Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:56
«Avropanın gələcəyi onun bütövləşməsində, dövlətlərin bir-birinə daha artıq yaxınlaşmasında, sərhədlərin daha şəffaf olmasındadır. Amma bu yaxınlaşmanın təməl şərtlərindən ilkini dövlətlərin bir-birinin ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmətlə yanaşmasıdır. Avropa Şurasına üzv dövlətlər arasında həmin ali prinsipi nümayşkaranə şəkildə pozan dövlətlər varsa, bu, Avropanın gələcəyinə açıq qəsd deyilmi? Nazirlər Komitəsi belə arzuolunmaz vəziyyəti aradan qaldırmaq üçün öz səlahiyyətləri çərçivəsində hansı qəti addımlar ata bilər?»

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov assambleya sədrinə bu sualı ünvanlayıb.

AŞPA Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Makedoniyanın xarici işlər naziri Antonio Miloşoskin isə sualla bağlı bildirib ki, dövlətlərin ərazi bütövlüyü Avropa Şurası üçün ən ali prinsipdir:

«Bu baxımdan Avropa Şurası həmin prinsipin istər üzv dövlətlər arasında, istərsə də ümumiyyətlə dünyada tam bərqərar olmasının tərəfdarıdır. Biz Şura üzvlərinin birinin digərinin ərazisini hər hansı şəkildə zəbt etməsi, ərazi bütövlüyünü, sərhəd toxunulmazlığını pozmasını heç vəchlə qəbul etmirik. Dağlıq Qarabağ münaqişəsi Avropa Şurasının daim diqqət mərkəzində olan məsələdir. Biz bu problemin diplomatik vasitələrlə, sülh yolu ilə həllinin tərəfdarıyıq. Amma bu istiqamətdə irəliləyişlər də vardır. Bu irəliləyişlər böyük deyil, addım-addımdır. Amma əsas odur ki, bu proses var və biz arzu edirik ki, Ermənistan-Azərbaycan münaqişəsi öz müsbət həllini tapsın».
Qənirə Paşayeva


Nümayəndə heyətinin digər üzvü Qənirə Paşayeva sədrə ünvanladığı sualda deyib:

«Avropa Şurasının üzvü olan Ermənistan 17 ildən artıqdır ki, digər üzv dövlətin - Azərbaycanın 20 faizdən artıq ərazisini zəbt etmiş, bir milyondan çox azərbaycanlını öz doğma torpaqlarından didərgin salmışdır. Qaçqın və köçkün vəziyyətində yaşayan bu insanların hüquqları pozulmuşdur. Avropa Şurası bu istiqamətdə hansı konkret addımlar ata bilər ki, problem tez həll edilsin?»

Nazirlər Komitəsinin sədrinin suala cavabı belə olub: «Biz sizin bu məsələyə həssaslığınızı başa düşürük. Nazirlər Komitəsi dəfələrlə bu məsələni qaldırmışdır. Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə xüsusi mandatı olan ATƏT-in Minsk qrupu məşğul olur. Biz də öz tərəfimizdən maraqlıyıq ki, problem sülh yolu ilə həll olunsun. Nazirlər Komitəsi də öz imkanları çərçivəsində münaqişənin tezliklə həll edilməsi töhfəsini verməyə hazırdır.

AŞPA-nın sessiyası oktyabrın 5-də öz işini davam etdirəcək./ANSPRESS/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG