Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:28

Jurnalistlər polisi məhkəməyə verdi


«Yeni Müsavat» qəzetinin reportyoru Elmin Bədəlov və «Milli Yol» qəzetinin əməkdaşı Anar Cəraylı oktyabrın 4-də Xəzər rayon polis idarəsini məhkəməyə veriblər.

Jurnalistlər hesab edirlər ki, polis onların şikayətini düzgün araşdırmayıb. Bu barədə AzadlıqRadiosuna Elmin Bədəlov məlumat verib:

“Xəzər rayon polis idarəsinin araşdırmasını qanunsuz hesab etdiyimiz üçün ve cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı məhkəməyə şikayət vermişık. Biz Şüvəlanda reportaj hazırlayarkən döyüldüyümüzü israr etdiyimiz halda Xəzər rayon polis idarəsi üzərimizdəki xəsarətlərin səbəbini başqa cür dəyərləndirirdi”.

Elmin Bədəlov əslində Azərbaycan məhkəmələrindən ədalətli qərar gözləmədiklərini və bu addımın Avropa İnsan Haqları Məhkəməsinə hazırlıq olduğunu bildirir.

Daxili İşlər Naxzirliyi mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadı isə Azadlıq Radiosuna deyib ki, polis öz vəzifəsini qanuna müvafiq qaydada icra edir.

“İnanmıram ki, bu iddialar əsaslı olsun. Bununla belə məhkəməyə müraciət etmək hər kəsin haqqıdır. Amma əgər jurnalistlərin dediyi kimidisə, onlar məhkəmədən əvvəl baş polis idarəsinə, və nazirliyin müvafiq idarələrinə müraciət etsəydilər bu işin xeyirinə olardı. Yeni məsələ daxili instansiyalarda aydınlaşardı və məhkəməyə ehtiyac qalmazdı”.

İyulun 28-də «Yeni Müsavat» qəzetinin reportyoru Elmin Bədəlovla «Milli Yol» qəzetinin əməkdaşı Anar Gəraylı Şüvəlandakı «varlılar məhəlləsi» deyilən ərazidə birgə reportaj hazırlayarkən döyülüblər.

Jurnalistlərin dediyinə görə, mobil telefonları əllərindən alınaraq onlara üç saata yaxın işgəncə veriblər. «Yeni Müsavat» qəzetinə məxsus fotoaparatın kartı sındırılıb. Elmin Bədəlova müxtəlif dərəcəli xəsarətlər yetirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG