Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:28

70 milyon dollar oğrulayan xakerlərdən biri tutuldu


Amerikanın Federal Tədqiqat Bürosu kompüter virusu vasitəsilə bankdan 70 milyon dollar oğurlamış və axtarışa verilmiş 17 nəfərin şəkillərini dərc edib.

Onlar arasında Rusiya. Ukrayna, Belorus, Moldova, Qazaxıstan vətəndaşları da var.

Əvvəlcə onların 3 milyon dollar oğurladığı bildirilirdi.

Məlumata görə, onlardan biri artıq həbs edilib.

FTB dəstənin 37 nəfərdən ibarət olduğunu bildirir. Onlar Zeus Trojan virusundan istifadə etməklə Amerika şirkətlərinin və fərdi şəxslərin kömpüterlərinə hücum etməkdə ittiham edilirlər.

Virus şərqi Avropa ölkələrindən göndərilirdi, zərərli proqram kömpüterlərdəki bank hesabı kodlarını oğurlayırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG