Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:02

Sabahdan havalar soyuyacaq


Oktyabrın 4-dən başlayaraq ölkə ərazisində havalar soyuyacaq, yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, arabir güclənən şimal küləkləri üstünlük təşkil edəcək. Oktyabrın 4-ü axşam buludluluq artacaq. Temperatur gündüz saatlarında 22-23 dərəcə olacaq. Gecəyə doğru yağış yağacaq.

Rayonlarda də ayın birinci ongünlüyündə qeyri-sabit hava şəraiti üstünlük təşkil edəcək. Oktyabrın 4-ü və 5-də temperatur 5-10 dərəcə aşağı düşəcək. Bəzi rayonlarda yağıntıların intensiv leysan xarakterli olacağı ehtimal edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG