərilmiş torpaq sahələrinin alınması qaydaları “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin 12-ci bəndinə əsasən torpaq sahəsini almaq məqsədilə onun üzərində yerləşən özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə aşağıdakı sənədləri təqdim edir:

1) Ərizə;
2) müəssisə və obyektin üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin surəti;
3) özəlləşdirilmiş müəssisə və obyektin texniki pasportu və torpaq sahəsinin müəssisə və obyektin istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd (torpaq sahəsinin ayrılması haqqında qərar və ya icarə müqaviləsi). Torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlərin əldə edilməsi mümkün olmadıqda Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi müvafiq yerli icra hakimiyyəti orqanları ilə birlikdə özəlləşdirilmiş müəssisə və obyektlərin faktiki istifadəsində olan torpaq sahəsini müəyyən edir.
Həmin Əsasnamənin 13-cü bəndinə əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi ərizənin daxil olduğu andan 20 gün müddətində özəlləşdirilmiş müəssisənin (obyektin) mülkiyyətçisinə torpaq sahəsinin dəyərini müəyyən olunmuş qaydada ödəmək üçün ödəmə tələbnaməsi verir və müəyyən olunmuş məbləğ ödənildikdən sonra 10 gün müddətində alqı-satqı müqaviləsini bağlamaqla alıcıya müvafiq şəhadətnamə verir.
Torpaq sahəsi üzərində alıcının mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyi andan yaranır.

Beləliklə, Siz texniki pasportda göstərilən torpaq sahəsini qanunvericiliklə nəzərdə tutulmuş qaydada aldıqdan sonra mülkiyyət hüququnuzu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirdə bilərsiniz. Bunun üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə aşağıdakı sənədləri təqdim etməlisiniz:

1) ərizə (müraciət);
2) torpaq sahəsinin özəlləşdirilməsini təsdiq edən şəhadətnamə;
3) tlkilinin (qurğunun) özəlləşdirilməsini təsdiq edən şəhadətnamə;
4) daşınmaz əmlakın texniki pasportu;
5) dövlət rüsumunun ödənilməsi barədə qəbz.

Bu hərəkətləri etməyənə qədər həmin torpaqlar sualda qeyd etdiyiniz kimi “sizin deyildir”.
O ki, qaldı sözügedən torpaq sahələrindən sizin “çıxarıla” bilib-bilməyəcəyinizə, əlbəttə ki, obyektin mülkiyyətçisi olduğunuz və obyekt mövcud olduğu vaxt ərzində ondan və onun altındakı torpaqdan (yalnız obyektin altında olan torpaqdan) çıxarıla bilməzsiniz.
Lakin, nəzərinizə qeyd etdiyim Əsasnamənin 11-ci bəndinə çatdırmaq istərdim: “ƏMDK əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir.
Özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər.
Bu səbəbdən Sizə texniki pasportda göstərilmiş torpaq sahəsinin alınması üçün DƏMK-ya müraciət etməyinizi tövsiyə edərdik.

Sevinc Əliyeva, Hüquqşünas, Hüquqi Yardım Mərkəzi


******************************************************


Sual - Kimdən: Əliyeva Kamilə Şəhər: Şirvan şəhəri
23.03.2010 11:39 Salam.Sizə belə bir sualla müraciyət etmək istəyirəm. 5 aydır ki ana hamiləyəm. Analıq məzuniyyətinə nə zaman çıxa bilərəm? Bu məzuniyyət neçə gün olacaq və məzuniyyət bitdikdən sonra uşağı tərbiyə etmək üçün mənə əlavə məzuniyyət veriləcəkmi? Bu məzuniyyətlərdən hansı ödənişlidir? Əvvəlcədən öz minnətdarlığımı bildirirəm.

Cavab ------------
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 125-ci maddəsinə əsasən, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.

Həmin Məcəllənin 127-ci maddəsinə görə, uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər. Uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər.

Məcəllənin 131-ci maddəsində əmək məzuniyyətinin verilməsi qaydası qeyd olunub:

1. İşçinin birinci iş ili üçün əmək məzuniyyəti hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir.

2. İşçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər.

3. İşçiyə işin ikinci və sonrakı illəri üçün əmək məzuniyyəti işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda verilə bilər.

4. Əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən aşağıdakı işçilərin istifadə etmək hüququ vardır:

a) qadınların hamiləliyə və doğuşa görə — sosial məzuniyyətdən bilavasitə əvvəl, yaxud sonra;
b) on səkkiz yaşına çatmamış işçilərin;
c) müddətli hərbi xidmətdən buraxıldıqdan 3 ay keçənədək işə götürülən işçilərin;
ç) əsas iş yerində məzuniyyətə çıxan əvəzçilik üzrə işləyənlərin;
d) hərbi qulluqçu arvadının (ərinin);
e) təhsil müəssisələrində oxuyan şəxslərin — kurs işlərinin və ya imtahanların verildiyi, diplomun müdafiə edildiyi vaxtda;
ə) əlillərin.

Turan Bahadırbəyli, Hüquqşünas, Hüquqi Yardım Mərkəzi


******************************************************


Sual - Kimdən: Fanat Şəhər: Bakidan
17.03.2010 15:36 Salam! men 1ozel muesssede de ishleyirem ve bu shirketde 6 aydi emek haqqi almiram,hech emek muqavilem de yoxdu,emek kitabcham da yoxdu,ishe giren de ne erize yazmisham,ne de emek muqavilemin ne inki sureti hech o da yoxdu.Men bu ozel muesssede "PUL ATMAQ" yeni emek haqqimi artiqlamasi ile goturmek fikrim var.yeni pulu artiqlamasi ile goturmek fikrim var.muessenin voeni var..yeni men bu hereketi etsem,mene kim ne ede biler_mehkem,polis,prokroturani nezerde tuturam? bu menim uchun tehlukelidi?

Cavab -----------
Ümumiyyətlə cinayət törətmək hər zaman təhlükəlidir, ona görə yaxşı olar ki, qanuna zidd hərəkətlərə yol verməyəsiniz. Əgər işlədiyiniz müəssisə sizə işə görə haqq vermirsə, haqqınızı tələb edin. Əgər əmək haqqının verilməməsinə görə müəssisəni məhkəməyə verəsi olsanız, sizin üçün sübutlar təqdim etmək çətin olacaq, çünki sizin rəsmi əmək müqaviləniz yoxdur. Amma bundan əlavə, işçi kimi hüquqlarınızı pozulursa, Dövlət Əmək MÜfəttişliyinə müraciət edə bilərsiniz.

Fariz Namazlı, MEdia Hüququ İnstitutu, hüquqşünas


******************************************************


Sual - Kimdən: Kərim Əhmədov Şəhər: Ağdaş rayonu
14.03.2010 23:49 Salam.Sizdən belə bir suala cavab verməyinizi xahiş edirəm. Növbəli iş rejimində çalışan işçinin növbəti iş günü bayram gününə (günlərinə) təsadüf edərsə bu halda həmin gün (günlər) üçün əmək haqqı hansı qaydada hesablanmalıdır.

Cavab -------
Müstəsna hal kimi istirahət, iş günü hesab edilməyən bayram günlərində işə cəlb olunmuş işçilərin əməyi, tərəflərin qarşılıqlı razılığı ilə işçiyə digər istirahət günü verilməklə və ya həmin günlərdə görülmüş işin müqabilində ikiqat məbləğdə əmək haqqı ödənilməklə əvəz edilir.

Amilə Orucova, Hüquqşünas, Hüquqi Yardım Mərkəzi


******************************************************


Sual - Kimdən: ishsiz Şəhər: Baki
02.03.2010 12:46 Mesqulluq idaresinde qeydiyyatdayam muavinat aliram amma mene maraqli gelen bir shey var neye gore muavinatlar el be el verilir ?banklar vasitesi ile yox? sizden bir huquqi meslehet almag isterdim dovletin mene olan borcu noyabr ayindan beri 1160 manat teshkil edir men mehkemeye muraciet edib bu meblegi deymish ziyanla birge ala bilerem?2 sual: menim eger ozumun bank hesabim varsa men o hesabi mshgullug idaresine gondermekle pulun insan faktoru olmadan yene el be el almadan hesabima kocurulmesini temin ede bilerem? cunki ozunuz basha dushursunuz burada pul alasan ozude ele bele bu mumkun deyil!!!Maraqli bir teklifim var sizlere bir jurnalst arashdirmasi da apara bilersiniz mart ayindan muavinetlarin verilmesine bashlanacaq meshgullug xidmetlerinin garshisinda olan biabirci ehalini soyma emeliyyatlariyla tanish ola bilersiniz :) Sadec bir teklif idi bu !evvelceden size minnetdaram

Cavab ----
Azerbaycan Respublikası Nazirler Kabinetinin 2002-ci il 22 yanvar tarixli Qerari ile tesdiq edilmis Ishsizlik muavinetinin hesablanmasi ve odenilmesi Qaydalarinin 3.1-ci bendine gore, vetendashlara ishsizlik muavinetlerin qeydiyyatda oldugu sheher, rayon meshulluq merkezleri terefinden magd ve ya banklar (ishsiz vetendashalrin arzusu ile) vasitesile odenilir.

Gorunduyu kimi, bank vasitesile muavinetin odenilmesi sizin arzunuzla mumkundur. O ki qaldi borcun qaytarilmasina, eger heqiqeten de qeyd etdiyiniz meblegde borc varsa ve bu borcun olmasina dair her hansi subutunuz varsa, o zaman mehkemeye muraciet ede bilersiz, size deymish ziyanla bagli qeyd edim ki, vurulmush ziyani siz subut etmelisiniz ki, muavinetin verilmemesiyle size hansi ziyan deyib? Ve mehkeme esasli sayacagi teqdirde sizin iddianizi temin ede biler.

Fariz Namazli, Huquqshunas, Media Huququ Institutu


******************************************************


Sual - Kimdən: Ceyhun Şəhər: Baki
01.03.2010 15:07 1. Emek qanunvericiliyine gore teshkilatin numayendeliyinde (yerli struktur bolmesinde) chalishan siravi ishcinin
emek kitabcasi teshkilatin numayendeliyinde yoxsa teshkilatin bash qeregahinda yazilmalidir? (emek muqavilesi numayendeliyin rehberi ile baglanirsa)

2. Ishci ishguzar muvafiq seneddelerde oz imzasi ile ozunu tesdiq ede bilermi?

Misal: Teskilatin rehber ishcisi ozunun mezuniyyete cixmasi ile elaqedar emre imza ata bilermi? Eger ixtiyari catmirsa bu kimin selahiyyetine verilir?

3. Ikinci ish yerinde chalishan ishcinin emek staji hesablanirmi ve emek qanunvericiliye ile meyyen edilmish muavinet ve s.onlara da shamil edilirmi?

4.Emek qanunvericiliyine gore ishguzar senedde gosterilmish sonuncu tarix ishcunin ish gunu kimi mueyyen edilr?

Misal:Ishci oz erizesi ile 11.05.09-cu il tarixden ishden azad olmagini xahish edir. 11.05.09-cu il tarixde ishci ishe cixmalidirmi?

Evvvelceden derin teshekkur.

Cavab -----

1. Əgər siz təşkilatın nümayəndəliyində çalışırsınızsa, əmək müqaviləsi nümayəndəliyin rəhbəri ilə bağlanırsa və nümayəndəliyin rəhbəri eyni zamanda təşkilatın rəhbəridirsə, o zaman əmək kitabçası da həmin təşkilatın nümayəndəliyində bağlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.2-ci maddəsinə əsasən, İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır.

2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 114.3-cü maddəsində ödənişli əsas məzuniyyət verilən şəxslərin dairəsi müəyyənləşdirilib. Həmin şəxslərə eyni zamanda müəssisənin rəhbər işçiləri də aid edilir. Əmək Məcəlləsinin 138.1-ci maddəsinə əsasən, bütün növ məzuniyyətlərin verilməsi işçinin ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilməlidir.

3. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarının 1.1-ci hissəsində qeyd edilib ki, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Ona görə ikinci iş yerində də işçinin əmək stajı hesablanır.

4. Bununla bağlı əmək qanunvericiliyində dəqiq norma müəyyən edilməyib.

Turan Bahadırbəyli, Hüquqşünas, Hüquqi Yardım Mərkəzi
XS
SM
MD
LG