Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:34
«Ermənistanın münaqişənin sülh yolu ilə həllində maraqlı olmamasına işarə vuran narahatlıqlar var».

Bunu Brüsseldə, NATO-un Şimali Atlantika Şurasında 28+1 formatda keçirilən iclası zamanı Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.

Nazir qeyd edib ki, bu il Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində mühüm mərhələ olub:

«Azərbaycan və Ermənistan prezidentlərinin bu il yanvarın 25-də Soçidə Rusiya prezidentinin iştirakı ilə keçirilən görüşündə Ermənistan tərəfi «yenilənmiş Madrid prinsipləri»nə münasibət bildirmək üçün iki həftə vaxt istəyib. Bu ilin iyununda Sankt-Peterburq şəhərində keçirilmiş son görüş də nəticəsiz qalıb...

Təəssüf ki, Ermənistan hələ də həmsədrlərin təklifinə müəyyən cavabın verilməsini uzadır. Bu ilin yayından başlayaraq Ermənistan öz destruktiv mövqeyi ilə sülh prosesindən boyun qaçıraraq, atəşkəs rejimini pozmaq hallarını artırıb. Ermənistanın məqsədi Minsk Qrupu həmsədrlərinin diqqətini aktual olan sülh prosesindən atəşkəs rejiminin texniki aspektlərinə yönəltməkdən ibarətdir».

E. Məmmədyarov deyib ki, Azərbaycan insan tələfatının azalmasında atəşkəs rejiminin möhkəmliyinin vacibliyini qəbul edir. Lakin beynəlxalq ictimaiyyət yalnız 1994-cü ildə qəbul olunmuş atəşkəsin texniki aspektləri ilə məşğul olmamalıdır:

«Atəşkəs rejiminə sadiq qaldığımızı təsdiqləyir və sülh prosesində irəliləyişin əldə olunması naminə səylərin ikiqat artmasına ümid edirik... Bizim vəziyyətimiz hal-hazırda çox həssasdır. Məsələ tək Ermənistanın ATƏT-in Minsk Qrupunun təklifini qəbul edib-etməməsi deyil. Bu, Ermənistanın həqiqətən hər hansı bir şərt altında və hər hansı bir formada mövcud status-quonu dəyişmək niyyətində olub olmamasıdır... Bu ölkənin işğal olunmuş ərazilərdəki əməlləri, cəbhə xəttindəki təxribatları, işğal olunmuş ərazilərdə həyata keçirilən hərbi təlimlər vəziyyəti təhlükəli edir...».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG