Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:15

Tbilisi və Yerevanda meri seçirlər


Çingiz Sultansoy
«Lujkovdan fərqli olaraq Hacıbala Abutalıbov mer deyil, onu təxminən 10 il əvvəl təyin ediblər. O, nə maliyyə, nə də siyasi cəhətdən böyük çəkiyə malikdir».

Müstəqil jurnalist Çingiz Sultansoy bu fikirdədir. Amma o, deyir ki, Moskvanın keçmiş meri ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının oxşarlıqları da var:

«Hər ikisi səylə və səliqəli şəkildə şəhərin tarixi mərkəzini eybəcərləşdiriblər. Bir sıra tarixi və arxitektura binaları və kvartallarının dağıdılması onların vicdanındadır. Bütün bunlar pulun, göydələnlərin naminə edilib. Hər ikisini şəhərin yoxsul əhalisinə etinasızlıqda, hər iksinin aparatını korrupsiyada təqsirləndirmək olar».

Verilişdə iştirak edən Yerevanın keçmiş meri Vaaqn Xaçatryan hesab edir ki, Cənubi Qafqaz ölkələrinin hamısında yerli idarəçilik yox səviyyəsindədir:

«Yerevan merini əhali seçsə də, onun seçilib-seçilməyəcəyini birinci şəxs «müəyyən edir». Prezidentə tabe olmayan - istər Yerevan meri olsun, istərsə də hansısa kənd icmasının rəhbəri - dərhal müxtəlif səbəblərlə işdən azad edilir. Həmin şəxsi xalq seçsə də, çıxarırlar. Qanunda hər şey başqa cürdür, reallıqda isə
Kote Kandelaki
Cənubi Qafqaz ölkələrinin heç birində yerli idarəçilik yoxdur. Hərçənd, Gürcüstanda dəyişikliklər hiss olunur».

Beynəlxalq Vətəndaş Mədəniyyəti Mərkəzinin rəyasət heyətinin sədri Kote Kandelaki də Gürcüstanda yerli idarəçiliyin zəif olduğunu deyir

«Bu il ilk dəfə olaraq Tbilisi merini xalq səsverməsi yolu ilə seçmişik. Ancaq Gürcüstanda desentralizasiyadan (mərkəzi orqanın bəzi vəzifələrinin yerli orqanlara verməsi) danışmaq tezdir. Çünki qanunla yerli orqanlara çox az funksiya verilib, bələdiyyələrin bütün problemləri həll etmək üçün lazımi qədər maliyyəsi də yoxdur».

XS
SM
MD
LG