Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:12

BİZNES VƏ İŞGÜZAR ƏLAQƏLƏR BARƏDƏ


________________________________________
Sual Kimdən: Anonim
23.02.2011 15:26


Salam xahish edirem menim sualima erdiniz

men corek istehsali ile meshqul oluram. ve oz coreklerimin texniki shertini cixartmaq isteyirem , amma dovlet rusumunu bilmirem ne qeder edir xahish edirem mene texniki shertin dovlet rusumunun mebleqini bildiresiniz.

menim coreyimin mexsus adi var ve hemin adi isteyiremki, qeydiyatdan cekirim ve hemin qeydiyat rusumunununda qiymetiniz yazmaqnizi xahish edirem....
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
21.03.2011 16:22


Çörəyin texniki şərlətinə dair standartı müəyyənləşdirmək üçün standartlaşdırma, metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət edin

________________________________________
Sual Kimdən: Anonim
13.03.2011 21:12


Salam, Men bilmek isterdim:
Mən fiziki şəxsəm. Hazırlıq kurslarım var. Men kursu bitirenlere sertifikat vere bileremmi? Əgər bilərəmsə hansı qaydalar əsasında?
Əvvəlcədən təşəkkür edirem.
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
15.03.2011 11:50


əgər fiziki şəxs kimi vergi orqanlarında qeydiyyatdan keçib VÖEN almısınızsa, hazırlıq kurslarını bitirmiş şəxslərə sertifikat verilməsində heç bir problem yoxdur

________________________________________
Sual Kimdən: Telman Eliyev
28.04.2011 19:18


Salam. Men QSC-nin sehmdariyam. QSC ikinci emissiya zamani olan sehmlerime berabar sayda sehm teklif olunub.Gosterilen bank hesabina sehmlerin deyerini gosterilen vaxtda (17.05.2010) odemisem.Indiye qeder sehmlerimin ustune sehm gelmeyib.Sebeb ise brokerle muqavilenin olmamasi gosterilir.Xais edirem mene cixis yolu gosterin.Cox sag olun.
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
29.04.2011 16:25


Brokerlə hansı müqavilə bağlanılb? bunu aydın yazmamısız və nə üçün bağlanmalı olmasını da izah etməmisiniz.
Səhmlərinə malik olduğunuz səhmdar cəmiyyətinin nizamnaməsində səhmlərin hansı qaydada alqı-satqısı barədə məlumatlar var, o qaydalarla tanış olun, gəər qaydalara uyğun hərəkət göstərərək səhmləri əldə etmisizsə,lakin səhmlər sizə satılmayıbsa, məhkəmə yolu ilə payınızı müəyyənləşdirə bilərsiniz.

________________________________________
Sual Kimdən: Qara_kemer Haradan: Sumqayit
14.07.2011 15:23


Salam hormetli Fariz qardash. Menim sualim beledir: AzR Vergi mecellesinin 6.1.1. fiziki şəxslərin gəlir vergisi bolmesinde gosterilen "gelir" sozunun huquqi anlamda menasini (ifadesini, acilishini) hardan (hansi qanundan) oyrenmek olar. Mesele burasindadir ki hal hazirda bizim emek haqqimizdan tutulan vergi mehz gelir vergisi adlanir. Amma men oyrendim ki emek haqqi insanin shexsi mulkiyyetinde olan bir sheyin (emek) bashqa bir sheye (pul) deyishdirilmesidir. Burda hec bir gelir (alqi satqi ve s.) sohbeti yoxdur. Bu beledirmi?
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
18.07.2011 16:42


Salam
Gəlir ümumiyyətlə əldə olunan gəlirdən ibarətdir Vergilər Məcəlləsinin 97.1-ci maddəsi)
Eyni zamanda həmin məcəllənin 99-cu maddəsində sahibkarlıq fəaliyyətindən gəlirə daxil olanlar da göstərilirb. Bura

99.2.1. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir;
99.2.2. sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanmasına razılıq verilməsinə görə alınan gəlir;
99.2.3. əsas vəsaitlərin təqdim edilməsindən alınan və bu Məcəllənin 114.7-ci maddəsinə uyğun olaraq gəlirə daxil edilən məbləğlər;
99.2.4. bu Məcəllənin 141-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılan kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların azalmasından gəlir.
99.3. qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə, o cümlədən aşağıdakılar aiddir:
99.3.1. faiz gəliri;
99.3.2. dividend;
99.3.3. əmlakın icarəyə verilməsindən gəlir;
99.3.4. royalti;
99.3.5. vergi ödəyicisinə bağışlanmış borcun məbləği, bu Məcəllənin 98.2.4 -cü maddəsində göstərilənlər istisna olmaqla;
99.3.6. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir;
99.3.7. təqvim ili ərzində alınan hədiyyə və mirasların məbləği, bu Məcəllənin 98.2.2-ci maddəsində göstərilənlər istisna olmaqla;
99.3.8. vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu və ya vergitutma məqsədləri üçün amortizasiya hesablandığı təqdirdə) - əmək haqqından başqa
99.3.9. həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq daxildir ..

________________________________________
Sual Kimdən: Kamron Aliyev Haradan: samarkand
25.09.2011 19:13


Hörmətli vəkil ! Mən kənd yerində, yolun qırağında ticarət obyekti tikmək istəyirəm, Həm torpaq sahəsinin, həm də tikiləcək obyektin bütün sənədlərini tam qaydasında hazırlamışam.Rayon icra hakimiyyətindən sərəncam almaq üçün lazım olan bütün sənədləri memarlıq şöbəsinin verdiyi siyahı əsasında hazırlamışam və icra hakimiyyətinə srəəncamın verilməsi üçün ərizə ilə müraciət etmişəm.Lakin iki aya yaxındır ki , müraciətimə cavab ala bilmirəm.Mən nə edə bilərəm? Sərəncamsız obyektin tikintisinə başlaya bilərəmmi?
Sizdən xahiş edirəm, mənə bundan sonra hərəkət etməyim üçün hüquqi yolu göstərin.Cavabinıza görə qabaqcadan təşəkkürümü biıdirirəm.Sağ olun!
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
07.10.2011 09:32


Salam
Rəsmi icazə almadan hər hansı obyekt tikdikdə sonradan problem yaranacaq və rəsmiləşdirilməsində də maneələr olacaq. Ona görə də yaxşı olardı ki rəsmi qaydada ərizə ilə lazım olan bütün sənədləri göndərəsiniz, bu halda sizə yazılı məyə borclu olacaqlar.

--------------------------------------

Sual:
Kimdən: Aslan Şəhər: Baki

Mənə ABŞ - dan emim oğlu bir ədəd 300 dollar deyerinde telefon hədiyye gonderib.(poçt vasitəsilə) Bu telefon mərkəzi poçtanın gömrük şöbəsi tərəfindən saxlanılıb. Mən ora gedib hediyyemi tələb etdikde menden 100 dollar rüşvət istədilər.Mən öz etirazimi bildirerek yollandim Baş gömrük idarəsinə . Orda öz problemimi danişdim mənə orda verilən vereqeni gosterdim. Mənə siz 199 dollar gomrük rüsumu ödəməli olduğunu bidirib mənə gömrükdən ödəmə qəbzi verdilər.O qəbz məndədi malin dəyərini 500 dollar yazib. Deyir yaxşı edirem

Cavab
Kimdən: Fariz Namazlı Şəhər: bakı
Ətraflı məlumat üçün bu sayta yazmağınız rica olunur
http://www.customs.gov.az/az/#

Fariz Namazlı

Media Hüququ İnstitutu
hüquqşünas


Sual - Kimdən: S. Fərəcova Şəhər: Bakı
07.09.2010 22:04 Hörmətli Azadlıq radiosu
2006-2009-cu illərdə mənə məxsus qeyri-yaşayış sahəsini icarəyə vermişəm. İcarəçi ilə razılaşma yolu ilə icarə haqqı 600 ABŞ dolları təşkil etmiş, icarəçi verginin ödənilməsini öz üzərinə götürmüş və müvafiq sənədlər vergi orqanlarına təqdim edilmişdir.

Bakı ş. Vergilər Departamentinin 1№-li filialının 20 may 2009-cu il 0918020117364400 №-li sənədində bildirilir ki, mənim 18.05.09 tarixinə dövlət büdcəsinə borcum yoxdur.

Lakin sonradan səyyar vergi və “Azərekspertiza” birliyinin yoxlaması keçirilmiş və mənə bildirmişlər ki, qeyri-yaşayış sahəcinin hər m2-ni 26-30 AZN-ə icarəyə verməli idim (ayda 4000 AZN). Hazırda isə guya mənim dövlət büdcəsinə 14.789.31 manat borcum var. Halbuki mən vergiödəyici olmamışam.
Təəssüflər olsun ki, bu yoxlama bütün mümkün qayda və qanunlara zidd olaraq aparılmışdır. Mən qeyri-yaşayış sahəsini icarəyə verərkən səyyar vergi yoxlaması haqqında qanun belə yox idi və belə aydın olur ki, yeni qanunları keçmiş dövrlərə tətbiq edirlər. Məni bu ekspertizanın məramı, məqsədi ilə tanış etməmişlər, ekspertiza mənim iştirakım olmadan keçirilmişdir.

Ekspertin rəyində bildirilir ki, yeni icarə haqqı təxmini müəyyən edilmişdir, yəni 1 AZN-də ola bilərdi?..

Ekspert heç bir qanuna, qaydaya istinad etməmiş, bunun əvəzində “Birja”, “Market” və s. bu kimi qəzetləri əsas götürmüşdür.

