Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:41
Dekabrın 24-ü - Azərbaycan prezidentinin anadan olduğu gün Bakıya yeni su kəməri işə düşəcək.
Bunu hökumətdəki mənbələr EurasiaNet.org-a deyiblər.

İNDİKİ VƏZİYYƏT

Azərbaycanın nefti, deyəsən, içməli suyundan çoxdur.

“Azərbaycan əhalisinin yarıdan çoxunun içməli siya daimi çıxışı yoxdur. “

“Bakıda suyun miqdarı problemi var, regionlarda problem suyun keyfiyyətidir.”

Bunları yazan Eurasia View xatırladır ki, Bakı suyu Kürdən və Ceyranbatan su anbarından alır. Ancaq Bakının sürətlə artan əhalisini su ilə təmin etməyə bu iki mənbənin gücü çatmır.

“Azərsu” da işləmiş iqtisadçı Natiq Cəfərli deyir ki, Bakı əhalisinin 87 faizi suyu rasionla alır.
Bunlardan təxminən yarısının suyu gündə 7 saat gəlir – səhər 3 saat, axşam 4 saat.
Qalan yarısının isə suyu sutkada cəmi 4 saatdır.

BELƏ VƏZİYYƏT NƏDƏN YARANIB?

Natiq Cəfərli: “Bakının sovet dövründə qurulan infrastrukturu 2000-ci ilə Bakı əhalisinin 1,5 milyon olacağına əsaslanırdı. Buna görə də indi 3,5 milyon əhalini sutkada 24 saat su ilə təchiz etmək mümkün deyil.”

Bakıda su ilə bağlı bu vəziyyəti düzəltmək üçün Oğuzdan Bakıya 870 milyon manatlıq, təxminən 1 milyard 100 milyon dollarlıq su kəməri çəkilir.

Prezidentin 49-cu ad gününə açılışı gözlənilən kəmər məhz bu kəmərdir.

Natiq Cəfərli: “Əgər kəmər tam gücü ilə işləsə, Bakıdakı bütün evlərə sutkada 12 saat su gələcək”.

Ancaq bu kəməri qiymət baxımından ciddi tənqid edənlər var.
Milli Büdcə Qrupu kəmərin qiymətinin göyə qaldırıldığını bildirir.

Xərcləri Dövlət Neft Fondundan maliyyələşən kəmərin qiyməti 2008-ci ildən bəri iki dəfə qalxıb.
Kəməri tikənlər kəmərin bahalanmasını işığın və tikinti materiallarının bahalaşması ilə izah edir.

SU VƏ KORRUPSİYA

Azərbaycanın su problemini öyrənən İqtisadi Təşəbbüslərə Yardım adlı qeyri-hökumət təşkilatının rəhbəri Azər Mehdiyev deyir ki, Bakıya su verilməsi problemin bir tərəfidir, əsas problemlərdən biri də su itkisidir.

Su itkisi nə qədərdir? – sualına Azər Mehdiyevin cavabı budur ki, korrupsiyaya və mövcud boruların vəziyyətinə görə Bakıya verilən suyun 30 faizi itirilir.

BAKIDAN QIRAQDA

Azərbaycanın regionlarında problem suyun keyfiyyətindədir.
Hərçənd suya çıxış da problemdir.

BMT-nin məlumatına görə, Azərbaycan kəndlərində evlərin cəmi 19 faizinin həyətində su var.

Azər Mehdiyev deyir ki, içməli siya çıxışın milli strategiyası olmadığına görə, kənd əhalisi məcburdur su problemini özü həll edə.

Respublika Qiqiyena və Epidemiologiya Mərkəzinin direktoru Leyla Tağıyeva deyir ki, suyun keyfiyyəti daima yoxlanılır və su ilə bağlı ciddi problem yoxdur.

Ancaq 27 yaşlı Quba sakini Emin Kərimov isə EurasiaView-a bildirir ki, “krandan gələn su çox vaxt sarı rəngdə olur və ondan iy gəlir, elə bil ki, o, su kəmərindən yox, sanitariya sistemindən gəlir”.

Beynəlxalq Təşkilatlar 2007-ci ildən bəri regionlarda su təmizləyən 80 zavodun qurulmasına 12 milyon dollar veriblər.
Azərbaycan hökuməti də son il yarımda oxşar layihələrə 1 milyon manat xərcləyib.

Bakının və regionların su probleminin həllində addımlar atılır. Bunu danmaq olmaz, ancaq yəqin ki, bir problem də bu işlərin miyqasında və sürətindədir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG