Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:31

Şimal Axını məhkəməyə verilir


Finlandiya və Estoniyada ətraf mühit fəalları Rusiyadan Avropaya qaz nəqli üçün nəzərdə tutulan Şimal Axını kəməri layihəsini Finlandiya Ali Məhkəməsinə veriblər. Yerli məhkəmələr onların bu iddialarına baxmaqdan imtina etmişdi.

Rusiyadan ildə 55 milyard kub metr qazı Baltik dənizinin altı ilə Almaniyaya çatdıracaq bu kəmərin tikintisi üçün artıq dənizin dibində hazırlıq işlərinə başlanıb.

Kəməri onun keçəcəyi bütün ölkələr – Rusiya, Finlandiya, İsveç, Danimarka və Almaniya artıq təsdiqləyib.

Kəməri Rusiyanın qaz nəhəngi Qazpromla Almaniyanın E.On Ruhrgas və BASF-Wintershall şirkətləri tikir.

Günün bütün mövzuları

XS
SM
MD
LG