Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:30

Merkel müsəlmanları ölkənin dəyərlərinə əməl etməyə çağırır


Almaniya kansleri Angela Merkel oktyabrın 4-də ölkəsində yaşayan müsəlmanları “fundamental alman dəyərlərinə” əməl etməyə çağırıb.

Bu barədə o, tərəfdarlarından birinin yazdığı kitabın təqdimat mərasimində bildirib. Həmin kitabda qeyd edilir ki, almanlar islamı qadınla kişilər arasında qeyri-bəravərlik, namus qətlləri kimi şəriət qaydaları ilə başa düşürlər.

Angela Merkel deyib ki, onun ölkəsində yaşayan müsəlmanlar özlərini Almaniyanın fundamental dəyərləri və Konstitutsiyası ilə üz-üzə qoymamadırlar.

Almaniya prezidenti Christian Wulff ölkənin birləşməsi münasibətilə oktyabrın 3-də çıxışında bildirib ki, insanların hansısa ön yarğılarla ayrı-seçkilikdən qorumaq Almaniyanın milli maraqlarına daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG