Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:28

ABŞ İraq liderlərinin son addımını dəstəkləyir


Birləşmiş Ştatlar İraq liderlərinin koalision hökumət yaradılması istiqamətində atdıqları son adddımları dəstəkləyir.

İraqda parlament seçkilərinin təxminən 7 ay bundan əvvəl keçirilməsinə baxçayaraq, ölkə də hələ də yeni hökumət yaradılmayıb.

Nüfuzlu, radikal şiə lideri Möqtəda əs Sədrin rəhbərlik etdiyi şiə blokunun hazırkı baş nazir Nuri əl Malikinin namizədliyini dəstəkləməsi barədə məlumat yayılıb.

Şərhçilər hesab edirlər ki, bu vəzifədə qalmaq üçün Malikinin şansını xeyli artırıb.

Qeyd edək ki, İraqda keçirilmiş parlament seçkilərində keçmiş baş nazir İyad Ələvinin rəhbərlik etdiyi blok azacıq səs çoxluğu ilə Malikini qabaqlayıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Pilip Krouli bildirib ki, Vaşinqton baş nazirliyə namizədlərdən heç kimin tərəfini saxlamır.
XS
SM
MD
LG