Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:33

NOTARİUSLARDA XİDMƏTƏ DAİR


Sual:
Kimdən: HUSEYNAGA Şəhər: ASTARA
Kimdən: Bəhrəmov Hüseynağa İ.o Şəhər: Astara rayonu Şahağacı k
Hörmətli vəkil! Mənim həyat yoldaşımın adına 1998-ci ildə 25 ha torpaq sahəsi Dövlət Asudə fondundan fermer təsərrüfatı yaratmaq üçün ayrılmışdır. Müfafiq olaraq Dövlət aktı verilmişdir. Dövlət aktında qeyd edilir ki -Daimi istifadə üçün-
verilir. Mənim həyat yoldaşım rəhmətə gedib, torpağı öz adıma vərəsə kimi sənədləşdirmək istəyirəm. Mənə bildirdilər ki vərəsəliyi təsdiq təsdiq edən məktub notariusdan götürməliyəm. Mən bütün müvafiq sənədləri notariusa təqdim etsəm də , notarius bildirir ki, Dövlət aktında torpaq mülkiyyətə verilməyib , daimi istifadəyə verildiyi üçün vərəsəlik məktubu verə bilməyəcəyəm, ona görə də torpağın istifadəyə görə sənədləşməsini rayon İcra hakimiyətində aparmalisan. Sizdən xahiş edirəm ki notariusun haqli olub-olmamasına hüquqi qiymət verəsiniz. Qabaqcadan sizə öz təşəkkürümü bildirirəm.

Cavab:
Kimdən: Fariz Namazlı Şəhər: Bakı
Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə AR Nazirlər kabinetinin 11 sentyabr 2000-ci il tarixli qərarının 114-cü bəndinə görə, mmlakın tərkibinə yaşayış evi, mənzil, bağ, bağ evi, qaraj, qeyri-yaşayış sahəsi, torpaq sahəsi, digər daşınmaz əmlak, nəqliyyat vasitəsi və digər əmlak daxildirsə, notarius bu əmlakın ər-arvada məxsus olmasını yoxlayır. Bu məqsədlə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı orqanından arayış tələb edir.
Təlimatdan da görünür ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyat orqanında əgər vərəsəlik qaydasında keçən əmlaka dair hüquqlar qeydə alınmayıbsa, notariusun imtinası haqlıdır.


Sual
: - Kimdən: Akif Şəhər: Bakı
27.06.2010 11:36 Mənim dostum Bakının Nizami rayonu ərazisində yerləşən "Bakı Qazan-mexaniki zavodunda" işləyən zaman orada mənzil növbəsinə dayanmışdı. SSRİ dağıldıqdan sonra həmin müəssisə Səhmdar Cəmiyyət oldu və bir neçə ildən sonra ləğv oldu. Mənzil növbəsini dostuma qeydiyyatda olduğu Nizami rayon icra hakiyyətinə keçirməyi təklif etdim. O mənzil-uçot sənədlərini ləğv olmuş SC həmkarlar təşkilatından götürərərk İH təqdim etdi. Lakin orada sənədləri qəbul etməkdən imtina etdilər. Orada ona bildirdilər ki, sənədləri SC möhürü ilə təsdiq etməlidir. SC isə ləğv olub. Belə absurd vəziyyətdə hansı çıxış yolu vardır.

Cavab: - Kimdən: Elton Quliyev - vəkil
10.07.2010 21:09 14 oktyabr 1983-cü ildə Az.SSR Nazirlər Komitəsinin qərarı ilə tənzim edilir. Bu normativ sənədə görə mənzil şəraitinin yaxşılaşdırılması übün harada, iıra hakimiyyəti orqanlarında, yaxud iş yerlərində uçota durmasından asılı olmayaraq ayrılan mənzillərə orderlər yerli hakimiyyət orqanları tərəfindən verilir. Ona görə də uçota duranların siyahısının bir nüsxəsi həm də bu orqanlara verilirdi. Bünki həmin qərar hakimiyyət orqanlarına uçota alma prosesinə nəzarət etmək vəzifəsini təsbit edir.

Qərarda eləcə də müəsssisə və ya təşkilatın ləöv edildiyi hallarda uçota duran şəxslərin növbəliliyi saxlanmaqla, yəni uçota durma tarixi dəyişdirilmədən işə qəbul edildiyi yeni müəssisə mənzil fonduna malikdirsə orada, malik deyilsə yerli hakimiyyət orqanında uçotda saxlanmaları nəzərdə tutulur. Uçota duran şəxslər uçot kitabına salınır. Uçot kitabı isə ciddi hesabat sənədi kimi saxlanılır. Hətta kitabda göstərilən şəxslərə ev verildikdən sonra uçot kitabı 10 il saxlanılmalıdır.

Ona görə də dostunuzun ubota bərpa olunması mümkündür. Sadəcə bu sənədləri tapıb onlardan çıxarışlar əldə etmək lazımdı. İıra hakimiyyətində mıhürsüz sənədin qəbulundan imtina eedilməsinə gəldikdə isə, burada qanunsuz heç nə yoxdu. Bu cür sənədlər tələb olunan şəkildə tərtib edilməlidir.



*******************************************************


Sual - Kimdən: Akif Şəhər: Bakı
27.06.2010 11:20 Bütün Notariat Kontorlarında dövlət rüsumu tarifdən qat-qat çox alınır. Bunu hamı bilir və istənilən vaxt yoxlamaq da olar. Lakin dövlət rüsumundan əlavə Notariat Kontorları Ədliyyə Naziri Fikrət Məmmədovun əmri əsasında hər bir notariat hərəkətinə görə vətəndaşlardan xidmət haqqı adlanan əlavə rüsum da tələb edirlər. 1 saylı mərkəzi dövlət notariat kontorunda mən soruıdum ki, xidmət haqqı adı ilə əlavə alınan rüsum dövlət tarif şurası tərəfindən təsdiq olunubmu, mənə cavab verə bilmədilər.

Əlavə xidmət haqqı adı ilə demək olar ki, bütün dövlət və qeyri-dövlət təşkilatlarında rüsum alınır.
Xahiş edirəm bu qanunudurmu? Cavab

Cavab - Kimdən: Elton Quliyev - vəkil
10.07.2010 21:10 Dövlət qurumlarında da, özəl təşkilatlarda da pul dövriyyəsi ciddi uçota alınır. Hər ıür pul vermə və ya alma müvafiq mühasibat sənədlərində əks etdirilir. Sizdən pul tələb edərkən bunun qanunauyğunluğunu bilmək üçün Sizə ödəmənin rəsmiləşdirildiyi kassa mədaxil orderini, ya da adi kassa çekini və həmin sənəddə ödəmənin adını geyd etməyi tələb etmək kifayətdi. Əgər sizə bu sənədləri versələr, deməli, ödəmə qanunamüvafiqdi, yox, deməli əksinədir.

Ədliyyə Nazirliyinin idarə rəisi Mehman Sultanov:

- Qanunda dəyişikliklər Azərbaycan prezidentinin fərmanı əsasında edilir, Ədliyyə nazirinin göstərişi ilə yox.

Respublika ərazisinin hər yerində fəaliyyət göstərən notariat kontorunun ən görünın yerində dövlət rüsumunun dərəcələri haqqında lövhə asılıb. Eyni zamanda da Notariat və Dövlət rüsumları haqqında qanunlarda dəyişiklilər edilməsi barədə Azərbaycan prezidentinin 16.01.2009-cu il tarixli fərmanı olub. Həmin fərmanla notariat haqqında və dövlət rüsumu haqqında qanunlarda dəyişikliklər edilib. Bu dəyişikliyə görə notariat xidmətlərinə görə haqq tutulur. Qanunla bəzi əməliyyatlar üzrə haqq tutulan dövlət rüsumunun 15 faizi qədərdir, bəzilərində başqa. Bunlar qanunda göstərilib. Bu barədə məlumatlar da notariusların divarlarından asılıb.


******************************************************



Sual - Kimdən: MEHMAN Şəhər: AĞSTAFA
09.05.2010 00:29 1992-ci ildə əri ölmüş arvad üç 18 yaşdan böyük övladlarının razılığı ilə yaşadıqları evi öz adına keçirmək məqsədi ilə vərəsəlik şəhadətnaməsi almaq üçün natariusda hansı məbləğdə rüsum ödəməlidir?

Cavab - Kimdən: Mehman Sultanov Şəhər: Ədliyyə Nazirliyi
10.07.2010 21:35 Notarius ona vərəsəlik hüququ haqqında Şəhadətnamə verməlidir. Bunun üçün dövlət rüsumu üç manatdır.

Əgər hər birinə ayrı-ayrılıqda şəhadətnamə verilsəydi, hər şəhadətnaməyə görə üç manat dövlət rüsumu tutulacaqdı.


******************************************************


Sual - Kimdən: Asya Şəhər: Baki
19.02.2010 23:12 Salam.Menim öz adima sexsi mulkum var.Lakin övladim olmadigi ucun, evi 16 yashinda olan qardashim qizinin adina natariusda vesiyyetname ile vermek isteyirem. Bakida natariuslar bunu etmirler.Deyirler ushaq balacadir.Birde menden 2 nömreli ve. s senedler teleb edirler.Menim fikirimce vesiyyatname vermek burada yash heddi hesablanmir.Ushaq nece yashindadirsa.2-ci sual. Hemin 16 yashinda ushaq hemin evde qeydiyyatdadir. Anasi,bacisi da hemin evde qeydiyyatdadir.Natarius teleb edir orda olan qeydiyyatda anasi ve bacilarininda raziliqi olmalidir.Mulkuyyet sahibi menem ev menimdir.Ne ucun qeydiyyatda olan sexsler buna icaze vermelidir.

Onlarin evi olmadigi ucun men onlari qeydiyyata göturmushem.Men ise vesiyyatnameni qardashim qizinin adina vermek isteyirem,men ölenden sonra ev onun adina yazilsin.Xahish edirem qanun neyi teleb edir,cavab veresiniz.

Cavab - Kimdən: Günel Əbdürəhimova (Hüquqşünas, Hüquqi Yardım Mərkəzi)
26.02.2010 19:33 1-ci sualınıza dair qeyd edə bilərim ki, notariusların qeyd etdikləri səbəb tamamilə qanunsuz və əsassızdır. Vərəsə olan şəxslərə dair heç bir yaş məhdudiyyəti yoxdur. Belə ki, Mülki Məcəlləninin 1134.2-ci maddəsinə görə, vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olamdığına, habelə hüquqi şəxslər olub olmadığına baxmayaraq, ola bilərlər.
2-ci sualınıza cavab olaraq bildirirəm ki, siz qeyd etdiyiniz kimi mülkiyyətçinin qeydiyyatda olan şəxslərdən razılıq alması bir az absurd olsa da, ancaq qanunda belə bir şey var. Belə ki, Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 71-ci bəndinə əsasən, əgər vəsiyyət edən özəlləşdirilmiş mənzili vəsiyyət edirsə, o zaman notarius bu mənzildə qeydiyyatda olan ailə üzvləri haqqında arayış (forma 2- G.Ə.) tələb edir və mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin yazılı razılığını tələb edir.
XS
SM
MD
LG