Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:06

Dünyanı Amerika idarə etsin?


Robert Kagan Brukinqs İnstitutunun xüsusi əməkdaşı, «The Washington Post» üçün aylıq köşə yazarı

Obamanın demək olar ki, iki illik prezidentliyi dövründə hökumətin xarici siyasətində gözə çarpan dəyişikliklər var.

Əgər birinci mərhələnin əsas hədəfi hamıya, xüsusən də rəqiblərə dostyana münasibət göstərməklə dünyada Amerikanın imicini qaydaya salmaq idisə, ikinci mərhələ Amerikanın yeni təsirə sahiblənməsi haqqında olacaq. Bu bəzilərinə meydan oxumaq, bəzilərini isə məyus etmək olsa belə.

AMERİKANIN MARAQLARI...


Əgər birinci mərhələ böyük qüvvələrlə, xüsusən də Rusiya və Çinlə münasibətlərin yenidən qurulmasına yönəlmişdisə, ikinci mərhələ yenidənqurmanın sərhədlərini müəyyən edəcək və razılaşmadığımız məqamlarda daha sərt addımlara səbəb olacaq.

Əgər birinci mərhələ daha çox güclü əməkdaşlığa və «G-20»-nin(«The Group of Twenty») anlaşılmaz mahiyyətinə əhəmiyyət verirdisə, ikinci mərhələ ABŞ-ın əsas müttəfiqləri ilə demokratik ölkələr arasında yaradılacaq.

Əgər birinci mərhələ Buş kimi olmamağa yönəlik idisə, ikinci mərhələdə vaxtilə Corc Buşun etdiyi kimi, Amerikanın milli maraqları və prinsipləri izləniləcək.

Təbii ki, bunlar fərziyədir. Amma dəyişiklik sübutlardan boldur.

ABŞ KİMLƏ DOSTLUQ EDİR?


Müttəfiqlər geri dönür - Dövlət katibi Hilari Klintonun bir müddət əvvəl Xarici Əlaqələr Şurasında etdiyi çıxışını, keçən yaydakı nitqi ilə müqayisə edək. Onun 2009-cu ildəki çıxışı beynəlxalq münasibətlər professorunun fantaziyası kimi səsləndi: o, gücdən ağılla istifadə etməklə birgə fəaliyyət problemlərini həll etmək barədə danışdı. Rusiya, Çin, Braziliya və digərləri ilə münasibətləri vurğulayarkən, o, köhnə demokratik müttəfiqlərin üstündən sezilməz bir paraqrafla keçdi. Bu il isə beynəlxalq münasibətlər jarqonu aradan çıxdı; Rusiya və Çin əməkdaşlıq üçün avtoritar ölkə kimi seçilməyə başladı. Klinton Avropa, Şimali Amerika və Asiyada «bizim ən yaxın müttəfiqlərimiz bizim əsas dəyər və maraqlarımızı bölüşən dövlətlər»lə münasibətlərin tərifinə 10 abzas həsr etdi.

Bu, sadəcə ritorik deyil. Prezident administrasiyası Şərqi Asiyada Çini «strateji arxayınlıq»la təmin etmək kimi anlaşılmaz ideyasını konkret siyasətə dəyişdi. Belə ki, ABŞ əməkdaş və müttəfiqlərini Çinin artan hərbi təzyiqindən müdafiə edəcək.

İyulda Klintonun Çinin Cənubi Çin Dənizində üstünlük əldə etmə cəhdlərinə qarşı Hanoidəki sərt bəyanatlarının arıdınca, prezident Obama Cənub-Şərqi Asiya liderləri ilə görüşdü.

Yaponiya və Cənubi Koreya ilə münasibətlər yaxşılaşıb. Əslində, Pekininin bu yaxınlaradək etdiyi zorbalıq onun sinirli qonşularını Amerikanın əlinə verdi. Ancaq Klinton və dövlət katibi Kurt Campbell də kartlarını yaxşı oynadı. Və hazırda ABŞ ilə Şərqi Asiya münasibətləri Buşun hakimiyyət illərindəkinə nisbətən yaxşıdır.

Demokratiya geri dönür - Bir il əvvəl kim inanardı ki, Obama BMT-dəki demək olar ki üçüncü çıxışını demokratiyaya həsr edəcək və ya «azadlıq» və «despotizm» kimi sözlərdən istifadə edəcək?

DÜNYA AMERİKANIN TƏKCƏ İŞTİRAK ETMƏSİNİ DEYİL, HƏM DƏ İDARƏ ETMƏSİNİ İSTƏYİR


İyulda Krakovda Klinton Çin, Rusiya və Misirin timsalında «sivil cəmiyyəti və insan ruhunu yavaş-yavaş məhv edən» avtoritar ölkələri tənqid etdi. Tənqidçilər bildirir ki, indiyədək Amerika hökumətinin ritorikası fəaliyyətini qabaqlayır. Eyni qeydi Ronald Reyqan və Corc Buş administrasiyası üçün də demək olar. Şübhə var ki, yeni ritorika sərt siyasətlə vaxtında ayaqlaşacaq.

Amerika geri dönür - Bir il əvvəl söhbət post-amerika dünyasından gedirdi. Bu gün rəsmilər çox optimistdir. Klinton «Yeni Amerika anı» haqqında danışır və inanır ki «Qlobal liderlik» üçün «dünya bizə güvənir» - illər sonra bu özündən razılıq kimi görünsə belə.

O, çox incəliklə başa düşməyə əsas verdi ki, birinci mərhələnin əsas məqsədi – iştirak artıq kifayətdir. Dünya Amerikanın təkcə iştirak etməsini deyil, həm də idarə etməsini istəyir.

Niyə dəyişiklik? Bu qismən Obamanın Amerikanın imicini dəyişmək üçün etdiyi uğurlu cəhdlərin nəticəsidir: indi ABŞ-ın dünyada lider rolunu yenidən qazandığını düşünmək daha asandır, nəinki Buşun prezidentliyi dövründə. Bu qismən qlobal reallığa bir cavabdır. İran tərəfdaşlıq etməməkdə israrlıdır; Çinin az məsuliyyətli tərəfdaş olduğu və daha çox hərbi gücünü artırmağa meylli olduğu məlum oldu. Hətta Obama rəsmiləri START(Strateji Silahların Azaldılması üçün bağlanmış müqavilə) müqaviləsindən sonra Rusiya ilə «yenidənqurma» münasibətlərinin yüksək həddə çatdığını sezirlər və İrana qarşı son sanksiyalar pisləşməyə doğru gedir. Və qismən bu ona görədir ki, ABŞ realistlər ölkəsi deyil. Digər hakimiyyət formalarından üstün olan demokratiya demək olar ki, həmişə ölkənin xarici siyasətini formalaşdırıb.

Belə olan halda, Asiya və Avropadakı köhnə demokratik müttəfiqlər ABŞ siyasətini qurmaq üçün ən yaxşı özül kimi görünür. Demokratiya avtoritarizmə rəğmən dünyanın problemlərindən ən yaxşı çıxış yolu kimi görünür və Amerikanın liderliyi avtoritarizmin nəhəngləri ilə qruplaşmaqdan daha yaxşı variant kimi görünür. İkinci mərhələyə hazırlaşın.

Tərcümə etdi: Vüsalə Əlibəyli

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG