Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:02
Oktyabrın 4-də Avropa Şurası Parlament Assambleyasının payız sessiyası öz işinə başlayır. Oktyabırn 8-dək davam edəcək sessiya zamanı Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Avropada milli təhlükəsizlik, ekstremizmlə mübarizə, insan haqları və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Milli Məclisin mətbuat xidmətinin yaydığı məlumata görə, sessiyada deputat Rafael Hüseynovun «Səs və işıq ifratları» adlı məruzəsi dinləniləcək.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Azərbaycanın AŞP A-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat payız sessiyasında iştirak etmək üçün artıq Strasburqdadırlar.

Sessiyada həmçinin Avropa Şurası İnkişaf Bankının strategiyası, Ukraynada demokratik təsisatların fəaliyyəti, Moldovada konstitusional referendumun nəticələri barədə də fikir mübadiləsi aparılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG