Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:40

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyət haqqında qısa məlumat


“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti prezident İlham Əliyevin 2004-cü il oktyabrın 23-də imzaladığı sərəncamla yaradılıb. Səhmlərinin 100 faizi dövlətə məxsus olduğundan yanaradığı vaxt Cəmiyyətə İqtisadi İnkişaf Nazirliyi nəzarət edib. 2009-cu il iyulun 21-də 21-də isə prezident Sərəncamla “Aqrolizinq”i Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verib.

“Aqrolizinq”in yaranması zamanı onun qarşısına qoyduğu məqsəd ölkədə kənd təsərrüfatı texnikası çatışmazlığını aradan qaldırması, fermerlərə güzəştli şərtlərlə bu cür texnika və avadanlıqlar verməsi idi. Sonradan prezident 2007, 2008, 2009-cu illərdə verdiyi sərəncamlarla onun funksiyalarını daha da genişləndirib.

Dövlət başçısı 2009-cu il iyulun 21-də Sərəncamla “Aqrolizinq”i Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verib.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara əsasən “Aqrolizinq” dövlət büdcəsi hesabına alınmış texnika və avadanlıqları fiziki və hüquqi şəxslərə dəyərinin 20 faizini qabaqcadan, qalan hissəsini isə 10 il müddətinə qədər (dəyərindən asılı olaraq) ödəmək şərti ilə lizinqə verməlidir.

Cəmiyyət həmçinin gübrələri, damazlıq mal-qaranı, məhsuldar toxum sortlarını da alaraq fermerlərə güzəştli şərtlərlə satmalıdır.

XS
SM
MD
LG