Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:11
11 saylı Qaradağ Seçki Dairəsindən namizədliyini irəli sürən Klassik Xalq Cəbhəsi partiyasının üzvü (KXCP) Bəybala Əbilin namizədliyi qeydiyyata alınmamış onun fotoları və platforması rayonun Qızıldaş qəsəbəsində divarlara yapışdırılıb. Bu barədə AzadlıqRadiosuna partiyanın mətbuat xidmətinin rəhbəri Xəzər Teyyublu məlumat verib.

Xəzər Teyyublu deyir ki, KXCP və onun daxil olduğu Demokratiya Uğrunda İttifaq (Klassik Xalq Cəbhəsi Partiyası, Böyük Azərbaycan Partiyası, Xalq Partiyası, Azadlıq Partiyası) baş verənlərlə bağlı bəyanat yayıb. Həmin bəyanatda deyilir ki, bu, Bəybala Əbilə qarşı təxribatdır və onun namizədliyinin qeydə alınmasının qarşısını almağa yönəlib. Oktyabrın 4-ü saat 11-də Dairə seçki Komissiyasında onun namizədliyinin qeydə alınması məsələsinə baxılacaq.

Xəzər Teyyublu deyir ki, onlar bu addımın kim tərəfindən atıldığını müəyyənləşdirə bilməyiblər.

Xəzər Teyyubluya görə, burda əsas məqsəd odur ki, vaxtından əvvəl təbliğat apardığı əsas gətirilib iddialının namizədliyi qeydə alınmasın.

Bəybala Əbil özü bunu 2005-ci il parlament seçkilərində ora qarşı yaradılan problemlərin təkrarı hesab edir. O, bu işdə icra strukturlarını günahkar sayır.
Belə ki. həmin vaxt seçicilərə pul payladığı əsas gətirilərək seçkiyə üç qalmış onun namizədliyini ləğv edilib. Daha sonra həmin dairədən Murtuz Ələsgərov deputat seçilib.

Bəybala Əbil baş verənləri seçki pozuntusu hesab edərək Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib və hazırda məhkəmənin qərarını gözləyir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG