Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:07

TİBBİ XİDMƏTLƏ BAĞLI



Sual - Kimdən: İlkin 151

05.08.2010 20:07 Salam. Mən sizin saytın bir fanatıyam siz doğrunu yazdığınız üçün sizə dərin hörmət bəsləyirəm bu gün bu başlıq məni sizə yazmağa vadar etdi ( 5 manatlıq dövlət rüsumuna nə qədər alırlar?..)

Siz deyinki rüsum olmaya olmaya nə qədər alırlar neynirsiz rüsum olanı, mən yeni doğulmuş uşağıma ilkin şəhadətnaməni almaq üçün rayon qeydiyyat şöbəsinə yaxınlaşanda şəhadətnaməni mənə 20 dəqiqəyə hazırlayıb verdilər və bildirdilər ki, 15.00 manat verəcəksən düzü mənim üstümdə o qədər pul yox idi (çünki mənim aylıq maaşım 86.00 manatdır) və mənim dövlət rüsumu haqlarından məlumatım olduğu üçün bildirdimki o qədər pulum yoxdu yeqin siz şirinlik istəyirsiz uşağım olduğu üçün mən sizə 5.00 manat vere bilərəm, həmən saat şəhadətnaməni əlimdən aldılar və dedilər ki, pulu gətir Şəhadətnaməni apar mən tənbəllik etməyib soruşdum ki, 15.00 manat nəyə görə verməliyəm?? Dedi ki, 5.00 manat rüsum, 5.00 manat kopyuterə, 5.00 manatda sənədləri yazana (yəni kərgüzara) , mən dedimki eger bu rüsumdusa banka kecirilməlidir gedim banka kecirimmi? Dedi hə get keçir 14.00 manat rüsumdu 1.00 manatda bankdan alacaqlar və birdə dediki, bu hələ nədiki 20.00 – 25.00 manat olacaq. Mən bilirəm ki, belə bir rüsum yoxdur və mən 15.00 manatın davasını etmirəm amma bilmək istəyirəm bu pul hansı adla rüsum kimi qəbul olunacaqdı??

Mən Səhiyyə Nazirliyinin İnternet ünvanına dəfələrlə sorğu göndərmişəm amma hələdə cavab gelmeyib bilmək istərdim Səhiyyə Nazirliyinin Dövlət Xəstəxanalarında pulsuz xidmət doğum şöbəsinə aid deyilki?? yeni doğulmuş uşağı xəstəxanadan 200 manat pulla həkimlərin əlindən güclə almaq olur.
Məyər dövlət doğum şöbəsində işləyən həkimlərə maaş vermir???

Sizcə ailədə yeganə işləyən ailə başcısı 86.00 manat maaş aldığı halda 114.00 manat pulu hardan tapıb 200.00 manatı tamamlamalıdır???

Üstəlik Xəstəxanada xidmət sıfır, antisanitariya, və birdə növbətçi həkimi evindən minnetle getirmək ki, gəl sən allah uşaq dünyaya gəlir.

“Uşaqlar müstəqil Azərbaycan Respublikasının parlaq gələcəyidir” Ümummilli Lider, HEYDƏR ƏLİYEV

Cavab -----------------
22.08.2010 21:06 Mövcud qanunvericiliyə görə uşağa ilkin şəhadətnamənin verilməsinə rüsum nəzərdə tutulmur. Əgər şəhadətnamənin təkrarı verilsə, onda rüsum nəzərdə tutulur.
Dövlət rüsumunun qəbul edilməsi zamanı bank da həmin məbləğə öz kiçik də olsa, öz faizini götürə bilər.

Səhiyyə Nazirliyinin tabeliyində olan xəstəxanalarda uşağın doğulmasına görə hər hansı xidmətə pul alınması qanunsuzdur. Belə halla üzləşən vətəndaş hüquq-mühafizə orqanlarına müraciət edib belə haqq tələb edənlərin cəzalandırılmasına nail olmalıdır.


******************************************************


Sual
- Kimdən: bena Şəhər: Bakı
23.06.2010 22:24 Sizdən soruşmaq istərdim ki,1,anadan uşaq doğulduğu tibb müəssisəsindən doğum haqqında tibb şəhadətnaməni almaq üçün tələb olunan sənədlər hansılardı? 2.Əgər uşaq rəsmi nigahdan doğulmayan uşaqdırsa tibb müəssisəsi dhtş-nin ata blokunu boş saxlamalıdırmı? 3.Ən geci neçə müddətə şəhadətnamə valideynlərə təqdim olunmalıdır? minnətdaram

Cavab -----
06.07.2010 12:09 Nazirlər Kabinetinin "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın təsdiq edilməsi haqqında 31.10.2003-cü il tarixli qərarına əsasən uşaq anadan olarkən aşağıdakı sənədlər təqdim olunmalıdır:

- valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər;
- valideynlərin nikah haqqında şəhadətnaməsi;
- doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd.
Doğum haqqında məlumat uşağın doğulduğu gündən ən geci 3 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində verilməlidir.

Doğumun dövlət qeydiyyatı haqqında ərizə doğum haqqında məlumatın verilməli olduğu müddət keçdikdən sonra və o, 16 yaşına çatanadək verildikdə doğumun dövlət qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən doğum haqqında akt qeydləri kitabında ümumi qaydalarla ilkin qeydiyyat kimi aparılır, lakin sıra nömrəsindən sonra “Vaxtı keçmiş qeydiyyat” sözləri əlavə edilir. Bu halda ərizəçi uşağın doğulduğu, habelə qeydiyyatda olduğu tibb müəssisələrindən arayış təqdim edir.

Fariz Namazlı - Media Hüququ İnstitutu, hüquqşünas


******************************************************


Sual
- Kimdən: Eminov Zeynal Şəhər: Gəncə
10.02.2010 17:24 Gəncə TSEK-inə əlilliyin müəyyənləşdirilməsi ilə bağlı müraciət etmişəm
Xəstəliyim 3-4 dərəcəli kifoskoliozdur. Mənə 3-cü qrup 1 illik əlillik təyin edilib. Bilmək istəyirəm ki mənə 2-ci qrup və ya 3-cü qrup müddətsiz əlillik
dərəcəsi təyin edilə bilərmi? Cavabınıza görə təşəkkür edirəm

Cavab ------
22.02.2010 16:23 Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamənin təsdiq olunması haqqında Azərbaycan Respublikası NazirlərKabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarının 2.3.16-cı maddəsinə əsasən, üçüncü dərəcəli kiloskolioz xəstəliyində III qrup əlillik müddətsiz təyin olunur.

Amilə Orucova, Hüquqşünas, Hüquqi Yardım Mərkəzi
XS
SM
MD
LG