Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:41

Türkiyə İrana qarşı birtərəfli sanksiyaları dəstəkləmir


Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu deyib ki, onun ölkəsi yalnız BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarına riayət edəcək.

O ki qaldı ayrı-ayrı dövlətlərin İrana qarşı tətbiq etdiyi sanksiyalara, Davutoğlu deyib ki, türk şirkətləri belə sanksiyalara riayət edib-etməməkdə özləri qərar verməlidirlər. Türkiyə dövləti bu işə qarışmayacaq.

Bir neçə Amerika konqresmeni bu günlərdə ABŞ-ın İrana qarşı sansksiyalarının bir sıra xarici şirkətlər tərəfindən pozulduğunu və onların cəzalandırılmasının vacibliyini bildiriblər.

Həmin şirkətlər arasında Türkiyənin Turpas enerji şirkətinin də adı çəkilib.
XS
SM
MD
LG