Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:57

Fələstin tərəfi İsraillə danışıqlardan çıxa bilər


Fələstin muxtar ərazilərinin aparıcı siyasi qüvvələri prezident Mahmud Abbasın, İsrailin İordan çayının qərb sahilində tikinti işlərini dayandırmayacağı halda sülh danışıqlarından çıxmaq təklifini dəstəkləyiblər.

Qərar Fələstin Azadlıq Təşkilatı və Mahmud Abbasın rəhbərlik etdiyi Fəth hərəkatının birgə toplantısında qəbul olunub.

Yekun qərarın isə Ərəb Liqası dövlətlərinin gələn həftə Liviyada keçiriləcək görüşündə qəbul olunacağı gözlənilir.

İsrailin baş naziri Benyamin Netanyahu Fələstin rəhbərliyini İsraillə birbaşa danışıqları davam etdirməyə çağırıb və bildirib ki, sülhə yalnız danışıqlar yoluyla nail olmaq mümkündür.

Günün bütün mövzuları

XS
SM
MD
LG