Əslində mənə əvvəlcədən bildirsəydilər ki, icarə haqqı fiksə olunmuş qaydada olmalıdır, yəni bu zaman bazar yox, məhz sosializm iqtisadi sistemi əsas götürülür, mən qeyri-yaşayış sahəsini ümumiyyətlə icarəyə verməzdim.

Halbuki, AR Konstitusiyasının 29.3 maddəsində, AR Mülkı Məcəlləsinin 152.1 maddəsində, AR Vergilər Məcəlləsinin 14.1 maddəsində bildirilir ki, “... mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir ..., bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir”. Təəssüflər olsun ki, heç bir instansiyada bu qanunlara məhəl qoymurlar.

Son zamanlar mən prezidentə, baş nazirə, Milli Məclisin sədrinə, vergilər nazirliyinə və digər orqanlara bu məsələ ilə əlaqədar müraciət etmişəm. Cavab da belə olub ki, mənim məsələm “Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti”ndə araşdırılır.

İyun ayı ərzində mən həyat yoldaşımla birlikdə adı çəkilən departamentdə 4 dəfə (?!) olmuşuq, 4 dəfə (?!) eyni yazili izahat vermişəm, mənim məsələm iki (?!) müstəntiq tərəfindən araşdırılır. Mənə hər vəchlə anlatmaq istəyirlər ki, sənin təqsirin olsa da, olmasa da geriyə yol yoxdur, biz bu məsələyə xitam verə bilmərik.

Hörmətli Azadlıq Radiosu, Sizdən xahiş edirəm ki, səyyar vergi yoxlaması ilə hesablanmış əsassız verginin ləgv edilməsi üçün mənə və ailəmə professional yardım edəsiniz.

Cavab - - -
14.09.2010 22:35 26-30 manat həddən artıq yüksək məbləğdir. Bakı şəhərində heç bir yerdə bu qədər yüksək vergi haqqı nəzərdə tutulmur.
Vətəndaşa kəsilən bu məbləğdə cərimə məbləği tamamilə qanunsuzluq kimi görünür. Mən şəxsən, bu vətəndaşa təmənnasız hüquqi məsləhət verməyə hazıram, "Korrupsiometr" saytına müraciət edə bilər.


*************************************************


Sual - Kimdən: Ramil Şəhər: Sumqayit
26.06.2010 22:55 Salam Hormetli vekil. Size bele bir sualla muraciet elemek isteyirem. Parakende satis ucun aldigim mali (geyim, idman mallari, qab - qacaq) qatar ile Dagistana aparmaq isteyirem. Lakin yolda maneeller ile rastlasiram. Misal ucun Azerbaycan Gomrukculeri mali buraxmir. Men onu qanunu nece apara bilerem sernisin qatari ile. Xahis edirem mene komeklik edin. Yeni qanunu cervivede men nece getmeliyem?

Cavab ---- Kimdən: Fariz Namazlı Şəhər: Bakı
06.07.2010 12:23 salam
bununla əlaqədar yaxşı olar kı Dövlət Gömrük Komitəsinin internet saytı olan http://www.az-customs.net/az/dgk.htm saytına müraciət edəsiniz yaxud Komitənin İnformasiya-Sorğu Mərkəzinə 192 saylı telefon vasitəsilə zəng edə bilərsiniz.

Mərkəz iş günləri saat:

9:00 – 18:00-dək fəaliyyət göstərir və suallar eyni vaxtda beş gömrük mütəxəssis tərəfindən cavablandırılır.
18:00-dən 9:00 dək, istirahət və bayram günləri daxil olan suallara elektron operator cavab verir.
yaxud
Tel: (99412) 438-80-80
Faks: (99412) 498-18-36
E-mail: External@customs.gov.az elaqə vasitələrindən istifadəe də bilərsiniz

Fariz Namazlı, Media Hüququ İnstitutu, hüquqşünas


***********************************************


Sual - Kimdən: adil Şəhər: baki
20.06.2010 18:13 baki seherinde sovet dovrunde tikilmish 9 mertibeli binanin 8 mertebesi yashayish sahesidir ve 1 inci mertebesi karkaslar uzerinde, qeyre yashayish saheleridir(maqazalar),bu maqazalarin biri menimdir (ozeldir-kupcasi ve texniki pasbortu var) menim maqazamin arxasinda blokdan qapisi olan qeyre yashayish sahesi var(kaleska adeli) men orani nece ozeleshdirib ve oz maqazama elave ede bilerem haralara muraciet etmeliyem ve rusum her kvadrata ne qederdir . teshekurler

Cavab -----
10.07.2010 21:49 Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsinin qurumlarına müraciət edib əvvəlcə həmin sahənin mülkiyyətbisi və ya istifadəçisi olub-olmadığını aydınlaşdırmaq lazımdır. Əgər sahə boşdursa, o zaman şzəllləşdirməyə başlanıla bilər. Əlbəttə həmin sahə qanunla özəlləşdirilməsinə icazə verilən əmlaklar kateqoriyasına aiddirsə. əmlakın qiyməti hər bir konkret halda əmlakın yerləşdiyi ərazi, binanın tikildiyi vaxt, istifadə olunmuş tikinti materialları və s. nəzərə alınmaqla, habelə müvafiq əmsallar tətbiq edilməklə müəyyənləşdirilməlidir.


***************************************************


Sual - Kimdən: Fiziki shexs Şəhər: Baki
15.06.2010 16:28 Men artiq bir ildir ki, fiziki shexs kimi vergiler nazirliyinde qeydiyyatdan kechmishem ve fealiyyetr gosterirem. 5 ishchim var ve her birine 80 manat maas verirem. 15 gun evvel vergiler nazirliyinin emekdashi mene zeng ederek komeral yoxlamanin neticesinde mene cerime qoyuldugunu dedi. Bunun hansi sebebden oldugunu sorushanda o mene ishcilerime az maas verdiyime gore edildiyini bildirdi. Meyer respublikanin qanunlarinda deyishiklik edilib minimum maashin (75 manat) meblegi deyishdirilib ki?

O, mene soyledi ki, biz hesablama aparib respublikada orta emek haqqi mebleginin 292 manat oldugunu mueyyenleshdirmishik.

Bele chixir ki, devlet FALci faliyyetini milli meclis seviyyesinde resmileshdirmelidir ki, sahibkaliqla meshgul olan insanlar her ilin evvelinde falchi-nin yanina gedib hemin il respublikada orta emek haqqinin meblegini oyrensinler? Bu ne herc-merclikdir. BU HANSI QANUNA UYGUNDUR?

Cavab - -----
10.07.2010 21:56 Əməkhaqqı qanuna görə işəgötürən və işçi arasında bamlanan razılaşma ilə müəyyən edilir. Siz işçilərə vürdiyiniz maaşa görə gəlir vergisi ödəyirsinizsə vergi orqanları bu prosesə müdaxilə etməməlidirlər.


***************************************************


Sual - Kimdən: Zaur Meherremov
27.05.2010 14:25 Mən 2001 ci ildə lombarddan 60.000$ kredit götürdüm, əvəzində girov ev qoydum. Lakin borcu qaytara bilmədim və lombard evi satdı. 250.000$ pulun hamısını götürdü, fərgi mənə vermədi.

Mən lombardı məhkəməyə verdim və məhkəmə evi mənə qaytardı. Məhkəmənin qərarında qeyd olundu ki, lombardla mənim aramda əməliyyat qanunsuz aparılmışdı və mən lombarda 60.000$ ödəməliyəm. Lombard prokurorluğa müraciyyət etdi və mənim barəmdə 178 və 179 maddələri ilə cinayyət işi başlanıldı. Məni həbs etdilər və istintaq başladı. İstintaq yekunlaşandan sonra isə Ağır cinayətlərə dair məhkəmədə baxıldı və mənə 1 il şərti cəza verildi. Lombard appelyasiya və sonra kassasiya şikayəti verdi. Lakin qərar qüvvədə qaldı (mənim xeyrimə). Mən həbsxanadan çıxandan sonra bildim ki, lombard bağlanıb və rəhbərlik qaçıb. Mən məhkəmənin 60.000$ lombarda qaytarma qətnaməsini yerinə yetirə bilmədim.

Bu yaxınlarda məni Bakı şəhəri baş polis idarəsinə çağırdılar ki, yenidən işə baxmaq istəyirik, və həmin 178 və 179 maddələrlə mənə ikinci dəfə cinayət işi açırıq. ( 60.000$ qaytarılasıdı)

Sual: 1) Olar mı həmin maddələr üzrə ikinci dəfə cinayət işi açmaq? 2) Və mən məhkəmənin qərarını 2001-ci ildə icra etməmişəmsə, mənə cinayət işi açıla bilərmi, baxmayaraq ki vaxt müddəti keçib?

Cavab----------
28.05.2010 12:58 faktlar bir qədər aydın deyil. Pulun qaytarılması məhkəmənin hökmündə nəzərdə tutulub yoxsa lombard sizə qarşı ayrıca mülki qaydada iddia qaldırıb?
Digər tərəfdən sizin barənizdə bir dəfə Cinayət Məcəlləsinin 178 və 179-cu maddələri ilə cinayət işi qaldırılıb və siz həmin maddələrlə məhkum olunmusuz. hazırda eyni əmələ görə ikinci dəfə məsuliyyətə cəlb edilmək olmaz.

Burda ikinci dəfə nəyə görə cinayət işinin başlanmasını dəqiqləşdirmək lazımdır. Əgər pulun qaytarılmamasına görədirsə, və yazdıqlarınızdan belə aydın olur ki, lombard hazırda yoxdur və məhkəmənin qərarında da pulun kimə qaytarılmalı olmasını göstərməsi aydın deyil. Siz pulu qaytarmamısınızsa bununla bağlı CM-nin 178 və 179-cu maddələri ilə cinayət işi başlana bilməz. bununla bağlı məhkəmə qərarını icra etməməyə görə məsuliyyətə cəlb oluna bilərsiz.

Fariz Namazlı, Media Hüququ İnstitutu, hüquqşünas
fariz_@mail.ru


************************************************


Sual - Kimdən: Emin Şəhər: Semkir
23.05.2010 00:06 salam. men semkir seherinde 5 km radyisunda tele yayimla meshqul olmaq istedim.ama teleradio yayim shurasi lisenziya almaqi teleb edir.
bilmek isterdimki Icra hakimiyyetinin icaze vermeye selahiyyeti varimi ev seraitinde heveskar yayimla mesqul olmaqa?evelceden teshekkurler.

Cavab -------
03.06.2010 20:56 Hörmətli, Emin müəllim!
Sualınıza birmənalı şəkildə belə cavab vermək olar ki, Azərbaycan Respublikasında tele yayimla məşğul olmaq üçün mütləq Teleradio Yayim Şurasindan lisenziya almalısınız. Qanunvericilikdə yerli icra hakimiyyəti orqanlarının belə səlahiyyəti nəzərdə tutlmayıb.

Şəfa Camalzadə, Hüquqşünas, Hüquqi Yardım Mərkəzi


***********************************


Sual - Kimdən: Femida Şəhər: Bakı
19.05.2010 17:48 Fiziki şəxs olaraq kommersiya məqsədilə komyuter xidmətinin göstərilməsi üçün hansı müvafiq qanuni addlmlar atılmalıdır?
Təşəkkür edirəm.

Cavab -------------

20.05.2010 15:50 Bunun üçün siz yaşadığınız ərazi üzrə vergi orqanlarında qeydiyyatdan keçərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmağınıza dair vergi şəhadətnaməsi almalısınız.

Fariz Namazlı, Media Hüququ İnstitutu, Hüquqşünas


***********************************


Sual - Kimdən: rafiq tağiyev Şəhər: baki şəhəri.
16.05.2010 19:43 hörmətli azadliq radiosu 1992-ci ildə mənə məxsus səhmlərimi baki şəhəri-1-nömrəli qənnadi kombinatina yatirmişdim bu günkü günə kimi mənim pozulmuş hüquqlarimi bərpa edən bir qurum tapilmir kömək üçün yazmadiğim güc nazirlikləri qalmayib hamisi üstündən atir bir başqasinin üstünə.mən bilmirəm kimə müraciət edim özüm 2-ci qrup qarabağ müharibəsi əliliyəm.indi yeganə ümidim sizsiniz.haminin sevimlisi olan çox hörmətli azadliq radiosu.əvvəlcədən öz minnətdarliğimi bildirirəm

Cavab---------
03.06.2010 20:52 sizin aşağıdakı hüquqlarınız var:

Səhmdar cəmiyyətin illik hesabatını və mühasibat balansını sizə təqdim olunması, Cəmiyyətin xalis mənfəətindən dividend almaq kimi hüquqlarınız var.

Mülki Məcəllənin 99.2-ci maddəsinə əsasən açıq səhmdar cəmiyyəti illik hesabatını və mühasibat balansını hamının tanış olması üçün hər il dərc etməyə borcludur.

Həmin Məcəllənin 99.3 ci maddəsinə əsasən açıq səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında qəbul edilir və bu barədə məlumat açıqlanır. Bu məlumatın açıqlanması qaydası səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmalıdır.

Mülki Məcəllənin 106-1 - ci maddəsinə əsasən

106-1.1. Səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir.

106-1.2. Bir neçə şəxsə bir səhm mənsub olduğu halda, onlar səhmdar cəmiyyətinə münasibətdə bir səhmdar kimi tanınırlar və öz hüquqlarını nümayəndə vasitəsi ilə həyata keçirə bilərlər.

106-1.3 - cü maddəsinə əsasən səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır:

106-1.3.1. cəmiyyətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək;

106-1.3.2. qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq;

106-1.3.3. cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək;

106-1.3.4. cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini tələb etmək;

106-1.3.5. cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək;

106-1.3.6. cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək;

106-1.3.7. cəmiyyətin xalis mənfəətindən dividend almaq;

106-1.3.8. cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq;

106-1.3.9. bu Məcəllədə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq.

106-1.7. Səhmdar cəmiyyətinin səhmdarlarının hüquqlarının müdafiəsi bu Məcəllə, digər qanunlar və normativ hüquqi aktlara uyğun olaraq təmin edilir.

Siz hara müraciət edə bilərsiniz: Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə müraciət edərək hüququnuzu pozan vəzifəli şəxslərin aşağıdakı qaydada cəzalandırılmasını tələb edə bilrəsiniz.
İnzibati Xətalar Məcəlləsinin 220 - ci maddəsinə əsasən,

Səhmdarın qanunvericiliklə müəyyən edilmiş hüquqlarının pozulmasına və ya qanunsuz olaraq hər hansı şəkildə məhdudlaşdırılmasına görə -

vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.

Bundan başqa yuxarıda qeyd olunan hüquqlarınızın təmin olunması ilə bağlı mülki qaydada məhkəməyə müraciət edə bilərsiniz.

Azər Nağıyev, Hüquqşünas, Hüquqi Yardım Mərkəzi


******************************


Sual - Kimdən: shahin
10.05.2010 19:25 dubaydan ev üçün televizor noutbook və digər texnikani ordan bura baqajla göndərsəm gömrük rüsumu(tamojni) ödəməliyəm?ödəməliyəmsə nə qədər məbləğ?

Cavab-----------

22.08.2010 22:32 Əgər şəxsi istehlak mallarıdırsa, buna gömrük rüsumu ödənilmir. Amma komersiya məqsədilə göndərilmiş mallardırsa, onda gömrük rüsumu ödənilməlidir. Rüsumun məbləği ilsə Nazirlər Kabinetinin qərarları və Gömrük Tarifləri haqqında qanunla tənzimlənir. İndi studiyada həmin sənədlər əlimdə deyil, konkret məbləği deyə bilmərəm.


************************************************


Sual - Kimdən: Azərnəqiliyyatekspedisiya Şəhər: BAKI
05.05.2010 18:58 Azərnəqiliyyatekspedisiya İB nin tarifləri haqqında bilmək istərdik ,məsələn bir QAZ3302-18 YÜK maşınına hər ay 40 manat alırlar
Cərimələr 100-150 manatdır.
Əyər aylıq çek alırsan səni yaxına buraxmıllar öz dəllaları var pulu aldıqdan sonra arxa qapıdan yola salacaqlar .Bu haqqda bilmək istəyirik və nə vaxta qədər sürücülər bu zülümlə üzləşəcək .

Cavab-----------
21.05.2010 15:06 Yenə də sizin diqqətinizə çatdıdıram ki, hüquqşünas sizin istənilən sualınıza cavab verə biləcək şəxs deyil. Çünki hər kəsin öz sahəsi var. Ona görə də sizin Azərnəqiliyyatekspedisiya İB nin tarifləri barədə sualınız ona yönələ biləcək sual deyil. Amma yenə də məlumat üçün deyə bilərik ki, öyrənmək üçün siz bu bərədə rəsmi sorğu ilə həmin İB-yə və Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin rəsmi saytına (http://www.mot.gov.az ) müraciət edə bilərsiniz.

Şəfa Camalzadə - Hüquqşünas, Hüquqi Yardım Mərkəzi


*********************************************


Sual - Kimdən: Ədalət Abbasov
22.04.2010 21:49 Salam!
Mən xaricdən mal idxal etmişəm Bakı Baş Gömrük İdarəsində Yük Gömrük bəyannaməsini qəbul etmirlər. Bakı Baş Gömrük İdarəsinin maliyyə tarif şöbəsinin rəisi İbrahim Mehdiyev YGB-nin arxasına işarə qoymalıdır (qeyri rəsmi). O isə bu işarəni Vidadi adlı şəxsin ona zəngindən sonra qoyur. Əks təqdirdə YGB-nin arxası işarələnməsə bəyannamə qəbul olunmur (qeydiyyata alınmır). Vidadi adlı şəxs isə ya malı ona satmağı ya da malın hər tonuna görə ona əlavə pul ödəməyi tələb edir. Uzun uzadı yazışmalar, və məhkəmə çəkişmələri nəticə vermir, nəticə versə belə küllü miqdar dəmir yolu cərimələri ödəməli oluruq. Kimə müraciət etməyimizdən asılı olmayaraq bu şəxslər barədə heç bir ölçü götürülmür. Onlar yenədə öz bildiklərini edirlər. Biz kimə müraciət etməliyik?
Əvvəlcədən minnətdarlığımı bildirirəm.


Cavab----------
23.04.2010 10:14 Sizi maraqlandıran sualla bağlı http://www.az-customs.net/az/mail1.htm saytına yaza bilərsiniz. Eyni zamanda Tel: (99412) 438-80-80 saylı telefona və Gömrük Komitəsində yaradılan İnformasiya-Sorğu Mərkəzinə 192 saylı telefona zəng vurmaqla sualları verə bilərsiniz.

Mərkəz iş günləri saat:
9:00 – 18:00-dək fəaliyyət göstərir və suallar eyni vaxtda beş gömrük mütəxəssis tərəfindən cavablandırılır.
18:00-dən 9:00 dək, istirahət və bayram günləri daxil olan suallara elektron operator cavab verir.

Fariz Namazlı, Media Hüququ İnstitutu, Hüquqşünas



*********************************************


Sual - Kimdən: ismayildan
15.04.2010 03:06 Salam.Men bilmek isteyirem ki menim caycim ozel olduqu halda mene gelib binani ust terefden misar dasi ve damini deyismeyi tapsiriblar.Cayci parkin yaninda yerlesdiyinden parki temir eleyirler , menede tapsiriblar ki sentiyabir ayina kimi temir elemelisn.Menimde buna imkanim catmayir , usta hesablayib 15000 manatdan 20000 manatadek pul lazimdi.Xahis edirem mene qanunna yol gosteresiniz.Evelceden tesekur eleyirem.

Cavab ---------
07.05.2010 13:41 Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin müdafiəsinə təminat verir. Sizin çay evi özəl mülkiyyətiniz olduğu üçün onun barəsində istədiyiniz kimi sərəncam verə bilərsiniz. Bununla bağlı sizə hər hansı kənar təsir yolverilməzdir. Qanunvericilikdə sizə aid mülkiyyəti məcburi təmir etmənizə dair göstəriş yoxdur. Yəni sizə hər hansı orqanın buna dair göstərişi qanuni deyil.

Amilə Orucova, Hüquqşünas, Hüquqi Yardım Mərkəzi


*********************************************


Sual - Kimdən: Safarov Şəhər: baki
10.04.2010 22:08 Salam! Sovet hakimiyyeti dovrunde, 1989-cu ilde rayon XDS Icraiyye komitesinin qerari ile menim yratdigim kooperative 400 kv.m torpaq sahesi ayrilmisdir. 1990-ci ilde hemin torpaqda bir mertebeli 176 kv.m qeyri yasayis binasi insa etmisem. 1993-cu ilde binaya qacqin ailesini yerlesdirerek kooperativin fealiyyetini dayandirdim. 2001-ci ild Bas Dovlet Texniki inventarlasdirma ve mulkiyyet idaresi hemin obyekte menim adima qeyri yasayis binasinin texmiki pasportunu vermisdir. 2002-ci ilde rayon belediyyesi torpagin onun erazisine aid oldugunu iddia ederek menimle hemen torpaq ucun uzun muddete icare muqavilesi imzalamisdir. Indi hemin binani Dasinmaz Emlakin Dovlet Reyestrinde qeydiyyatdan kecirmek isteyirem. Mende olan senedler bunlardir: 1.Torpagin ayrilmasi barede 1989-cu il tarixli qerar. 2. Kooperativin nizamnamesinin qeyde alinmasi barede 1989-cu il tarixli qerar. 3. 2001-ci il tarixli binanin texniki pasportu. 4. 2002-ci il tarixli belediyye ile baglanmis icare muqavilesi. 5. Icare haqqi kimi kocurulmus pullarin qebzleri. Bilmek isteyirem: 1.Mene mexsus olan bu emlaki reyestr qeydiyyatindan hansi qaydada kecirmeliyem ve bunun ucun hansi senedler lazimdir ? 2. 20 il istismarda olmus obyektim ucun istismar akti tertib olunmalidirmi ? 3. Ne qeder dovlet rusumu odemeliyem ? Qabaqcadan tesekkur edirem.

Cavab-----------
04.05.2010 22:38 Siz həmin sənədlərlə birlikdə Daşınmaz Əmlakın Dövlet Reyesrti Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət edə bilərsiniz. Mülkiyyət hüququ qeydə alınan obyektin sahəsinə görə dövlət rüsumunun həcmi dəyişir. Orada ödənilən rüsumlar xəzinadarlıq vasitəsilə həyata keçirildiyi üçün aldatmalara yol verilmir. Amma onu da qeyd edim ki, neçə il istifadədə olmasından asılı olmayaraq, istismara qəbul aktı mütləq zəruridir. Siz əlinizdə olan sənədləri adıçəkilən İdarəyə təqdim edin, əgər onlar tam olmasa, İdarədən bu barədə sizə cavab veriləcək və hansı sənədlərin lazım olduğu bildiriləcək.

Şəfa Camalzadə, Hüquqşünas, Hüquqi Yardım Mərkəzi


*********************************************


Sual - Kimdən: Anar Şəhər: Baki
28.03.2010 02:36 Salam. Men Dubai-dan kargo ile mal getirirem. mal Bakiya catdida onun rusumunu kargoya odeyirem ve mali cixardiram.
amma arada gomruk elave rusumda alir. ve ele vaxta olur ki mali saxlayir buraxmmir. sonra 4-5 gun kecir buraxir. mal bitgi yagidir.
umumiyetle men nece oyrene bilerem duzgun ne qeder rusum vermeliyem.

