Keçid linkləri

Təcili xəbərlər

Beynəlxalq Müəllimlər Günüdür


Oktyabrın 5-i beynəlxalq müəllimlər günü kimi qeyd olunur. Bu günün tarixi 1994-cü ildən başlayır. Bu günün qeyd olunmasında məqsəd müəllimlər üçün dəstəyin səfərbər edilməsidir və gələcək nəsillərin ehtiyaclarının müəllimlər olduğu fikrini aşılamaqdır.

YUNESKO-ya görə, Dünya Müəllimlər Günü müəllimlərə təhsil və inkişaf üçün təşəkkür əlaməti nümayiş etdirir.

Beynəlxalq Təhsil Federasiyası hesab edir ki, bu gün beynəlxalq səviyyədə tanınmalı və qeyd edilməlidir. Federasiya və ona üzv 401 təşkilat Dünya Müəllimlər Gününün tanıtımında xeyli səy göstərib.

Müəlliç günü ilə bağlı prezident İlham ƏIiyevin sərəncamına əsasən, təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycanda bir qrup təhsil işçisinə "Əməkdar müəllim" fəxri adı verilib.

Gənclər üçün Təhsil Mərkəzi də bu münasibətlə “Mənim ilk müəllimim haradadır?” aksiyası təşkil edib. GTM-in Füzuli rayonunda yaratdığı “Şagird İnkişaf Komitəsi”nin keçirdiyi bu aksiyanın əsas məqsədi regionlarda müəllimlik peşəsinə hörmətin təşviq edilməsi və təhsil alıb bitirdikdən sonra müəllimlərin unudulmasının qarşısını almaqdır.
XS
SM
MD
LG