Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:42

Faktaraşdırıcı missiya işə başlayır


Oktyabrın 5-də ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfəri başlayıb.

Vasitəçilər bu dəfə münaqişə tərəfləri ilə danışıqlardan əlavə Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş rayonlarda müşahidələr apararaq faktaraşdırıcı missiya da yerinə yetirəcəklər.

Bu gün missiya xarici işlər naziri Elmar Məmmədyarov, daha sonra nazirliyin ekspertləri, həmçinin Qarabağ icmasının üzvləri ilə görüşəcəklər. Sabah isə onların prezident İlham Əliyevlə görüşü nəzərdə tutulur.

Faktaraşdırıcı missiya Azərbaycandan sonra Yerevana, ordan isə Xankəndinə gedəcək. Səfər oktyabrın 13-14-dək davam edəcək.

Səfər zamanı Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşmalarla bağlı məlumatları araşdırır. Regionda həyata keçirilən əvvəlki faktaraşdırıcı missiya 2005-ci ilin fevral ayında baş tutub.

Günün bütün mövzuları

XS
SM
MD
LG