Cavab --------------
02.04.2010 10:29 Sizi maraqlandıran sualla bağlı http://www.az-customs.net/az/mail1.htm saytına yaza bilərsiniz.

Fariz Namazlı, Media Hüququ İnstitutu, hüquqşünas



*********************************************


Sual - Kimdən: ILQAR Şəhər: SALYAN
23.02.2010 13:24 Salam
Mene mexsus olan obyekt,Baki-Astara maqistral yolunun kənarinda yolun orta xəttindən 60 metr arali yerlesir.Obyekt 1994-ci ilde tikilb ve hemen ilden de fealiyetdedir ve butun senedleri de qanuna uyqun formadadir.

1994-ci ilde tikilmish obyekt ucun,Neqliyyat nazirliyinin emakdashlari bu gun menden magistral yoldan oz obyektime girib - chixmaq uchun xsusi raziliq (texniki shert) deyilen sened teleb edirler. Bilmek isterdim bele bir qanun var ya yox? Ve bu qanun ne vaxt quvveye minib?

Bu qanun menim obyektime shamil edile biler ya yox ?

Cavab-----------------
26.02.2010 15:07 Sizin obyekt respublika əhəmiyyətli avtobobil yolunun üzərində yerləşdiyi üçün Nəqliyyat Nazirliyi sizden obyektin standartlara cavab verib-verməməsi barədə sənədləri tələb etmək səlahiyyəti var. Nazirlər Kabinetinin 28 fevral 2004-cü il tarixli 18 saylı qərarına əsasən Nəqliyyat Nazirliyinə bu səlahiyyət verilib. Həmin qərarın 4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə, Maliyyə Nazirliyinə, Dövlət Tikinti və Arxitektura Komitəsinin üzərinə vəzifə qoyulub ki, respublikanın avtomobil yollarının qısa müddətdə beynəlxalq standartlara uyğun yenidənqurulması və tikintisi perspektivini nəzərə alaraq respublika və yerli əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında (müvafiq olaraq 60 və 25 metr) yerləşən, avtomobil yollarının yenidənqurulmasına və tikintisinə mane olan bütün obyektlərin və mühəndis kommunikasiyalarının aidiyyəti rayon (şəhər) icra hakimiyyəti orqanları ilə birlikdə 3 ay müddətində inventarlaşdırılmasını aparıb, onların qanuniliyini və qiymətlərini müəyyən edərək nəticəsi haqqında məlumatı təklifləri ilə birlikdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmələri barədə göstəriş var.

Həmin qərarın 5-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Daxili İşlər Nazirliyi rayon (şəhər) icra hakimiyyəti orqanları ilə birlikdə respublika və yerli əhəmiyyətli avtomobil yollarının kənarlarında aparıla biləcək qanunsuz tikinti və yenidənqurma işlərinin qarşısının alınmasına daima ciddi nəzarət etməli və belə hallara yol verilməməsi üçün müvafiq tədbirlər görməlidir.

Amilə Orucova, Hüquqşünas, Hüquqi Yardım Mərkəzi


*********************************************


Sual - Kimdən: Deyanet Şəhər: Restorandan
12.02.2010 17:45 Salam
Men restoran sahibiyem. Bu gun seher polis shobesinin 2 zabiti restoranin metbexindeki soyudujudan 2 kq yaxin osetrin baligini akt yazib,apardilar.dediler ki ictimai-iase obyektinin soyuducusunda osetrin saxlamaq ve ya satmaq cinayetdir.Bilmek isterdim , bu heqiqeten de cinayetdir ya yox? eyer cinayetdirse , bu cinayetin cezasi nedir ?

Cavab----------------
17.02.2010 13:29 Polisin umumiyyetle ictimai iashe obyektinden her hansi mali goturub aparmaq selahiyyeti yoxdur, hetta akt tertib etmeleri bele qanunsuzdur.

Diger terefden ne Cinayet Mecellesinde, ne de Inzibati Xetalar Mecellesinde baliq , xususen de osetrin baligi saxlamaq yaxud satmagin qadagan olunmasi nezerde tutulmayib, qanunda nezerde tutulmayan her hansi hereketi etmeye gore kimise cezalandira bilmezler. Diger terefden, hetta osetrin baliginin satilmasi yaxud saxlanmasi mesuliyyete sebeb olarsa, bu polisin ishi deyil, bununla aidiyyati qurumlar meshul olmalidir, yalniz onlar zeruri olarsa, hemin baligi musadire ederler, yalniz qanunda nezerde tutuldugu hallarda
Sizin ishle bagli bildirirem ki, polis ishcilerinin bele hereketi qanunsuzdur, onlarin baligi aktlashdiraraq aparmaq selahiyyeti yoxdur.

Fariz Namazli, Media Huququ Institutu, Huquqshunas
XS
SM
MD
LG