Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:41
“Sentyabrın 11-də cəbhənin şimal-qərb istiqamətində bir neçə nəfərdən ibarət olan erməni təxribat qrupunun qarşısı alınarkən kəşfiyyatçıya aid olan bir sıra ləvazimatlarla birlikdə yaxalanan Manvel Mamikonoviç oktyabrın 5-də gecə saat 3-də intihar edib”.

Bu haqda Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğu mətbuat xidmətlərinin birgə məlumatında deyilir. Məlumatda deyilir ki, fakt üzrə Bakı Hərbi Prokurorluğunun əməkdaşları, məhkəmə tibb eksperti və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış və meyidin xarici müayinəsi keçirilib:

“Bu zaman müəyyən olunub ki, M.Sarıbekyan müvəqqəti saxlama yerində köynəyi ilə yataq mələfəsini bir-birinə düyünləyərək özünü asıb. Prokuror kriminalistin, məhkəmə tibb ekspertinin və hal şahidlərinin iştirakı ilə meyidin xarici müayinəsi zamanı M.Sarıbekyanın boyun nahiyəsində özünü asmağa tam xarakterik olan stranqulyasiya şırımı aşkar edilib”.

Məlumatda deyilir ki, məhkəmə tibb ekspertinin ilkin rəyinə əsasən onun bədən səthində başqa heç bir xəsarət izi və ya zorakılıq əlamətləri aşkar olunmayıb:

“Araşdırma üzrə məhkəmə tibbi, məhkəmə trassoloji, məhkəmə kriminalisti və fiziki-kimyəvi ekspertizası təyin olunub. Hazırda fakt üzrə araşdırma aparılır və nəticəyə uyğun da qərar qəbul ediləcək”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG