Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:29

Əli Əkbər, Seymur Baycan "Ev qızı"















Ev qızı

Analoqu olmayan,
Muğamından doyulmayan,
Boy-boylayan, soy-soylayan
Azərbaycan oğluyam!

Ay can! Ay can!
Qurbanam sənə Azərbaycan!

Tükənməzdir sərvətin,
Neftin, qazın, südün, ətin,
Daxili və xarici siyasətin.
Ən hündür dirəkdə sallanan,
Küləkdə nazlanan,
Nazlandıqca cırılan
Ay ulduzlu bayrağın,
Ah!
Deyəsən çox oldu bayağı.
Onda düşək aşağı.

Bir sərvətimiz də var ki,
Dünyada yox analoqu!
Məsəlçün Almaniyada, Fransada, İtaliyada.
Həmçinin Yaponiyada, ABŞ-da, Швейцария-da
Qızlar qalıbdır çöllərdə,
Ayaqları da göylərdə,
Yox evləri-eşikləri,
Meşədə azıb pişikləri.
El qızıdır adı bu fahişələrin.

Yalnız Azərbaycandadır,
Namus, qeyrət ulduzu
Ciddi, qəmgin ev qızı!

Ay ev qızı, ev qızı
Ay ev qızı, ev qızı
Məhləmizdə bir quyu var əmiqızı,
İçməyə sərin suyu var əmiqızı.

Ev qızı ismətlidir,
Ev qızı abırlıdır,
Ev qızı həyalıdır,
Bəzən ifrat qıllıdır,
Bəzən də çox bığlıdır.
Ağıllı, kamallıdır.
Nazlıdır, vəfalıdır
Dönər kimi dadlıdır,
Piti kimi yağlıdır,
Şəkərlidir, ballıdır,
Yanaqları xallıdır,
Qaşları kamanlıdır,
Qulaqları qanlıdır,
Ürəyi yamaqlıdır,
Fikri də serialdadır.

Ay ev qızı, ev qızı
Ay ev qızı, ev qızı
Məhləmizdə bir quyu var əmiqızı,
İçməyə sərin suyu var əmiqızı.

Gözləri yollardadır,
Elçi sorağındadır.
Prokurordan, müstəntiqdən,
Bankirdən, biznesmendən
Kim döyəcək qapısını?
Müğənnimi, aparıcımı?
İdmançımı, YAP-çımı?
Kim olacaq qisməti?
Bununla da reallaşsın elimizin adəti!
Sarı Gəlin şadlıq evinin həyəti.
Bir məhəbbət rəvayəti.
Doğub tökmək, polis böyütmək,
Yaltaq ürətmək, səməni cücərtmək
Yazılıbdır alnına,
Qurbanam kamalına,
Çəhrayı paltarına.

Hanı mitinqdə adam döyən ərənlər?
Dünya mənim deyənlər,
Hökuməti sevənlər?
Gözləyir yolunuzu halalca süd əmmiş,
Gözəl-göyçək gəlinlər.

Qızlar əl-ələ verin,
Toydur, əl-ələ verin.
Çox rəqs edin, ərə gedin.

Abırlı, ismətlidir
Yurdumun ev qızları
İndidən ağbirçəkdir,
Dərilməmiş çiçəkdir,
Qoxlanmamış ləçəkdir,
Nazlı, qəmgin ev qızları.
Əritməyin siz buzları.
Dərin yeyin ulduzları,
Ev qızları.
Ev qızları.

Məhləmizdə bir quyu var əmiqızı,
İçməyə sərin suyu var əmiqızı.

Əli Əkbər
Seymur Baycan
http://alekper-aliyev.livejournal.com/17052.html

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG