Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:37

ABŞ Avropaya gedən vətəndaşlarını sayıq olmağa çağırıb


ABŞ hökuməti Avropa ölkələrinə səfər edən vətəndaşlarını sayıq olmağa çağırıb.

Amma söhbətin konkret hansı ölkədən getməsinə aydınlıq gətirilmir.

Bir sıra ölkələrin xüsusi xidmət orqanları bundan əvvəl Əl Qaidənin Avropa Birliyi ərazisində terror aktlarına hazırlaşdığını xəbərdarlıq etmişdilər.

Əsas hədəfin Böyük Britaniya, Fransa və Almaniya olduğu güman edilir.

Təkcə son həftələr terror təhlükəsinə görə, Parisdəki Eyfel qülləsindən turistlər 2 dəfə evakuasiya olunub.
XS
SM
MD
LG