Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:05
«Azərbaycan müxalifətinin liderlərindən biri – Əli Kərimliyə qarşı qara PR kampaniyasının qurulmasında Azərbaycan və Ermənistan mətbuatı sanki əməkdaşlıq edir» deyən Əli Novruzovdur. Bloqçu qeyd edir ki, Əli Kərimli qara PR kampaniyalarının hədəfi olmaq kimi Azərbaycanda qəribə rekordun sahibi sayıla bilər:

«İndi də, seçkilərə bir ay qalmış, digər bir qarayaxma kampaniyasının işartılarını özünü büruzə verməyə başlayıb. Qısa desək, Əli Kərimlini xarici qüvvələrlə sövdələşməyə girib Qarabağı satmaqda günahlandırırlar – güya qarşıdan gələn seçkilərdə ona dəstək müqabilində Əli Kərimli Qarabağ məsələsində istənilən güzəştə gedəcəyini «qərb dairələrinə» vəd edib...»

İştirak problemi…


Natiq Cəfərli yazır ki, seçkidə iştirak üçün imza toplama kampaniyasında ən çox qarşılaşdığı problem vətəndaşların şəxsiyyət vəsiqələrinin vaxtının dolması və bu səbəblə imza verə bilməmələri olub:

«Demək olar ki, hər 3 nəfərdən birində bu problem var, və onların seçkiyə qədər vəsiqələrini dəyişmək niyyətləri yoxdur. Nəzərə alsaq ki, vaxtı keçmiş
Razi Nurullayevin fikrincə, növbəti seçkilərdə namizədlərin çoxu internet üzərindən kampaniyalar aparacaq
vəsiqələrlə səs vermək qanunla qadağandır, onda indidən demək olar ki, təqribən 30% seçici, səs vermə prosesində bu səbəbdən iştirak edə bilməyəcəklər».

***

Parlament seçkilərinə öz namizədliyini irəli sürən Razi Nurullayev yeni medianı öz seçki kompaniyasına daxil edib, yazır ki, seçiciləri ilə görüşləri barədə həm bloqunda, həm də facebook sosial şəbəkəsində məlumatlar yerləşdirəcək. Onun fikrincə, növbəti seçkilərdə namizədlərin çoxu internet üzərindən kampaniyalar aparacaq.

***

Uçan xalçalar və qırılmış kəmərlər diyarından yazan bloqçu Azərbaycan hökumətinin London taksiləri almasından təəccüblənir. Parlament seçkilərinə bir az qalmış, ölkədə insan haqları sahəsində pozuntular, ifadə azadlığının məhdudlaşdırılması, qadınlara qarşı zorakılıq, jurnalist və bloqqerlərin həbsdə olması problemlərinə baxmayaraq 12 yeni, bahalı taksinin alınmasını lüzumsuz sayır:

«Bu taksilərdə kimlərin gəzdiyini görəcəyik. Ayda 85 Avro pul alan təqaüdçünün bu maşınlarda gəzə biləcəyinə şübhə edirəm Heç paytaxtda yaşayan bir çoxlarının da bunu edəcəyini düşünmürəm. Bu, təmtəraq hamı üçün nəzərdə tutulmayıb... Bu, Azərbaycanda olan həyatdır... Burberries və Channel olan yerdə insan haqları barədə düşünən kimdir, axı onlar daha vacib, daha dəyərlidirlər...»

Müəllimin oğurluğu


Fərahim Sabirabadda daşqın qurbanları üçün nəzərdə tutulan yardımın «yoxa çıxmasından» yazır:

«Yenə doğma vətənim Sabirabada idim… FHN evlərinə qayıtmış zərərçekmişlərə, yardımı (ət, broyler toyuqlar, skuşonnu, çay, yağ, qreçka, aş və s.) camaata paylaması üçün məktəblərə verib. Məktəb rəhbərliyi ilə birlikdə kənd rəhbərliyi, görüblər bu neymətləri düşüblər şoka və cammaatı da şoka salmamaq üçün ərzaqları evlərinin banlarına, məktəbin otaqlarına, qohumlarının evində kənd camaatından gizlətməyə çalışıblar. Bacarıblarda. Düz 20 günlük «qacqın» ərzaqlarını oğurlayıblar. Kənd camaatı bunu bilənnən sonra kənddə qırğın başlayıb. Birinin evindən 400 skuşonnu, o brisindən nə qədər makaron və s. tapılıb…

Sonradan isə FHN nümayəndləri yardımları özləri payladı. Həmyerlilərim isə deyirlər ki, biz bundan sonra uşağımızı məktəbə buraxmarıq. Çünki, qorxuruq ki «müəllimlər» uşaqlara oğurluğu neçə etmək lazım olduğunu öyrədərlər. Yeri gəlmişkən, o müəllimlər mənə dərs deyib. Müəllimlərimin rüşvətxorluğunu görmüşdüm amma tay oğruluğunu da yox.

Deməliyəm ki, bu hadisə təxminən 2 ay əvvəl Sabirabadın, Ulacalı kəndində baş verib və mənim doğulduğum bu kənd fəlakətdən ən çox əziyyət çəkən kəndlər arasındadır...».

«Müəllim günü»nə pul yığılır


Qusarçay yazır ki, Quba məktəblərində müəllimlərdən 20 man məbləğində pul yığılır:

«Məktəbə yaxın bir mənbədən aldığımız məlumata görə bu pullar məktəblilərin forma puludur. Şəhər məktəbində işləyən müəllimlərin birinin dediyinə görə bu pullar keçən dərs ilindən yığılıb qalmış məktəbli formasının puludur. Hər müəllimdən 10 manat borc kimi yığılır, formanın pulu yığılıb başa çatdıqdan sonra bu pullar məktəb direktorluğu tərəfindən müəllimlərə qaytarılacaq. Qalan 10 manatlar isə «5 Oktyabr müəllim günü» münasibətilə məktəblərdə yığıncaq keçirmək üçündür».

***

Turxan da məktəb illərinin nostalji hisslərinə köklənib:

«Orta məktəbdə bizə öyrədirdilər ki, biz böyük xalqıq. Bütün dünya bizim olubmuş. Bütün dünya hər şey bizdən öyrənib. Sən demə ilk dəfə üzqırxan maşınka da bizim insanda olub (eramızdan əvvəl 4-cü min illik) Hər şeyi bizimkilər yaradıbmış. Diş fırçasını da. Bizim saxta tarix müəllimi bizə belə şeylər öyrədirdi. Biz də uşaq idik. Eyforiyaya qapılıb böyüklüyümüzdən ayağımızın altını görmürdük.

Öyrətmənlər çox şey danışırdılar. Amma bir direktorumuz var idi. O da bizim öyrətmənin dərsdə böyük danışıqlarına böyük pox qoyurdu. Böyük dərs zamanı direktor qapını açıb siyahıyla «pərdə pulu», «süpürgə pulu», «fond pulu» yığırdı… Böyük xalqsan, bu, öz yerində… Amma «stroyda» durub fond pulu vermək məcburiyyətindəsən…»

Rənglərin sirri

Psixoloq adlı bloqçu rənglərin psixologiyasını izah etməyə çalışıb. Yazdıqlarına inansaq insanın ən çox sevdiyi rəngə görə onun xarakterini söyləmək mümkün imiş...

«Rəsamlıqla məşğul olanlar yaxşı bilirlər ki, rənglər iki yerə ayrılır: isti və soyuq. İsti rənglər, adından da göründüyü kimi, insana yeksək əhval- ruhiyyə bəxş edən rənglərdir. Bunlara açıq rənglər aid edilir. Soyuq rənglər isə tünd rənglərdir ki, bunlara qara, göy, qəhvəyi və s. rənglər daxildir... Rənglər psixoloji və fizioloji olaaraq məhz belə xarakterizə edilir:

Qırmızı: Psixoloji olaraq insanı daim oyanıq, ayıq olmağa təşviq edir. Fizioloji olaraq isə qan təzyiqini yüksəldir və adrenalinin miqdarını artırır....».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG